Rənglərin mənaları

Rənglər insan psixologiyasına təsir edən əsas vasitələrdən biridir və psixologiyaya müsbət təsir etdiyi kimi mənfi təsir də edə bilmək xüsusiyyətinə malikdir. Rənglərin insan psixologiyasına müsbət təsiri insanı dincəldir və rahatlandırır amma mənfi təsir nəticəsində ətrafdakı mənfi enerjini özünə cəlb edib psixologiyaya çox pis təsir edir və hətta orqanizmi xəstələndirir. Məhz bu səbəblərə görə rəngləri araşdırmaq, onların əsas xüsusiyyətlərini, insan psixologiyasına necə təsir göstərdiyini aydınlaşdırıb sizə təqdim etmək qərarına gəldik.

İnsanın ətraf mühitdə özünə müsbət aura yarada bilməsi məhz öz əlindədir. çünki ətrafda olan rənglər insanlara gözlə görə bilmədikləri müəyyən enerjini ötürə bilmək xüsusiyyətinə malikdir. Geyinilən geyimlər vasitəsilə orqanizmi rənglərin yaratdığı enerji toru bürüyür. Bu səbəbdən də hər bir insan geyinəcəyi geyimin rəngini seçən zaman öz psixologiyasına uyğun olan rənglərə üstünlük verməlidir. Əks halda orqanizmin nə fiziki nə də psixoloji vəziyyətini tarazılaşdırmaq mümkün olmaz. çünki, geyinilən geyimlərin rəngləri həm fiziki həm də psixoloji olaraq orqanizmi tarazılaşdırır və müsbət enerji ilə təmin edir.

İnsanların geyindikləri geyimlərdə istifadə etdiyi rənglər onların psixologiyası və şəxsiyyəti haqqında məlumat verir.

Sarı rəngdə və sarı rəngin müxtəlif çalarlarında olan geyimlərdən istifadə edən insanlar kökəlməyə meyillidir. Kökəlməyə meyilli olmaqları əksər hallarda onlar üçün komppleksə çevrilmir. çünki, onlar orqanizmlərinin bu xüsusiyyəti ilə tanışdırlar və bunu qəbul edərək rahat və xoşbəxt yaşamağa çalışırlar.

Qırmızı rəng və qırmız rəngin müxtəlif çalarlarında geyinənlər insanların diqqətini cəlb etməyi sevirlər və seksual həyatlarında çox aktiv olan insanlardırlar.

Qara rəng və qara rəngin müxtəlif çalarlarında geyinən insanlar çox ciddi və istedadlıdırlar. Hər hansısa bir işi görəndə yüz ölşüb bir biçirlər və məqsədlərinə çatmaq üçün əllərindən gələni edirlər.

Yaşıl rəng və yaşıl rəngin müxtəlif çalarlarında geyinən insanlar rahatlıq və təbiət aşiqidirlər. Rahat heç kəsin ürəyini sındırmadan yaşamağı və yaşıl təbiəti seyr etməyi çox sevirlər.

Mavi rəng və mavi rəngin müxtəlif çalarlarında geyinən insanlar rahatlıq və sakitlikyi çox sevirlər. Onlar sakitliyi dinləməkdən zövq alır, konfliktə girməyi sevmirlər.

Bənövşəyi rəng və bənövşəyi rəngin müxtəlif çalarlarında geyinən insanların beyni sürətlə işləyir və inkişaf edir. Bu insanlar çox istedadlı, düşüncəli, realist insanlardırlar. Sözlərindən dönmür və uğurlu koryera sahibi olurlar. Bu rəng istedad və gücün qovuşduğu rəngdir. Məhz bu səbəbdən son zamanlar bəzi məşhur şirkətlər öz loqotiplərinin və işçilərinin formalarının rəngini seçən zaman məhz bu rəngə üstünlük verirlər.

Göy rəngində özünə məxsusluğu vardır və olacaqdır.Göy geyimdən əsasən uzun kişi və qadınlar istifadə edir.Həmçinin göy rəng vətənpərvərlik,qonaqpərvərlik,özündən razılıq bildirir.Moda rəngindir..

Düzgün rəng seçimi geyimlə yanaşı evin interiyerində də çox vacibdir. çünki, yaşadığınız evdə hər gün görəcəyiniz rənglər sizin gündəlik əhval ruhiyyənizə təsir edə bilmək xüsusiyyətinə malikdir.

Evin interiyeri seçilərkən həmin evdə yaşayayan insanların psixoloji xarakterlərinə uyğun olan rənglərən istifadə olunmalıdır. Əks halda psixologiyanıza zidd olan rənglər yaşadığınız evi sizin üçün narahat və darıxdırıcı bir məkana çevirəcək. Evdə hər otağın rəngi həmin otağın aurasına təsir edə bilmək xüsusiyyətinə malikdir.

