Artıq Özümdən Yoruldum

Hər bir düyünü tək-tək həll etməyə çalışdıqca əllərimlə, yeni düyünlər meydana gəlir sanki, heç həll edilməyəcəkmişcəsinə..
Bu dəfə hər şey daha çətindir…
Əslində çətin olan nə sənsən nə də həyat. çətin olan mənəm…
Artıq çətin gəlirəm özümə.. Yoruldum…
Bir daha düşsəm, qalxa bilməyəcəyimi hiss edirəm. Bəlkə uzadacaqsan əlini amma, bu dəfə mən tuta bilməyəcəyəm, bilirəm…
Gözümün bəbəyində, ürəyimin ən gizli yerindəsən sən. Heç kimə göstərmirəm səni, hətta bəzən özümdən belə gizləyirəm.

Ağılım sənsiz bilsin ürəyimi…
Yoxluğun içimi ağrıdır. Buna baxmayaraq qal istəyirəm, içimdə bir yerlərdə.
Sanki səni çıxarıb atsam, tamamilə itəcəkmiş kimi gəlir sənə dair nə varsa.
Sənə aid olan izlər silinib yox olacaqmış kimi, sənli sözlər yaza bilməyəcəkmiş kimi qələmim bir daha..
Hər tutunmaq istədiyimdə sənə, dibsiz quyulara çəkilir ruhum. çıxmağa çalışarkən gücüm tükənir get-gedə. Bir gün əsaslı bitəcək, fərq edirəm..
Bütün mahnılarım, məhbus olub sənsizliyə, qışqırığa çevrilirlər içimdə. ürəyimlə qışqırıram, sən eşitmirsən, sən bilmirsən..

Bir zamanlar gecələrimi işıqlandıran gözlərin, indi qaranlığa çağırırlar məni. Bağlayıb gözlərimi, xülyalarımda tapıram səni. Açdığımda yenə gedirsən. Və mən yenə qaranlıqlara oyanıram.
üşüyürəm…
Məni üşüdən nə ayazları qışın, nə də təkliyim. Yoxluğun üşüdür məni, bir tərəfdən yanarkən ürəyim..
Görə bilməzsəm gözlərini, heç işıqlanmayacaq günlərim.. Tuta bilməzsəm əllərini, heç istilənməyəcək ürəyim…

Kim xəbəri oxumamış tşk,təşəkkür,sağol və s. bu kimi rəylər yazsa həmin rəy silinəcək! By LadyGirl

Love Girl

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Əslində çətin olan nə sənsən nə də həyat. Çətin olan mənəm…

    Artıq çətin gəlirəm özümə.. Yoruldum…
    Bir daha düşsəm, qalxa bilməyəcəyimi hiss edirəm. Bəlkə uzadacaqsan əlini amma, bu dəfə mən tuta bilməyəcəyəm, bilirəm…
    Gözümün bəbəyində, ürəyimin ən gizli yerindəsən sən. Heç kimə göstərmirəm səni, hətta bəzən özümdən belə gizləyirəm. TEWEKKUR EDIREM ……..

  2. fidan75 dedi ki:

    BİR DAHA DÜŞSEM QALXA BİLMEYECEM BELKE UZADACAQSAN ELİNİ AMA BU DEFE MEN TUTA BİLMEYECEYİMİ BİLİREM.ELADIR

  3. Angel_a dedi ki:

    Hər tutunmaq istədiyimdə sənə, dibsiz quyulara çəkilir ruhum. Çıxmağa çalışarkən gücüm tükənir get-gedə. Bir gün əsaslı bitəcək, fərq edirəm..


    elaa xeberdi

  4. Love Girl dedi ki:

    Reylere gore tesekkur

  5. ELIK28 dedi ki:

    maraqli xebercunnnn tssssssskkkk

  6. gizem dedi ki:

    eee heyat beledide

  7. ZoRRo_BaKu dedi ki:

    Chox maraqli idi twkrlr

  8. =ReiNKaRNaSiYa= dedi ki:

    Əslində çətin olan nə sənsən nə də həyat. Çətin olan mənəm….
    he menem eeeh (((( twkler super yazidi….

  9. Yad Hissler dedi ki:

    supercik)))

    Bütün mahnılarım, məhbus olub sənsizliyə, qışqırığa çevrilirlər içimdə. Ürəyimlə qışqırıram, sən eşitmirsən, sən bilmirsən..

  10. Firdevs dedi ki:

    Əslində çətin olan nə sənsən nə də həyat. Çətin olan mənəm…

    ELBETDE !

  11. important life dedi ki:

    Yoxlugun üreyimi agridir. Buna baxmayaraq qal isteyirem üreyimde bir yerlerde
    Allah sevenlere ayriliq göstermesin..tewekkur muellife

  12. Riyana dedi ki:

    BAĞIŞLA AMMA MƏN BU XƏBƏRİ BİR NEÇƏ GÜN ƏVVƏL LEGEND.AZ DA GÖRMÜŞƏM