“Axirzaman”…

"Axirzaman"...

angel *İmanı qəlbdə tutmaq əldə isti ocağı tutmaq qədər çətin olacaq!

*İnsan gecə mömin yatacaq, səhər kafir olaraq qalxacaq. Və ya bunun tərsi olacaq!

*Faizə alış –veriş, rüşvətə hədiyyə deyiləcək. Sələmçilik artacaq halal-haram unudulacaq, pul gəlsin də haradan gəlirsə-gəlsin deyiləcək!

*İnsanların başına elə bir zaman gələcək ki, onlardan faiz yeməyən qalmayacaq yeməsə belə tozu onlara çatacaqdır!

*Qazanc müəyyən olmuş insanlar arasında dolaşacaq, az gəlirlilər aclıq və sıxıntıya düşəcək!

*Fasiqlər başa keçəcək və danışmasını bilməyənlər xalqa xitab edəcəklər!

*Qəbirlər süslənəcək və Quran qazanc gətirən bir əmtəə halına gələcək!

*Fitnə hər evə gələcək və təcrübəsiz gənclər başa keçəcəklər!

*Əcnəbilər çoxalacaq və müsəlmanlara qələbə edəcəklər!

*Sonradan gələn nəsillər öncədən gələnlərə saymayacaqlar!

*Hiyləsiz iş edilməyəcək, tacirlər və yazarlar artacaq, qələm bollaşacaq!

*Böyükləri mərhəmətsiz, kiçikləri hörmətsiz olacaq, uşaqları tərbiyə, köpəkləri tərbiyədən daha çətin olacaq!

*İçkini dövlət təşkil edəcək və müxtəlif isimlər altında içiləcək!

*İnsan libasını qoruduğu qədər dinini qorumayacaq!

*Əqrəbalıq əlaqələri qopacaq!

*Həcc zənginlər üçün ticarət, hafizlər üçün riya və göstəriş yeri olacaq!

*Kişilər özlərini qadınlara qadınlar da kişilərə bənzədəcəklər!

*İnsanlar pisliklərdən bir-birini çəkindirməyəcək və yaxşılığı əmr etməyəcəklər!

*Alimlər pul və dünyalıq qarşılığında elm öyrədəcək!

*Minarələr çoxalacaq, məscidlər süslənəcək və içlərindən yüksək səslər gələcək!

*Ərəb ərazisinin çölləri çaylara və yaşıllıqlara qovuşacaq .!

*Ulduzlar, fal doğrulanacaq!

*ALLAH-TAALA apaçıq inkar ediləcək!

*Bir müsəlman qoyundan daha aciz olacaq, xor və kasıb görüləcək!

*Zaman qısalacaq: Bir il bir ay kimi bir həftə bir gün kimi keçəcək, bir günün keçməsi isə bir yarpağın yanması kimi tezləşəcək!

*Xainlərə əmin, əmin olanlara isə xain deyiləcək və burada əmin bir insan vardır deyiləcək qədər insan sayı azalacaq!

*Adama şərindən qorxuluğu üçün ikramlar olunacaq, görünüşdə dost fəqət əsasında düşmən insan sayı artacaq. Sözlər həmişə yalan və bir–birinə müxalif olacaq!

*Amir və məmur çox, doğru iş görən az olacaq!

*Xeyirlər və yağmurlar azalacaq, zəlzələ və daşqınlar artacaq!

*Zənginlərə etibar ediləcək xəsislik artacaq, zəkat ağır bir borc kimi qəbul ediləcək!

*Bəla, müsibət artacaq. Rahat və dinclik qalmayacaq kimsə əlilə bunları önlənməyəcək!

*Böyük və göstərişli binalar qurulacaq və bunlardan ötəri küçələr daralacaq!

*Yırtıcı heyvanların dəriləri soyularaq çeşidli geyim əşyası ediləcək!

*Səhər geyilən libaslar başqa, axşam geyilən libaslar başqa olacaq!

*Önümüzə yeməklərdən birisi gələcək, digəri gedəcək. Və Kəbənin örtüldüyü kimi divarları xalça ilə süslənəcək!

*Elm azalacaq, cəhalət anarxiya və cinayətlər artacaq. Adam öldürmək yüngül bir suç sayılacaq!

*Alicənablıq, izzət ikram və comərdlik duyğuları qeyb olacaq və haqlar pul qarşılığında satılır hala gələcək!

*Kişilər-kişilərlə, qadınlar-qadınlar ilə münasibətsiz əlaqələr quracaq!

*Hər tərəfdə oxuyan və çalğıçı qadınlar zühur edəcək!

*Dedi-qodu yayğın bir hal alacaq. Hər kəs qazanmadığından və keçinmədiyindən şikayətçi olacaq!

*Yalançı şahidlik və boşanmalar artacaq ani ölümlər sıx görüləcək! angel

Angelocka

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    Allah Senden Razi Olsun Canik opucuk

  2. MILAQROS dedi ki:

    cox sagol guzel bacim….P.S (Shehrizadda…deyire Mehriban deyir shehrizada GUZEL BACIMxaxa xaxa xaxa xaxa xaxa xaxa xaxa xaxa)

  3. Angelocka dedi ki:

    vefasiz_giz,
    Cumlemizden bitanem cumlemizden opucuk

    MILAQROS,
    Sende sagol meleyim..ayda hee aaa allah guldursun seni bitanem seher vaxti meni yaman guldurdun xaxa xaxa xaxa xaxa xaxa

  4. R_O_S_H_K_A dedi ki:

    MILAQROS,
    dash
    Angelocka,
    Chox Sag Olee Yorulmayasn !!!

  5. )(akker dedi ki:

    xebere gore cox saqol dostik

    uyda

  6. Camka dedi ki:

    applause Etrafli melumata gore cooox sag ol dehshet cry

  7. Angelocka dedi ki:

    R_O_S_H_K_A,
    Sen sagol dostikim opucuk

    )(akker,
    Sende sagol dostikim opucuk

    Camka,
    Cox sagol canim..Cannn uzulme opucuk

  8. МиниК_Сердце dedi ki:

    Xeyirlər və yağmurlar azalacaq, zəlzələ və daşqınlar artacaq!