Qonağ otağının dizaynını tərtib edərkən təbii və yumuşaq tonlu rənglərə üstünlük vermək məqsədə uyğundur. çünki, qonaq otağı dincəlmək, söhbət etmək, kitab oxumaq, musiqiyə qulaq asmaq və.s üçün istifadə olunduğuna görə diqqəti yayındıran, rəngləri seçmək təmamilə yanlışdır. Qonaq otağında ağ, yaşıl, mavi və açıq tonlu rənglərə üstünlük vermək, divan, kreslo, xalça aksesuarların rəngini isə divarın rənginin tünd çalarlarında seçmək lazımdır.

Mətbəxin dizaynı üçün sarı çalarlı, enerji verən rənglər seçilməlidir. çünki bu tip rənglər tənbəlliyin qarşısını alır, enerji verir və işləmək həvəsini artırır. Mətbəx işıqlı olmalı və mətbəxdəki əşyaların rəngi nisbətən tünd rəng çalarlarında seçilməlidir.

Uşaq otağının dizaynında yeniyetmə yaşına çatana qədər olan uşaga sevinc və enerji bəxç edən qırmızı, narıncı və sarı rəngləri istifadə olunmalıdır. Yeniyetmə yaşına çatdıqdan sonra isə uşağın psixologiyasının rahat olmasına görə mavi və yaşıl rəngin müxtəlif çalarlarından istifadə etmək olar. Uşaq otağının interiyerində tünd rəngdən uzaq olmaq və otağın işıqlandırılmasına, aydınlıq olmasına diqqət yetirmək lazımdır.

Yatağ otağı rahatlığın və sakitliyin mövcudluğunun çox vacib olduğu otaqdır. Əgər gəncsinizsə və ya təzə ailə həyatı qurmusunuzsa, yataq otağınızda enerji verən qırmızı rəngə və qırmızı rəngin açıq çalarlarında olan xoşagəlimli rənglər seçməlisiniz. Əgər orta yaşlısınızsa açıq mavi və sarı rəngə üstünlük verməlisiniz. Yataq otağınız üçün seçdiyiniz rənglər yaşadığınız olkənin hava şəraitinə də uyğun olmalıdır. Əgər soyuq yerdə yaşayırsınızsa, istilik və hərarət bəxş edən, isti yerdə yaşayırsınızsa sərinlik hissi yaradan rənglər istifadə etməlisiniz.

İş otağının rənglərinə xüsusi diqqət yetirmək lazımdır. çünki, bu otaq evin elə məkanıdır ki, siz burda enerjinizi və potensialınızı artıra bilməlisiniz. Bu otağın rəng seçimində insanın psixologiyasını yormayan və formada saxlaya bilən, düşünmək əhatəsini artıran mavi və bənövşəyi rəngin bütün çalarlarına üstünlük verilməlidir. Bu rənglər insanın iş bacarığını artırır və yorğunluğun qarşısını alır.

Vanna otağı nisbətən kiçik olduğu üçün interiyer seçimində açıq rənglərə üstünlük verilməlidir. Vanna otağında əsasən ağ rəngə üstünlük verilir. çünki, bu rəng insana təmizlik və təravət hissi bəxş edir. Mavi, yaşıl, narıncı rəngin bütün çalarları üstünlük verilməsi lazımi rənglərdəndir.

Ayaqyolunun evdə yeri xüsusidir. Bu səbəbdən də otağın rəngini də xüsusi seçilməlidir. Bu otaqda insanın sakit düşünə bilməsinə şərait yaradan mavi, çəhrayı və qəhvəyi rəngin açıq tonlarından istifadə edilməlidir.

Hər bir rəngin özünəməxsus xüsusiyyətləri və təsir etmə qabilyyəti vardır. Bu səbəbdən də insanların sevdiyi rənglər onların xarakterini nümayiş etdirə bilmək xüsusiyyətinə malikdir.

Qırmızı rəng enerji verir və insanı hərəkət etməyə hazırlaşdırır. Həyəcan və hətəkəti qovuşduran qırmızı rəngin təsirinə yaş məhvumu da təsir edir.

Narıncı rəng qırmızı qədər olmasa da həyəcən və enerji ötürməyi bacarır. Əgər narıncı rəngi sevirsinizsə cəsur və macəra sevən şəxsiyyətə sahibsiniz. Bu rəngi sevənlər gülüb güldürməyi çox sevirlər. Narıncı rəng dialoq və mütaliyə bacarıqlarını artırır.

Sarı rəng intelektual şəxsiyyətə sahib insanların rəngidir. Bu rəngin insanları idarə etmək və hökm etmək bacarığına sahibdirlər. Bu rəng insanın zehnini açır və yaddaşı gücləndirir. Günəşin rəngi olduğu üçün insana pozitiv enerji ötürmək xüsusiyyətinə malikdir.

