Nə qədər susulacaqsa o qədər susdum!

Nə qədər susulacaqsa o qədər susdum!
özümlə danışıram indi tək…
tək ürəyimlə toxunuram səsimə
kimsə eşitmir…

susdu dodağımdakı mahnı, gözlərimdəki şeir
yaraları yalayan külək
küçələrində qəhər olduğum şəhər
…gözlərim danışır tək…

susdum!
min ah sürüb dodaqlarıma
nə qədər susulacaqsa o qədər susdum!
susdu mənimlə dəniz,
susdu dəli dalğalar, susdu qağayılar…
ümidlərimi qucaqlayıb küləklərə
uzaqlara sovururam hər gecə
ulduz edib səpirəm səmaya

Susdum!
duz basıb yaralarıma!
susdum
içində vulkanlar daşıyan bir dərviş kimi
söykənib təkliyin divarına
gül töküb izdihamlara
kimsəsiz gəzirəm könül ölkəmi hər gecə
…kimsə bilmir..
…kimsə görmür…

susdum!
susdu mənimlə göy, susdu dağ, susdu torpaq
ağrılar danışır indi tək
yaralı könlümün sızıları danışır
tutub öldürürəm içimdəki sevdaları bir-bir
atıram uçurumlardan
…kimsə hiss etmir…

susdum!
saçlarını iyləyirəm küləklərin
dodaqlarından öpürəm həyatı
içimdə incəcik bir sevgi ürpərir
sarı hüznlər tökülür könül bağçama
gəlmir gözlədiyim bahar
yaralar məlhəm tutmur
gözyaşı olub tökülürəm səkilərə
dəsmal silmir
yağış dayanmır
…sevdiyim bilmir…

susdum!
susdu mənimlə sarı səbir, susdu həsrət, susdu zaman
susdum
tək gözlərimlə toxunuram həyata
…kimsə anlamır…

susdum!
ey beşiyini yelləyib boğduğum həyat
qucağımda böyüdüb öldürdüyüm sevgi
yaralar məlhəm tutmur
gecələr ovutmur
mən susdum
…ağrılarım danışır tək…

mən susdum!
susmur ürəyimi qovuran qasırğa
pəncərəmə vuran yağış damlaları
susmur hər gecə çöldə inləyən külək
gəlmir bahar
quşlar sevinmir
ulduzlar küs
ay kədərli
günəş doğulmur
ağrılar dayanmır
içimdə minlərlə şeir aldanır hər gecə

susdum!
susdu mənimlə sarı səbir, susdu həsrət,
susdu həyat
susdu zaman
ağrılar danışır tək
ağrılarım danışır
…kimsə eşitmir…
…eşitmir…
…eşitmir…
…eşitmi…
…eşit…

Sen ewit sesimi ey sevgili.. Yordu “bəlkə”-lər məni… Yordu senin sevgin meni.. Anladimki Öhdəsindən gələ bilmədiyim arzumsan..

Miss_KaPRizZ of_cAdI

Şərhlər:

  1. ZoRRo_BaKu dedi ki:

    gozel idi saol

  2. important life dedi ki:

    twkler

  3. blonde_girl dedi ki:

    twk beyendim

  4. mR_bAkiNec dedi ki:

    Ayda sən lap ürəyimdən vurdunee ((
    Big Like!

  5. Firdevs dedi ki:

    Susmaq menim en yaxin dosdumdur..!

  6. gizem dedi ki:

    supeeeeeeeeeeeeeeeeeeeeeer

    twk

  7. =ReiNKaRNaSiYa= dedi ki:

    vaaauu beyendim..twk

  8. Hilary Duff dedi ki:

    Gozel Tewekkurler

  9. Love Girl dedi ki:

    Sitat: gizem
    supeeeeeeeeeeeeeeeeeeeeeer

    twk