Eynəyin bahalı olması, keyfiyyətli olması mənasını vermir!

Eynəyin bahalı olması, keyfiyyətli olması mənasını vermir!

Mütəxəssilər, eynəyin keyfiyyət sənədində, 99% ultrabənövşəyi şüa qoruması və ya 400 nanometrdən az şüaları keçirmədiyi məlumatının araşdırılmalı olduğunu söylədi.

Göz sağlamlığı baxımından eynək xüsusiyyətləri son dərəcə əhəmiyyətlidir, xüsusilə iqlim dəyişikliklərinin və ozon təbəqəsinin deşilməsinin verdiyi təsirlə uzun müddət günəş şüalarına və xüsusilə zərərli şüalara məruz qalmaq, gözdə kataraktın yanında sarı nöqtə xəstəliyinə, göz ətrafındakı dəridə xərçənglərə səbəb olur. Eyni şəkildə göz səthini örtən toxumada dəyişikliklər meydana gələ bilər.

Eynəyin bahalı olması, keyfiyyətli olması mənasını vermir!

‘BAHALI EYNƏK YAXŞI EYNƏK DEYİL”
Xalq arasında eynək seçimiylə bağlı bilinən bəzi səhvlər olduğunu vurğulayan həkim, bunları söylədi: bahalı eynək yaxşı eynək deyil. Günəş eynəklərinin seçimində üzə yaxşı oturması, üz anatomiyasına uyğun olması bəlkə də ən əhəmiyyətli faktorlardan biridir. Xüsusilə qulaqlara, burna təzyiq etməyən və mümkün olduğunca daha çox sahəni örtən günəş eynəklərini seçmək əhəmiyyətlidir. Yuxarıdan ya da yanlardan günəş işığını keçirməyən, altdan əks olunan şüaların keçməyinə mane törədən böyüklükdə eynəklər seçilməlidir.

KEYFİYYƏTLİ EYNƏK NECƏ AYDIN OLAR?
Eynək alındığı zaman mütləq keyfiyyət sənədi soruşulmalıdır. Bu keyfiyyət sənədində də 99% və üzərində ultrabənövşəyi qoruması olduğuna ya da 400 nanometrdən az şüaları keçirmədiyinə dair məlumatın varlığı araşdırılmalıdır. Keyfiyyəti anlamağın bir başqa yolu da eynəyi taxdıqdan sonra şaquli bir xəttə baxmaqdır. Bu bir pəncərə kənarı da ola bilər. Eynəyi yüngülcə yuxarı aşağı, sağa sola hərəkət etdirəndə bu xəttdə oynama olursa ya da qırılmalar olursa o eynək uyğun deyil deməkdir. Bu vəziyyətdə fərqli eynəklərin seçilməlidir. “Tünd rəngli şüşələr ultrabənövşəyi şüanı qoruyar” demək səhv olar. Hər tünd rəngli eynək bizi zərərli şüalardan qorumaz.

Ninaska

Şərhlər:

  1. ZoRRo_BaKu dedi ki:

    chox saol niniw.)

  2. Miss_KaPRizZ of_cAdI dedi ki:

    tewekkur

  3. merry-girl dedi ki:

    maraqli melumatlara gore tew

  4. mR_bAkiNec dedi ki:

    Çox qəribədi )

  5. Love Girl dedi ki:

    Xebere gore tesekkur.

  6. MURAD_X dedi ki:

    bilirdim.. tekrarladim, twk

  7. Firdevs dedi ki:

    Elbetde xeberdariydim..Twk

  8. Pestimist... dedi ki:

    duzdur

  9. Hilary Duff dedi ki:

    Xebere gore Tewekkurler

  10. nurlana77 dedi ki:

    xebercun twkrler. maraqlidir

  11. important life dedi ki:

    bilmirdim..xebere göre twk

  12. Sweet_Love dedi ki:

    eynek taxmaqi o qeder de xowdamiram girl_pinkglassesf maraqli melumat ucun tewekkur

  13. gizem dedi ki:

    twk melumata gore