Yaşıl rəng insan psixologiyasını dincəltmək, rahatlaşdırmaq və normallaşdırmaq xüsusiyyətinə malikdir. Yaşıl rəng tarazılaşdırmaq və uyğunlaşdırmaq simvoludur. Geyimdə yaşıl rəngdən çox istifadə etmək vətənə və mentalitetə bağlılığı göstərir. Həmçinin bu rəngi sevənlər təbiəti və sakitliyi çox sevirlər. Yaşıl rəngə marağı olanların ürəyi sağlam hissiyatı isə çox güclü olur.

Mavi rəng ətrafınızdakı insanların sizə maraq və sevgisini artırır. Bu rəngi sevənlərin səmimi daxili dünyası vardır. çox saf qəlbli və açıq danışmağı sevən insanlardırlar.

Tünd göy rəngi təmizkar insanların rəngidir. Bu rəngi sevənlər mehribanlıq və sülhü çox sevirlər.

Bənövşəyi özünə əmin və azadlıq sevən insanların rəngidir. Bu rəngi əsasən yaradıcı insanlar çox sevirlər çünki bu rəng incəsənətin rəngidir.

Qara təbiətdə mövcud olmayan rəngdir. Ölüm və kədər simvoludur. Bu rəng işıgı sevmir. Bu rəngi sevən insanlar əsasən həyatlarında problemi olan və nəyisə gizlətməyə çalışanlardır.

Ağ rəng təmizlik, saflıq və günahsızlıq rəngidir. Bu rəngi sevənlər neytral insanlardır. ağ mətin seçilmir

Qəhvəyi rəng torpaq rəngidir. Əfsanələrə görə insan torpaqdan yaranıb və bir gün torpağa qayıdacaq yəni yorpağa bağlıdır. Bu səbəbdən də qəhvəyi rəngi sevən insanlar insanlara tez inanır və çox tez bağlanırlar. Özlərinə inanmırlar amma sərbəstliyi çox sevirlər.

Hansı rəngi sevməyiniz və ya geyiminizdə, evinizin interiyerində istifadə etməyinizdən asılı olmayaraq sizə al əlvan rənglərdə olan ömur yolu arzu edirik.

Kim xəbəri oxumamış tşk,təşəkkür,sağol və s. bu kimi rəylər yazsa həmin

rəy silinəcək! By LadyGirl

xaver

Şərhlər:

  1. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Qara rəng və qara rəngin müxtəlif çalarlarında geyinən insanlar çox ciddi və istedadlıdırlar. Hər hansısa bir işi görəndə yüz ölşüb bir biçirlər və məqsədlərinə çatmaq üçün əllərindən gələni edirlər.

    Bilmirdim maraqliydi tewekkur

  2. xaver dedi ki:

    sevdiyinize sevindim gitara

  3. CooL_Man dedi ki:

    thanks….. maraqlidir

  4. Sweet_Love dedi ki:

    Sevdiyim reng cehrayi ve mavi rengdi. Geyimde ise her reng geyinirem saridan bawqa …

    xebere gore tewekkur……..

  5. Riyana dedi ki:

    Hmm maraqliydi teşekkür…….. applause

  6. Yeni urek dedi ki:

    Men yawil rengi coooooooooox sevirem.Xebere gore tewekkurler

  7. Angel_a dedi ki:

    Mavi rəng ətrafınızdakı insanların sizə maraq və sevgisini artırır. Bu rəngi sevənlərin səmimi daxili dünyası vardır. Çox saf qəlbli və açıq danışmağı sevən insanlardırlar.

  8. Love Girl dedi ki:


    Qara rəng və qara rəngin müxtəlif çalarlarında geyinən insanlar çox ciddi və istedadlıdırlar. Hər hansısa bir işi görəndə yüz ölşüb bir biçirlər və məqsədlərinə çatmaq üçün əllərindən gələni edirlər.

  9. polo dedi ki:

    menim her rengedn xowum gelir birdene paltar tikdiremem her rengden ustunde olsun sonra ne olacaq goresen

  10. gizem dedi ki:

    xebere gore twk men cehrayi yawil rengleri cox sevirem

  11. ZoRRo_BaKu dedi ki:

    Ag qara maraqli idi Chox saolun :))

  12. mR_bAkiNec dedi ki:

    Qara rəng maraqlıdı idi sağol

  13. important life dedi ki:

    mende yawil, mavi ve benövweyi renglerdir..tewekkur

  14. Firdevs dedi ki:

    Aq – Qara ideal renglerim!

  15. Hilary Duff dedi ki:

    Menim Sevdiyim reng Qirmizi Qara Yawil Tewekkur edirem …Axirinci yazdiqin soze gore..

  16. SEBERT dedi ki:

    tesekkurler maraqli xeberdi

  17. star girl dedi ki:

    yasil rengi cox sevirem