Gunahkar Qadinlarin Cehennem Ezabi

Gunahkar Qadinlarin Cehennem Ezabi

Bu mübarək hədisi imamzadə Əbduləzim İmam Məhəmməd Təqidən (ə), o, İmam Rzadan (ə), o, İmam Musa Kazimdən (ə), o, İmam Cəfər Sadiqdən (ə), o, İmam Məhəmməd Baqirdən (ə), o, İmam Zeynul-abidindən (ə), o İmam Hüseyn (ə), o da atası imam Əlidən (ə) nəql edir:

“Bir gün mən və Fatimə Allah rəsulunun (s) yanına getdik və o həzrəti (s) ağlayan halda gördük . Soruşdum, ata- anam sənə qurban, ey Allahın peyğəmbəri (s), niyə ağlayırsan?

Allahın rəsulu (s) buyrudu:

– Ey Əli, məni meraca apardıqları gecə ümmətimdən olan bir dəstə qadının cəzalandırılmasını gördüm. Mən onlara verilən əzabın çətinliyindən heyrətə gəldim. Məni ağladan gördüyüm cansıxıcı əzabların təsiridir:

1. Bir qadın saçlarından asılmışdı və başının iliyi qaynayırdı.

2. Bir qadın dilindən asılmışdı və cəhənnəmin qaynar suyunu boğazına tökürdülər.

3. Bir qadını sinəsindən asmışdılar.

4. Bir qadın bədəninin ətini yeyir və odda yanırdı.

5. Bir qadının qıçı qoluna bağlanmışdı, ilan və əqrəblər bədəninə dolaşmışdılar.

6. Bir qadın ayaqlarından yanar təndirə asılmışdı.

7. Bir qadın odda qızarmış qayçı ilə bədənini qabaqdan və arxadan kəsirdi.

8. Bir qadının əl- üzünü yandırırdılar və o, öz bağırsaqlarını yeyirdi.

9. Bir qadının başı it başı, bədəni eşşək bədəni idi və o, min cür əzaba düçar olmuşdu.

10. Bir qadın it şəkilində idi. Cəhənnəm odu onun arxa tərəfindən girib ağzından çıxırdı. Mələklər onun başına, bədəninə od kösəklər vururdular.

Həzrət Fatimə (s) atasından soruşdu :

– Ey Allahın rəsulu (s), onları bu cür ağır və dözülməz cəzalalara düçar etmiş pis əməllərindən məni xəbərdar et.

Allahın rəsulu (s) buyurdu :

– Ey qızım, saçından asılmış qadın saçlarını naməhrəmdən örtmürdü.

Dilindən asılmış qadın həmişə ərini (pis sözlərlə) acılayırdı.

Sinəsindən asılmış qadın sinə və bədənini naməhrəm kişilərə göstərirdi.

Qıçlarından asılmış və odda yanan qadın ərindən icazəsiz evdən çıxırdı.

Bədəninin ətini yeyən qadın özünü naməhrəm kişilər üçün bəzəyirdi.

Əlləri ayaqlarına bağlanmış, ilan və əqrəblər bədəninə dolanmış qadın təmizliyinə diqqət etmirdi (qüsüllü halda qalırdı).

Kar , kor və lal olan qadın zinadan uşaq dünyaya gətirmiş və uşağı ərinin boynuna atmışdi.

Bədənini odlu qayçı ilə qayçılayan qadın, kişilər ona baxıb ləzzət alsınlar deyə, özünü bilərəkdən naməhrəm kişilərə göstərirdi.

Əl-üzü yanaraq bağırsaqlarını yeyən qadın naməhrəm qadın və kişiləri haram iş görmək üçün bir-birinə calayırdı.

Başı it başı, bədəni eşşək bədəni olan qadın söz gəzdirir və çox yalan danışırdı.

İt şəkilində olan, od onun arxasından girib ağzından çıxan qadın günah məclislərində haram mahnılar oxuyub, başqalarına həsəd aparırdı .

Sonra Peyğəmbər (s) buyurdu:

– Vay olsun o qadına ki, ərini qəzəbləndirər! Xoş o qadının halına ki, həmişə əri ondan razı olar”.

Əziz müsəlman ana və bacılar, sizdən xahiş edirik ki, həzrət peyğəmbərin (s) Merac hədislərini oxuyub, əməl edəsiniz və onları başqalarına da çatdırasınız .

Camka

Şərhlər:

  1. Angelocka dedi ki:

    Canim inan ki her bir kelimesini diqqetle oxudum..Cooooooxxxxx sagol canim menim opucuk Allah senden min qat razi olsun..Bele gozel xebere gore sene minnetdariligimi bildirirem..Allah butun qadinlarimizi bele namehrem iwlerden uzaq etsin.Allah hamimizi dogru yola ceksin.Amin Inwallah.Cox tesir etdi bu xebere mene heqiqetende cry burda yazilanlarin hamisi dogrudu.Ele qadinlarimiz var..Gec olmadan inwallah Allahin yolunu tutarlar.Tovbe ederler inwallah

  2. Camka dedi ki:

    vefasiz_giz,
    Oxumaq yox,oxuyub emel etmek lazimdir book surprised

  3. )(akker dedi ki:

    Чох Саг Ол

  4. Camka dedi ki:

    Eziz oxuyucular xeberi oxuyub emel edin!

  5. R_O_S_H_K_A dedi ki:

    Chox Sag Ol !!!Yorulmayasan !!!Qizlar Yaxwi Oxuyun !! biggrin

    ____R_O_S_H_K_A……..TuraN__________
    ……………….*..*..*…………….*..*..*. .
    ……………*…………..*…*..*………… ….*
    …………..*………………..*………….. ……*
    …………..*…………………………….. ……*
    ……………*…………………….*….*… .*….*
    ………………*……………….*……….* ………*
    …………………*……………..*……*… …….*
    ……………………*…………….**……. ….*
    ………………………..*……..**…*…..*
    ……………………………..*…………*

  6. KENAN_M dedi ki:

    AY MILEEEET OXUMUYUN EMEL ELIYIN

  7. MILAQROS dedi ki:

    smiles Cox sagol ALLAH razi olsun smiles

  8. VeFaSiz_Giz dedi ki:

    Allah Razi Olsun. Mutleg sonram oxuyacam.

  9. memi_ dedi ki:

    men bunu bir defe de oxumushdum,cox sag ol,dehshet

  10. meymunka dedi ki:

    Allah Razi olsun cox gozel,nesihetlendirici bir xeberdir!Halal olsun men cooox beyendim!!! applause

  11. KENAN_M dedi ki:

    BUNU OXUMAQ YOX EMEL ELEMEK LAZIMDI..HAMIYA AIDDIR BASDA MEN OLMAQLA HAMI MENIM KIMI OXUYUR AMMA EMEL ELEMIR.GUNAHIN EN BOYUYU BILE BILE GUNAH ELEMEKDI

  12. perishan.olar dedi ki:

    ЗOX SAĞ OLUN Kİ BU CЬR GЦZƏL KƏLAMLARA YER VERİRSİNİZ. ALLAH CƏMİ MЬSƏLMANLARDAN RAZI QALSIN İNŞALLAH. pray

    COX SAG OLUN KI BU CUR KELEMLARA YER VERIRSINIZ. ALLAH CEMI MUSELMANLARDAN RAZI QALSIN INSALLAH. pray