Vağzalı

Duvağa bürünüb yola düşürsən,
Qonşular telinə çiçək bağlayır.
Ay bacım, sən haldan-hala düşürsən,
“Vağzalı” çalınır, anam ağlayır.

O, nələr etmədi toyunda nələr,
Bu həsrətin yeri nə tez bilindi?
“Vağzalı” çalınır, son dəqiqələr…
Özgə bir yuvaya köçürsən indi.

Köçürsən üzüağ, məğrur, həyalı,
Gedirsən könlünü verdiyin yerə.
Buydu anamın da fikri, xəyalı,
Bəs niyə kövrəlir o, birdən-birə?

Ortada quş kimi süzür gəlinlər,
Qızlar oğrun-oğrun yar soraqlayır.
Gülür, fərəhlənir toya gələnlər,
“Vağzalı” çalınır, anam ağlayır.

Xeyir-dua verir kiçik bacılar,
Dərindən ah çəkir böyük qardaşın.
Atanı dövrəyə alır qocalar,
Qapıya söykənir bəzəkli maşın.

Göz yaşı incitək qonur sinənə,
Getmək istəyirsən, o qucaqlayır.
– Ay qızım, xoşbəxt ol! – söyləyir sənə,
“Vağzalı” çalınır, anam ağlayır.

Bir evdən bir evə səadət gedir,
Biri yola salır, biri səsləyir.
Bir ana qızını burda ləngidir,
Bir ana həsrətlə gəlin gözləyir.

Otaqda boş qalır gümüş çarpayın,
Küncdə bir kitabı yel varaqlayır.
Naxışlı fincanda soyuyur çayın.
“Vağzalı” çalınır, anam ağlayır.

Ona təskinlik də gərək deyildir,
O göz yaşlarında sevinc var, bacım.
Səadət həmişə gülmək deyildir,
Ana qız toyunda ağlayar, bacım.

Gedirsən, ən şirin arzu-kam kimi,
“Vağzalı” çalınsın, get yavaş-yavaş.
Dünyada hər ana öz anam kimi
Bircə toy günündə ağlayaydı kaş!

Love Girl

Şərhlər:

  1. MURAD_X dedi ki:

    twk ela xeberdir.. gozel movzuya toxunmusan, ALLAH her kese bu musiqi sedalari altinda gezmeyi qismet elesin..

  2. Love Girl dedi ki:

    Reylere gore tesekkur

  3. polo dedi ki:

    gozel seirdi …dogurdanda eledi gelin geden zaman vagzali ki calinir nedense insani aglamaq tutur…allah hamiya qismet elesin

  4. =ReiNKaRNaSiYa= dedi ki:

    ayyy cox super…superin superi hetta,…twkler…

  5. Yasaksin_kalbime dedi ki:

    superdi.meni aglatdi.heyat anasiz hecnedi.twk.

  6. mR_bAkiNec dedi ki:

    "Yeri var"

  7. Firdevs dedi ki:

    Uzuldum… cry Heqiqetende dunya coox edaletsizdiee!

  8. Slatkaya dedi ki:

    [b ] Allah butun subaylara nesib etsin cox sag ol

  9. Hilary Duff dedi ki:

    Super Tewekkurler…

  10. important life dedi ki:

    elaaa suppaaa twk Love Girl,

  11. Love Girl dedi ki:

    Beyendiyinize sevindim.

  12. _Sia_ dedi ki:

    NECE DE GOZEL GORUNURSEN GELIN
    ARTIQ SENE YARASMAYIR QEM- KEDER,
    SEN QOY HEYATINDA XOSBEXT OL GELIN,
    HEYATINDA HEC VAXT GORME SEN KEDER.