Şeytanın insan bəndəsinə olan məktubu

Səni dünən gündəlik işlərini edərkən gördüm.
Namaz qılmadan, dua etmədən bir günü daha keçirdin.
Hətta yemək yeyərkən və yatarkən belə dua etmək üçün vaxt ayırmadın.
çox nankorsan! Səninlə qürur duyuram.
… Mənimlə olduğun üçün, necə çox xoşbəxt olduğumu deyə bilmərəm.
Xatırlayırsan? İllərdir bərabərik amma səni hələ də sevmirəm.
Düzünü deyim sənə:
Səndən ALLAHdan nifrət etdiyim üçün nifrət edirəm.
ALLAH məni cənnətdən atdığı üçün məndə səni istifadə edirəm.
Səni də ALLAHın mənə etdiklərini ödətdirənə qədər istifadə edəcəyəm,
ondan sonra səndə rədd olub gedə bilərsən…

Bilirsən ağılsız!
ALLAH səni sevir,
Amma sən həyatın boyunca mənim yanımda idin.
Bunun üçündə səni mükafatlandıracam.
Həyatını cəhənnəm edəcəm.
Biz ikimiz birlikdə olduqca, bu ALLAHı çox incidəcək.
Zaman sənin həyatını kimin istiqamətləndirdiyini ONA göstərəcək.
Və bu sənin sayəndə olacaq.
Keçirdiyimiz gözəl günləri xatırla, insanları necə incidirdik,
Onlara küfr edirdik, əxlaqsız məkanlara gedirdik,
Oğurluq edirdik, necə ikiüzlü davranırdıq, içki içirdik,
məscidə getmirdik, qiybət qırırdıq edirdik…..
Bunların hamısını itirmək istəmərsən elə deyilmi?

Onda gəl axmaq!
Sonsuza qədər birlikdə yanaq!
Sənin üçün çox şeylər düşünürəm.
Bu məktubu sənə nə qədər dəyər verdiyimi söyləmək
və həyatının böyük bir parçasını istifadə etməyimə icazə verdiyinə
təşəkkür etmək üçün yazıram.
Yeni nəsilə yalançılığı, aldatmağı, qumarı və məscid yerinə diskolara getməyi öyrət.
Sən bunları onların yanında et ki, onlarda səni nümunə götürsünlər.
Bir müddət sonra onlarda eynisini edəcəklər…

Nə isə, indi getməliyəm amma bir neçə saniyə sonra təkrar səni görməyə gələcəm.
Azca ağılın olsaydı tövbə etmək üçün bir yerlərə gedərdin
və yaşayacaq olduğun bir neçə ili də ALLAHla birlikdə keçirərdin.
Birini xəbərdar etmək xarakterimdə yoxdur əslində, amma səni tanıyıram.
Sən onsuz da mənim yanımdan ayrılmarsan.
Sənin yaşında olan bir insanın hələ günah işləməyə davam etməyi axmaqlıq olsa da…
Məni səhv başa düşmə, səndən hələ nifrət edirəm,
Və bu belə davam edəcək…

ASKO

Şərhlər:

  1. Love Girl dedi ki:

    ALLAH RAZI OLSUN

  2. Slatkaya dedi ki:

    cox sag ol

  3. nurlana77 dedi ki:

    maraqliydi. xebercuuuun ——–> twk <—————-

  4. important life dedi ki:

    tewekkur..hemiweki kimi super xeber

  5. Hilary Duff dedi ki:

    Tewekkurler Allah razi olsun…

  6. gizem dedi ki:

    xebere gore twk

  7. Not to love you dedi ki:

    Ela Allah razi olsun xebere gore tewekkurler

  8. Ninaska dedi ki:

    Allah Razi Olsun
    sheytana leneeet ..

  9. sabinocka dedi ki:

    lenet weytana…allah razi olsun..yazan eller yorulmasin twk

  10. Yeni urek dedi ki:

    Allah weytana lenet elesin.Xebere gore saq ol.Allah razi olsun.

  11. Sweet_Love dedi ki:

    Cox maraqli idi ellerine saqliq Allah razi olsun ….