Onore de Balzakın aforizmləri

*Qızıldan olan zəncirlər ən ağır zəncirlərdir.

*Ayaqqabılarım olmadığına görə təəssüflənirdim. Küçədə ayaqları olmayan adam görənə qədər…

*Xatirələr həyatı gözəlləşdirə bilərlər, amma həyatda ayaq üstə dura bilməyimizin səbəbi unutqanlığımızdır.

*Vicdan bahalı bir xüsusiyyətdir. Ucuz insanlarda olmur.

*Ciddilik xarakterin əsasıdır.

*Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir.

*Yaxşı ər heç vaxt axşam birinci yatmır və səhər sonuncu oyanmır.

*Kim ki, milyonları axtarır, onları nadir hallarda tapır, kim ki, axtarmır, heç zaman tapmır.

*Qadınsız ev məzar kimidir.

*Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir.

*Qadının sizdən məsləhəti istəməsi o demək deyil ki sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, özünə həmsöhbət axtarır.

*İncəsənət dindir, onun öz kahinləri var, amma şəhidləri də olmalıdır.

*Öz zəifliyini qəbul edərək insan güclənir.

*Hökumətlər və ərlər yanıldıqlarını heç bir zaman qəbul etməzlər.

*Heç bir sevgi, şəfqət, ananınkının yerini tuta bilməz.

*Biliyin hökmdarı olmaq üçün əməyin nökəri olmalısan.

*Yalançılıq peşə olaraq elan edilməlidir artıq, çünki çox ustası var.

*Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür.

*Qadın həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub.

*Qadını idarə etməyi bacaran dövləti də idarə edər.

*Həyat beşiklə məzar arasında sınaq müddətidir.

*Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir…

*Hər iztirab insana başqa bir şey öyrədir.

*Nə edirsən et, necə yaşayırsan yaşa: amma gülə bilmək üçün kimisə ağlatma və öz mənafeyin üçün kimisə satma.
*Cəmiyyətin gələcəyi – anaların əlindədir.

*Yuxunun məğlub etmədiyi heç bir ağrı yoxdur.

*Sevilən qadın dünyanın ən xoşbəxt qadınıdır.

Pestimist...

Şərhlər:

  1. merry-girl dedi ki:

    Qadınsız ev məzar kimidir. —–menasi boyukdur tesekkur ediremm

  2. Pestimist... dedi ki:

    LadyGirl,
    deymez

  3. Pestimist... dedi ki:

    beyendiyiniz ucun tesekkurler

  4. Love Girl dedi ki:

    *Ayaqqabılarım olmadığına görə təəssüflənirdim. Küçədə ayaqları olmayan adam görənə qədər…

    tesekkur

  5. Hilary Duff dedi ki:

    Tewekkurler…

  6. important life dedi ki:

    insan zeifliyini qebul ederek guclenir
    Bunu bawa duwmedim..neyse.twk muellife

  7. SEBERT dedi ki:

    tesekkurler ellerine sagliq super sozlerdi

  8. mR_bAkiNec dedi ki:

    Misalçun çox xoşuma gəldi

  9. gizem dedi ki:

    maraqlidi twk

  10. Sweet_Love dedi ki:

    Tewekkur ))

  11. _SAFURA_ dedi ki:

    xebere gore tesekkur

  12. sabinocka dedi ki:

    *Sevilən qadın dünyanın ən xoşbəxt qadınıdır.
    twk..ama bu aforizmde olanla rher kese qismet olmur…

    sevilmeden seven qadin ise mence bedbext qadindir

  13. MURAD_X dedi ki:

    twk xeber ELA alinib..menali xeberdir..

  14. ELIK28 dedi ki:

    twk SUPER ALINIB TSK