Qızılgül

Masanın üstündə, büllur güldanda doğum gününə hədiyyə olunmuş, qanında boğulmuş qırmızı qızılgüllər.

Doğum günü ayrılıq günü kimi qüssəli.

Masamda ölmək üçün doğulmuş güllərin cəsədi, ürəyimdə bitmiş həyəcanın. Öldürmək də ölmək qədər asanmış, yaşatmaq da yaşamaq kimi çətin.

Pəncərədə dibçək gülləri monastrda yaşayan qızlartək. Pəncərədən baxanda həyat rəngarəng. Həyatı pəncərədən görərək sevmək…

Yol kənarında toz başmış qızılgül kolları həyata küsmüş. Yol qırağında yaşayanların özləmi susmuş. Həyatın kənarında sadəcə, susmaq…

Masada-büllur güldandakı gül pəncərədə, saxsı dibçəkdə diri olmaq istəyir, saxsı dibçəkdəki gül toz içində azad olmaq.

çöllər evidi güllərin, pəncərələr qəfəsidi, masalar – tabutu. Necə gözəl görünür hərə öz tələsində.

Doğum günü edam günü qədər uzun. Doğum ğünü “pirr qələbəsi”nə bənzər, tarixə “məğlübiyyətə bərabər qalibiyyət” adı ilə düşmüş hadisəyə. Ağır döyüşlərin birində qalib gəlmiş, amma sevinməyə bircə əsgəri də qalmamış hökmdar Pirrin qələbəsinə.

Uzun ömür də ağır döyüşdü, meydanda çoxlu yaralı və ölü, indi qələbəni kiminlə qeyd edəsən?!

… Masanın üstündə boynu qırılmuş, başı bədənindən ayrılmış bir qızılgül hər şeyə rəğmən hələ də gülümsünür. Ona yazıq görkəm verən də elə bu təbəssümdü.

Mən səni çox sevdim, boynu vurulmuş qızılgül, sən mənim doğum günü hədiyyəmsən. Bəsdi gülümsədik, məğlublar gülümsəməz, gülüm, məğlubların heç bir haqqı yox.

…Sən mənim doğum günü hədiyyəmsən!

Pestimist...

Şərhlər:

  1. Agresiv_qiz dedi ki:

    tesekkurler

  2. Pestimist... dedi ki:

    ZoRRo_BaKu,
    deymez

  3. Yeni urek dedi ki:

    Tewekkur edirem

  4. Love Girl dedi ki:

    Qizilgulu cox sevirem.tesekkur

  5. Sweet_Love dedi ki:

    Tewekkur………..

  6. merry-girl dedi ki:

    ellerine sagliq nmaraqli idi

  7. SEBERT dedi ki:

    ela teskkurler xebere gore

  8. mR_bAkiNec dedi ki:

    Eladi tewekkur

  9. gizem dedi ki:

    gulleri cox sevirem twk

    super

    gulleri cox sevirem twk

  10. Hilary Duff dedi ki:

    Super Tewekkurler…

  11. important life dedi ki:

    super..twkkkkklerr

  12. Yasaksin_kalbime dedi ki:

    tewekkurler.qizilgulden cox xowum gelir