Rəcəb – Allah ilə dostluq üçün bir bəhanədir

Məhəmməd (s.ə.v.v.) buyurmuşdur: “Rəcəb ayında hər kəs 100 dəfə :
«أَسْتَغْفِرُ اللّهَ الَّذِی لا إلهَ إِلاّ هُوَ، وَحْدَهُ لا شَرِیکَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ»
“əstəğfirullahəl ləzi lə iləhə illə hu, vəhdəhu lə şərikə ləh və ətubu iləyh” desə və sonda sədəqə versə Allah onun işini rəhmət və bağışlanmaqla sona çatdırar və hər kəs 400 dəfə onu desə şəhidlərin fəzilətini qazanar”.

Həmçinin peyğəmbər buyurmuşdur: “Hər kəs rəcəb ayında 100 dəfə «لا اِلهَ اِلاَّ اللّه» -lə iləhə illəllah desə, Allah onun üçün çoxlu yaxşılıqlar yazar”.

Rəvayətdə gəlmişdir: “Hər kəs rəcəb ayında sübh vaxtı 70 dəfə, həmçinin axşam 70 dəfə اَسْتَغْفِرُ اللّهَ وَ أَتُوبُ اِلَیْهِ “əstəğfirullahə və ətubu iləyh” desə, sonra əllərini yuxarı qaldırıb أَللّهُمَّ اغْفِرْ لی وَ تُبْ عَلَىَّ -Allahumməğfirli və tub ələyyə” desə əgər rəcəb ayında ölərsə Allah ondan razı olar”.

Seyid ibn Tavus nəql edir: “Rəcəb ayında “İxlas” surəsinin oxunmasının böyük fəziləti vardır. O cümlədən, ağa Rəsulullah rəvayət etmişdir ki, hər kəs pak niyyətlə rəcəb ayında 10 min dəfə “İxlas” surəsini oxusa qiyamətə anadan təzə doğulmuş kimi günahsız daxil olar, 70 mələk ona istiğfar edər və behişti ona bəşarət verər”.

Həmçinin həzrət bu surənin min dəfə, hətta yüz dəfə də oxunmasının böyük savabı olduğunu xatırlatmışdır.

Ağa Rəsulullahdan rəvayətdir ki, o buyurdu: “Hər kəs rəcəb ayında bir gün oruc olsa və 4 rukət namaz qılsa (hər 2 rukət bir salamla) birinci rukətdə 100 dəfə “ayətəlkursu”, ikinci rukətdə 200 dəfə “İxlas” surəsini oxuyarsa ölümündən qabaq behiştdə öz yerini görər”. (Yaxud başqası onun yerinə görər və onunçün təsvir edər)

ASKO

Şərhlər:

  1. Love Girl dedi ki:

    Həmçinin peyğəmbər buyurmuşdur: "Hər kəs rəcəb ayında 100 dəfə «لا اِلهَ اِلاَّ اللّه» -lə iləhə illəllah desə, Allah onun üçün çoxlu yaxşılıqlar yazar".
    Allah razi olsun

  2. Sweet_Love dedi ki:

    Allah razi olsun ….

  3. Firdevs dedi ki:

    Lazimi xeberdi Allah razi olsun

  4. Angel_a dedi ki:

    Allah razi olsun.

  5. Hilary Duff dedi ki:

    Tewekkurler Allah razi olsun…