Hər Çətinliklə Bərabər Mütləq Asanlıqda Vardı

Allah dünyanı insanları imtahan etmək üçün yaratmışdır və imtahanın qaydası olaraq insana bəzən bolluq və gözəllik verərək, bəzən də çətinliklərə məruz qoyaraq sınayır. Hadisələri Quranda göstərilən həqiqətlərə görə dəyərləndirməyən insanlar qarşılaşdıqları çətinliklər zamanı nə edəcəklərini bilmir, bədbinliyə və ümidsizliyə qapılırlar. Halbuki Quranda Allahın bu məsələ ilə bağlı olaraq bildirdiyi və ancaq səmimi imana və təslimiyyətə sahib olan bəndələrin gördüyü bir sirr var. Bu sirri Allah belə bildirmişdir:

“Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!” (İnşirah surəsi, 5–6)

Allahın ayələrdə bildirdiyi kimi, vəziyyət nə qədər çətin və çıxılmaz görünsə də, Allah mütləq möminlər üçün o vəziyyətdən çıxmağı asanlaşdıracaq və çətinliyi yüngülləşdirəcək. Mömin səbir etdiyi və səbrində dözüm göstərdiyi zaman bütün çətinliklərlə bərabər Allahın həm də rahatlıq verdiyini görəcəkdir.

Belə ki, Allah başqa ayələrində də Ondan qorxub-çəkinən bəndələrinə, qullarına yol göstərəcəyini, onları nemətləndirəcəyini müjdələmişdir:

“… Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər…” (Təlaq surəsi, 2–3)

ASKO

Şərhlər:

  1. important life dedi ki:

    tewekkur muellife.. Allah kömeyin olsun

  2. Love Girl dedi ki:


    “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!” (İnşirah surəsi, 5–6)

    ALLAH RAZI OLSUN

  3. _SAFURA_ dedi ki:

    Allah razı olsun

  4. MiSS_BaHaR dedi ki:

    Allah razi olsun))

  5. mR_bAkiNec dedi ki:

    ALLAH razı olsun!

  6. Hilary Duff dedi ki:

    Tewekkurler Allah razi olsun

  7. Angel_a dedi ki:

    her bir cixmazin sonu var . tewekkurler Allah razi olsun