Baxmayın güldüyümə,toxunmayın ağlaram

Bir xəyanət düşündüm…qırıq mərmərdən ürəyi…edam vərəqəsinə bükülmüş vicdanı…
Naləsi qulaqlarımı kar edən,sevgisi gözlərimi kor edən xəyanət …ürəyimi kövrəldən bir sevgi… tarix oxuyan şagirdin əsrlər öncə yaşamış bir şaha vurulması qədər qəribə və saf bir sevgi…və ya xəyanət…

Sizler İçinizdə hər kəsdən gizli yalnız özünüzün tanıdığı bir “Sizlə” söhbət etdinizmi?? Menmi? Her zaman etdim..

Baxmağın təsəlli verdiyimə,hər zaman bir təsəlli,ümid verici kəlmə möhtacıyam mən…
Baxmayın “Vecinə də alma” dediyimə hər şeyi ürəyimə salıb da,orda dərd qalası tikən mənəm …
Baxmayın “Unut getsin ” dediyimə unutmaq üçün ölüm dirim savaşındayam…qəlbimlə,gözlərimlə,beynimlə…3-ə qarşı təkəm mən.Uduzuram deyəsən…!!!Unutmamaq kimi bir nəhlətə tutulmuşam mən…

Bir ölüm düşündüm…əsrlər öncə yaşanmış bir ölüm…hamının susqunluğla izlədiyi bir ölüm…
üzərinə edam vərəqələri deyil, sənə olan sonsuz heyranlığımı sərəcəm ölsən əgər qəlbimdə.. Unutsam eger seni..

Baxmayın gözlərimdəki həyat eşqinə onlar bir zamanlar gözlərimdə doğan xoşbəxtlik günəşindən qalan kiçik qığılcımlardır…Mən də o qığılcımların təsəllisi ilə yaşamaq üçün gəlmişəm bu dünyaya…
Baxmayın ərköyünlüyümə,baxmayın şıltaqlığıma içimdə hər şeyə güzəştə gedən birdən-birə böyüyən bir “Mən” var…Tez böyüdüm axı mən…?!

Baxmayın tərsəm dediyimə o tərsliyimi də firladib atmağı bacardim mən…
Baxmayın ətrafımın insanlarla dolu olmağına təkəm mən…Zülmətdə olan qığılcım qədər təkəm mən…

Baxmayın çox dəyər verirəm,baxmayın çox istəyirəm qırıldısa bu ürək “bir dəfə” silərəm mən bütünlüklə.
Baxmayın daima harasa tələsdiyimə gözləyənləri varmış kimi…Tələsməyə yerim yox…Sadəcə zamandan qaçıram..görmək istəmədiyim reallıqdan qaçıram..
Baxmayın güldüyümə toxunmayın ağlaram…Amma yenə də,Yenə də həmişəki kimi ürəyimdə ağlaram….çünki mən əslində ürəyimdə yaşaram…Gerçəklikdə yox ki?!

Buda Men.. heckesin tanimadigi Men..

Ey Sevgili ..Sənə son dəfə bunu söyləmək istərdim…Səni heç bir vaxt, heç bir zaman görməyəcək qədər şanssız…Sənə olan rəğbətimi hər gün içimdə böyüdəcək qədər vəfalıyam!

Miss_KaPRizZ of_cAdI

Şərhlər:

  1. MURAD_X dedi ki:

    Maraqli xeberdir.. twk

  2. Hilary Duff dedi ki:

    Super Tewekkurler

  3. =ReiNKaRNaSiYa= dedi ki:

    Ey Sevgili ..Sənə son dəfə bunu söyləmək istərdim…Səni heç bir vaxt, heç bir zaman görməyəcək qədər şanssız…Sənə olan rəğbətimi hər gün içimdə böyüdəcək qədər vəfalıyam!…………..super sozlerdi…twk

  4. merry-girl dedi ki:

    tesekkurler

  5. Sweet_Love dedi ki:

    Baxmayın "Unut getsin " dediyimə unutmaq üçün ölüm dirim savaşındayam…qəlbimlə,gözlərimlə,beynimlə…3-ə qarşı təkəm mən.Uduzuram deyəsən…!!!Unutmamaq kimi bir nəhlətə tutulmuşam mən…

    cox cox gozel xeberdi oxuduqum en gozel xeberlerden biri idi belke de elerine saqliq

  6. Love Girl dedi ki:

    Xebere gore tesekkur

  7. important life dedi ki:

    super xeberdir..twkler