Dostlar çox yaşamağa kömək edir

İnsanın dostu çoxdursa, fiziki və psixi sağlamlığı da möhkəm olur
Avstraliyalı alimlər dostluq etməyin faydalarını üzə çıxarıblar. Bunun üçün onlar 10 ildən artıq təqaüddə olan minlərlə yaşlı insanı öyrənərək sosioloji tədqiqat aparıblar. Tədqiqatlar nəticəsində alimlər belə nəticəyə gəliblər ki, dostluq münasibətləri insan ömrünü uzada bilər.
Nəticələrə görə, daha çox dostları olan yaşlı insanlar təkliksevən həmyaşıdlarına nisbətən çox yaşayırlar. İnsanın sağlamlığı dostların sayından asılıdır. Əgər insanın dostu çoxdursa, deməli fiziki və psixi sağlamlığı da möhkəm olur. Bununla belə, çox incə bir məqam mövcuddur. Dostluğun fiziki və psixi sağlamlığa müsbət təsiri üçün dostların təxminən eyni yaşa və yaxın sosial səviyyəyə məxsus olması çox əhəmiyyətlidir.

Möhkəm və uzun müddət dostluq münasibətində olanlar depressiya pozğunluğundan, ürək xəstəliklərindən daha az əziyyət çəkirlər. Sən demə, dostluq münasibətləri pis vərdişlərin qarşısının alınmasına da kömək edir. Belə ki, dostlar tərəfindən dəstəklənən insanlar nikotin və alkoqol asılılığından daha asan qurtulurlar..

ELIK28

Şərhlər:

  1. Sweet_Love dedi ki:

    Dost olmaqi da her adam bacarmir…..

    Dostlarimi coooox istirem opucuk xebere gore thankssssssss

  2. MURAD_X dedi ki:

    menim dostlarim cooooxdu, masallah.. Hamisindan da raziyam menim dostlarimin hec biri pis adam deyiller pis adamlarla dostluq etmirem.. Dostlarimin hamisini coox istiyirem..

  3. gizem dedi ki:

    twm xebere gore bu alimlerde dostdan tutmuw her weynen maraqlanirlar

  4. mR_bAkiNec dedi ki:

    Dost… Oğlanlarla dost olmuram mən..Daha çox qızların dosltuğuna inanıram buna görədə hər zaman dostlarım yanımdadı ) Dostlar Love You )

  5. important life dedi ki:

    Menim dost kimi oldugum cooo..x insan var ama 1esl dostum var..xebere göre twk

  6. Ninaska dedi ki:

    indiki zamanede dost azdir.. ama menim yaxshi dostlarim oldukuchun shansliyam
    tsh xeberchun