Çirkin olmağın üstünlükləri

Qüsur saydığımız iri qulaqlar, böyük burun, qısa ayaqların əslində sağlamlığınıza daha çox xeyir verdiyini bilirdinizmi?
“Oxford” və “Southampton” universitetlərində aparılan araşdırmalara görə, çirkin olmağın da öz üstünlükləri var. Məsələn, böyük qulaqlar qocalanda daha yaxşı eşidəcək, böyük burun daha az infeksiya tutacaq, bir sözlə hər şeyin öz faydası var…

İri ombaların xeyri
Araştırmalara görə, iri ombalar zərərli xolesterolun qarşını alıb, damar sərtləşmələrinə qarşı qoruyucu funksiyası olan xoşxassəli xolesterolu yüksəldir. Oksford Universitetinin tədqiqatlarına görə, iri omba diabet riskini də ortadan qaldırır. Ombadakı və ayaqlardakı yağlar xoşxassəli olsa da, qarın ətrafı yağlar zərərlidir.

Böyük qulaqların xeyri
Böyük qulaqlar qocalıqda yaranan eşitmə zəifliyinin qarşısını alır. Həkim Ralf Houmun dediyinə görə, qulağımızın ətrafı səsləri mərkəzləşdirməkdə vacib rol oynayır. İnsanların daha yaxşı eşitmək üçün əlini qulağının arxasına qoyduğunu görməmiş olmazsınız. Yəni qulaq nə qədər böyük olsa, qulaq kanalınıza səslər daha yaxşı ötürülər.

Qalın barmaqların xeyri
Qalın və balaca barmaqlar gözəl görünməsələr də, bu cür barmaqlara sahib olanların bəxti gətirib. Alimlərin məlumatına görə, qısa barmaqlar insanların sürətli qaçma bacarıqlarını artırır. Uzun barmaqlarla iş görəndə isə daha çox enerji sərf olunur. Elə bu səbəbdəndir ki, uzun barmaqlılar iş vaxtı daha çox yaralanırlanırlar.

Qısa ayaqların xeyri
çikaqo Universitetinin araşdırmaları göstərib ki, qısa ayaqlar daha qalın sümüklüdür və bu da öz növbəsində sağlamlıq üçün vacib şərtdir. İnsanlardakı osteoporoz və ya qocaldıqca ortaya çıxan sümük qırılmaları sümük sayı ilə bağlıdır. Bəzi qırılma növlərində daha böyük sümüklərə sahib olmaq üstünlük hesab olunur.

Böyük burnun xeyri
Böyük burunlar bədənin infeksiya qapmasına səbəb olan toz hissəciklərinin və bakteriyaların qarşısını alır. Tədqiqatçılar böyük burunların 7% daha az çirk keçirdiklərini bildirirlər.

xaver

Şərhlər:

  1. Love Girl dedi ki:

    hmm tesekkur

  2. Sweet_Love dedi ki:

    Böyük burnun xeyri ??? hec bilmirdim )))

    interesno xeber idi e tewekkurler……..

  3. important life dedi ki:

    tewekkur

  4. gizem dedi ki:

    cirkin qadin yoxdu baximsiz qadin var

  5. Not to love you dedi ki:

    Maraqlidi mence de cirkin insan yoxdu ozune baxmayn insan vardir melumata gore tewekkurler)))))))))

  6. ELIK28 dedi ki:

    MARAQLI XEBERCUN TWK

  7. Hilary Duff dedi ki:

    Tewekkurler xeber cun….

  8. 100%Krasaf4ik dedi ki:

    Nch yoo adinan Gorunur mEne aiid deil Yenede saol!

  9. MURAD_X dedi ki:

    cirkin adam yoxdu.. Menim burnum boyukdu..

  10. mR_bAkiNec dedi ki:
    Böyük burunlar bədənin infeksiya qapmasına səbəb olan toz hissəciklərinin və bakteriyaların qarşısını alır. Tədqiqatçılar böyük burunların 7% daha az çirk keçirdiklərini bildirirlər. Ən azından mənə təsəlli oldu =D
  11. Firdevs dedi ki:
    CIRKIN INSAN YOXDUR!
  12. polo dedi ki:

    maraqli xeberdi

  13. Yad Hissler dedi ki:

    Onsuzda ölüb gedecöy , cüruyecöy , xestelikdn ve ya bwq weydn . . . Gözel olsaq daha yaxcidi))