Rəcəb ayında oruc tuta bilməyənlər üçün zikr
Rəcəb ayında oruc tuta bilməyənlər üçün zikr
Rəcəb ayının orucuyla əlaqədar çox fəzilət və savablar nəql edilmişdir. Bəzi üzrlərdən rəcəb ayının orucunu tuta bilməyən şəxslər hər gün yüz dəfə bu zikri söyləsə rəcəb ayının orucunun savabını (qismən də olsa) əldə edər:
“Subhanəl-İlahil-cəlil. Subhanə məhrum la yənbəğit-təsbihu illə ləhu. Subhanəl-əazzil-əkrəm. Subhanə mən ləbisəl-izzə və huvə ləhu əhlun.”
Rəcəb ayında hər gün namazlardan sonra oxunan dua
Seyid İbn Tavus (r.ə) Məhəmməd İbn Zəhvandan (r.ə) belə nəql edir: “İmam Cəfər Sadiqə (ə) müraciətlə “canım sənə fəda, Rəcəb ayı daxil olub Allahın məni faydalandıracağı bir duanı öyrətməyini istəyirəm” deyəndə o Həzrət yaz deyə buyurdu:
Bismilləhir-rahmənir-rahim. Rəcəb ayının hər günündə axşam, səhər, gecə və gündüz vacib namazların ardından bu duanı oxu: “Ya mən ərcuhu li-kulli xəyir və əmənu səxətəhu ində kulli şərr. Ya mən yuti-kəsrə bil-qalil. Ya mən yuti mən səələh. Ya mən yuti ləm yəsəluhu və mən ləm yərifhu təhənunəm-minhu və rahməh. İtini bi-məsələti iyyək cəmiən xayrid-dunyə və cəmiə xayril-axirəh, vasrif ənni bi-məsələti iyyək cəmiə şərrid-dunya və şərril-axirəh. Fə-innəhu ğayru mənqusim-ma ətəytə vəzidni min fazlikə ya kərim.”
Ravi belə davam edir: Sonra İmam (ə) sol əliylə saqqalını tutduğu halda sağ işarə barmağını hərəkət etdirərək bu duanı oxudu və ardından bu cümlələri əlavə etdi: “Ya zəl-cəlali vəl-ikram. Ya zən-nəmai vəl-cud. Ya zəl-mənni vət-tavl. Hərrim şəybəti ələn-nar.”
Rəcəb ayında gündəlik deyilən zikrlər
1. Min dəfə “Əstəğfirullahə zəl-cəlali vəl-ikrami min cəmiz-zunubi vəl-asam” demək. Şeyx Səduq rəvayət edir ki, əgər bir şəxs rəcəb ayında bu zikri min dəfə deyərsə, Allah-təala buyurar: Əgər bağışlamasam, sizin Allahınız deyiləm.
2. Ay ərzində “La ilahə illəllah” zikrini min dəfə demək.
3. Yüz dəfə “Əstəğfirullahəl-ləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləh və ətubu iləyh” demək.
4. Sübh və axşam çağı 70 dəfə “Əstğfirullahə və ətubu iləyh” demək
Kim xəbəri oxumamış tşk,təşəkkür,sağol və s. bu kimi rəylər yazsa həmin
rəy silinəcək! By LadyGirl
Yenilənib: Noyabr 30, -0001
Men oruc tutmuram Zikir ederem Tewekkurler…
oxudum. namazdan sonra edilecek duani goturdum. mama istedi oxuyacaq.cox sagolun bele 1 xebere gore.
Allah razi olsun
cox saolunnn
Chox saolun xebercun 🙂
Men ramazanda qilinan namazlari bilmirem..onlarda olsaydi yaxsi olardi..xebercun tewekkur
reyleriniz ucun tesekkurler
Allah razi olsun !
calisacam ki edim
reyleriniz ucun tesekkurler