Peyğəmbərliyə nə üçün mələk seçilmədi?

Sual: Peyğəmbərliyə nə üçün mələk seçilmədi?

Cavab: Həzrət Peyğəmbər (s) və onun gətirdiyi ayinlərə müxalif olanlar, öz çirkin məqsədlərinə çatmaq üçün min bir bəhanə gətirir, bütün vasitələrə əl atırdılar. Bu bəhanələrdən biri də, peyğəmbər olaraq mələk yox, insanın seçilməsindən doğan narazılıq idi. Hansı ki, həzrət Məhəmmədin (s) peyğəmbərliyinə kifayət qədər dəlil var idi. İkinci bir tərəfdən, belə bir etiraz təkcə həzrət Məhəmmədə (s) qarşı yox, bütün peyğəmbərlərə qarşı yönəlmişdi və olduqca yersiz görünürdü.
Bəs Qurani-kərimdə bu barədə nə deyilir? «Ənam» surəsinin 8-ci ayəsində Allah-təala buyurur: «Əgər biz elə bir mələk göndərsəydik, iş bitmiş olar və iman gətirməyənlərə bir an belə möhlət verilməzdi».

Maraqlıdır, nə üçün möhlət verilməzdi? Cavab çox sadədir: Allah-təala insanı əzaba düçar etməzdən əvvəl, ona xəbərdarlıq edir. Xəbərdarlıq həm söz, həm də gözlə ola bilər. Məsələn, bir insana «ovcumda qızıl olduğuna inanmasan, səni cəzalandıracağam» deyirsən. Bu sözlə xəbərdarlıqdır. Gözlə xəbərdarlıq odur ki, ovcundakı qızılın bir tərəfini o şəxsə göstərəsən. Sözlə xəbərdarlığa məhəl qoymayan insana düşünmək üçün möhlət vermək olar. Amma gözü ilə gördükdən sonra inanmayan şəxsə möhlət vermək üçün heç bir əsas yoxdur. Peyğəmbər olaraq mələk göndərilməsi, qeybin aşkarlanması və gözlə görünən son xəbərdarlıqdır. Allah-təala isə, insanı əql mülkü ilə mükafatlandıraraq, onu üstün etmişdir. Heyvanlar da gördüyünü hiss edir, duyur. İman isə, zahir gözü ilə gördüyünə yox, bəsirət gözü ilə gördüyünə inanmaqdır. Növbəti ayədə oxuyuruq: «Əgər biz onu mələk etsəydik, yenə də insan qiyafəsində göndərər və onları bir daha şübhəyə salardıq».….

ELIK28

Şərhlər:

  1. Miss_KaPRizZ of_cAdI dedi ki:

    coxx maraqliydi Allah razi osun

  2. Hilary Duff dedi ki:

    Tewekkurler Allah razi olsun..

  3. yAgmurlar dedi ki:

    ALLAH razi olsun,ellerine saglik

  4. Pestimist... dedi ki:

    Allah razi olsun

  5. important life dedi ki:

    Allah razi olsun cox tewekkur

  6. ELIK28 dedi ki:

    ALLAH HAMMIZDAN RAZI OLSUN!!!![center][/center]

  7. _SAFURA_ dedi ki:

    Allah razi olsun maraqli xeberdi

  8. gizem dedi ki:

    allah razi olsun

  9. SEBERT dedi ki:

    super tesekkurler ALLAH razi olsun

  10. MiSS_BaHaR dedi ki:

    Allah razi olsun)))

  11. CooL_Man dedi ki:

    cooox maraqlidir! teshekkurler…

  12. Firdevs dedi ki:

    Allah razi olsun..Bilirdim

  13. mR_bAkiNec dedi ki:

    Bu xəbəri sərf eləmirəmsə elə burda oxumuşam..ALLAH razı olsun əladı

  14. Love Girl dedi ki:

    Allah razi olsun

  15. Angel_a dedi ki:

    hmm maraqli idi Allah razi olsun

  16. Sweet_Love dedi ki:

    Allah razi olsun. Dini xeberleri beyenirem ve maraqla da oxuyuram cox saqol…