Sevgi nağılı

Belə başladı sevgi nağılımız. Bir zaman Tanrıdan bir sevgi diləmişdin özümə, inanırdIm qüdrətinə . Mənə bir sevgi bəxş etdi . Onunla keçən hər gün,mesajının hər sətri bir əfsanəydi mənimçün . Deyirdi : Rəngsiz həyatımı səninlə daha rəngli yaşayacam . Yaşadı da . Güvənirdi mənə . Özümü onsuz təsəvvür etmirdim, ən əziz insan idi mənimçün . Bir qarlı sabahın qar dənələrində qonaq gələn sevgi sanırdım onu . Sanırdım heç zaman əriməyəcək . Qaranlıq dünyamda təkbaşına gəzdiyim zaman bir Günəş gördüm,o günəş məni qaranlıqdan xilas elədi . Ruh verdi mənə, xoşbəxt elədi . Vahiməli dənizdə boğularkən bir külək qopdu, məni sahilə itələdi, sağ qaldım .

Qət edilməz məsafələr … Artıq qət etmişdim sanmışdım yerimdə sayarkən,çünki O var idi !

İlk görüş . Soyuq qar günündə alovlu baxışlar … Uçdum səmalarda əllərinə toxunarkən . Dolaşdıq qarlı küçələri, hər qar dənəsi sanki bir mələkdi, müşayiət edirdi bizi . Ağ bir dünya, Günəş, və Mələklər . Mən isə yuxudaymış kimi inana bilmirdim bunlara . Ən xoşbəxt gün, yarıya qədər, sonra … Bir nağıl bu qədər tez bitərmi ?! Demək ki, saxtadır . Yox oldu o Günəş bir müddət . Axtardım,qaranlıqlara baş vurdum, tapmadım . Düşündüm ki, gecədir, amma, bu bir bənzətmədi axı, necə ola bilər ?! Yox oldu, və döndü – gedirəm – deyə .


Bəlkə mən qoruya bilmədim bəlkə də ömrümün gecəsi başlayırdı … Axı … Axı gecələr Günəş olmur…

Günəşə bənzər bir insan, gəldi, bir dünya qurdu, işıqlandırdı, və sonra uşaq oyuncağı kimi sındırdı, darmadağın etdi … Getdi … Baxmadı bu dağıntının altından kim çıxdı, kim öldü …
Batdı həyatımın Günəşi, gözlərimə qaranlıq çökdü, sandım ki, bu sondur, amma, milyonlarla ulduzlar o Günəşi əvəz etdi . İşıqlandırmağı onun qədər bacarmasalar da … Anladım ki, son deyil, hər şey qabaqdadır, amma, qabağı görmürəm . Bəlkə bir həyat var, bəlkə də ölüm . Bəlkə işıq var, bəlkə də zülmət…

Gedərkən dedim qal, gəl bu dünyanı birlikdə yenidən quraq, amma, o artıq gedirdi …

İndi isə, get . Söndür həyatımın Günəşini, qoy bu dağınıq həyatımı yenidən qurum . Get, çünki səni bu dağıntı içərisində görmək istəmirəm . Get,gözlərimi kor eləmə ! Sön, çünki odundan bir parça düşsə yanıb kül olar dünyam . Qoy öz dünyamı şam işığında, amma əzabsız qurum …

Unutmaq istədim o Günəşi, bacarmadım, həm də yaxşılığı unutmazlar, bəs əzab ?!

Ehh, çox çətindir qərar vermək, ya unutmaq, ya öldürmək … Amma,yox, yox … Unutmayacam, qoy əzab versin, qoy hər gecə virus kimi beynimə girib onu didsin, dağıtsın … Qoy onsuz həyat mənə qəbr əzabı olsun amma,bilim ki, xoşbəxtdi … Mənimlə olmasa da … 3 günlük bir sevgi nağılı da belə sona çatdı, Günəş söndü, qar dənəcikləri əriyib məhv oldu … Mən isə kiçik ulduzların köməyi ilə öz həyatımı qururam . Qazandığım isə – 3 günlük xoşbəxtlik və əbədi kədər ! Və, son sözüm – Əlvida Günəşi

BaBy BaRBie

Şərhlər:

  1. mR_bAkiNec dedi ki:

    Əlaadı…Təşəkkür

  2. merry-girl dedi ki:

    ELLERINE SAGLIQ

  3. gizem dedi ki:

    tewekurler tewekurler de azdi super

  4. Firdevs dedi ki:

    Naqillara inanmiram!

  5. gizem dedi ki:

    tewekurler tewekurler de azdi super

  6. ZoRRo_BaKu dedi ki:
    uwwww :*/ awkim meeem chox saol..)) gul ureyim
  7. MURAD_X dedi ki:

    twk ELA XEBERDIR..

  8. =ReiNKaRNaSiYa= dedi ki:

    cry twkler….

  9. important life dedi ki:

    twkler djan..cox kawank xeberdi

  10. Hilary Duff dedi ki:

    Tewekkurler…qewengdi

  11. Love Girl dedi ki:

    Cox xowuma geldi tesekkurler canim

  12. SEBERT dedi ki:

    tesekkurler canim cox sagol

  13. MiSS_BaHaR dedi ki:

    twk xebere