İslamda ağılın rol

Islamda ağılın rolu… Maraqlı və məsləhətli
İslamda həqiqi olaraq ağıl və düşüncəyə nə qədər yer verimişdir?
Bu cür qəbul etmək olar ki, İslam ağılı bir həddə etibarlı bilib onun hökmünü təyid edir. O vaxt ki, misal üçün oğlunun qanını ata üçün halal bilmək və ya indiki zamanda geniş şəkildə yayılmış pul vasitəsiylə mənfəətin əldə olunması və qiymətlərin hər an bahalanması və yaxud 8- yaşlı qız uşağının idarə olunmasını əgər ağıl qəbul etməzsə, o ağılın tövhid və vəhy etqadının olmasına məhkum olur!
Harada və hansı dini mənbədə gəlmişdir ki, övladı atanın vasitəsiylə öldürülməsinə icazə vardır?!
Bu səhv təsəvvürdür, heç bir fəqih bu cür hökm fətva verməmişdir. Odur ki, əgər bu cür bir hadisə baş verərsə və bir övlad atanın əlində ölərsə, aya ata bu haram işə görə qisas olmalıdır ya xeyr? Burada fəqihlər deyirlər ata qisas olunmur. Bu o demək deyil ki, övladın ata vasitəsiylə öldürülməsinə icazə verilmişdir və hər vaxt istəsə öz övladını öldürə bilər.
Baxmayaraq ki, bəzi hökmlərin illətləri insan düşüncəsi və ağlıyla qəbul olunmur və ağıl bunları qəbul etmir, bu şübhə hazırda bəhs olunan məsələyə nöqsan yetirmir; çünki, o ağıl ki, fəlsəfə və kəlam terminlərində bəhs olunur. O ağlın xüsusi xüsusiyyətləri vardır ki, öz yerində bəhs olunmuşdur, nəin ki, hər bir hökmün fəlsəfəsi bir şəxsin ağlının dərk etməsi həddində olmalıdır! Bunun üçün də burada ağıldan məqsəd, ümumi termində işlədilən ağıl nəzərdə tutulmamışdır.
Bəzi insanlar tərəfindən bəzi hökmlərin illətinin qəbul olunmaması, dindən çıxmağa və kənar olmağa səbəb olmur. Bu müqəddiməni açıqladıqdan sonra deyirik: Ağıl insanların daxilində olan bir inamdır ki, onları kamilliyə doğru rəhbərlik edir və şəriət (din) insan varlığından kənarda olan bir inamdır və bu (din) insanları çirkinliklərdən uzaqlaşdırıb olmarı kamillik və səadətə çatdırır.
Nəticə alırıq ki, Din və ağılın bir arada olması və İslamla ağılın dəlilləri arasında heç bir ixtilafın olmaması, onun üçündür ki, onların məqsədləri məlum və birdir, amma dinin həqiqətləriylə ağılın qanunlarında anlaşılmamazlığın olmalsı ağılın dəlil və məntiq əsasına riayət etməməsi və yaxud bizim dindən səhv nəticə almağımızın əsasındadır ki, öz səhv düşüncələrimiz əsasında hökm etmişik.
Əlbəttə diqqət etmək lazımdır ki, İslamın iki dairəsi, əqidə (dinin əsli) və əhkam (dinin fəri) daxilində, bəzi məsələ və hökmlər insan ağlından yuxarıdır, baxmayaraq ki, ağıl onlarla müxalifət etmir amma onların son məna və həqiqətinə də çata bilmir və onları dərk etməyə də qüdrəti çatmır o cümlədən məadın bəzi kiçik məsələlərini dərk etməkdən acizdir. Amma o hökmlər ki, siz sualınızda açıqladınız ağıl və məntiq əsasında sabit etmək olar və bu cür məsələlərdə ağıl və vəhy arasında heç bir qarşı durma və müxalifətçilik müşahidə olunmur. Misal üçün İslamda ribanın haram olması, özünəməxsus fəlsəfəsi vardır, İslam məntiq əsasında iqtisadiyyatdan kənar olan hər cür mənffəti qəbul etmir, baxmayaraq ki, sərmayə qoymağı və onun yaradılmasına təkid edir və onu sahiblərinin haqı olmasını bildirib və iqtisadiyyatın fəaliyyətinin dayandırılması kimi və onun kontrol olması kimi bilir. Sərmayənin yaradılmasında ən tez nəzərə çarpan nöqtələrdən biri də budur ki, ribanın yaranmasına şərait yaradır ki, bu da qorxulu bir məsələdir. Amma İslam ribanı haram etməklə və başqa buna oxşar problemlərin qarşısını almaq üçün o cümlədən qumar və şərt bağlanan oyunların və… tamamıyla dəlillərini rədd edib onların ziyanını faydasız bilmişdir. Başqa bir tərəfdən isə riba varlılarla kasıblar arasındakı dasiləni artırır və sərvətin çıxalmasına səbəb olur.
Nəticədə yaranan sıxıntılar cəmiyyətdəki kasıb insanların öhdəsinə düşür.
Bəs “riba” nəinki şəriətdə qəbul olunmur bəlkə heç bir dəlil və məntiqə uyğun deyildir. Amma bizim nəzərimizdə bəzi hökmlərin ağıla müxalif olmasının illəti iki şeydədir:
Birincisi budur İslamın bir çox əsas həqiqətləri insanın kiçik ağlı nəticəsiylə dərk və qəbul edilməzdir.
Buna əsasən daxildə və xaricdə olan inamların bir- biriylə zidd olması mümkün deyildir.
O cür ki, ağıl, yaranılmışlardan biridir və hər bir varlığın da öz əhatəsi məhdudiyyəti vardır, təbidir ki, onu əhatə və dairəsi mümkün deyildir ki, məhdudiyyət daxilində olmasın. Bəs, ağılın fəaliyyət və məhdudiyyəti yaranmışlar dairəsindədir və bir həddə Allahı tanımağa qüdrəti çatır və olmadığı üçün, ona yol tapa bilmir.
Ağılın buna qüdrəti çatır ki, təbiətdə olan varlıqlar və şəriət çərçivəsi daxilində fəaliyyət göstərsin və onları dərk etməyə nail olsun, baxmayaraq ki, hər birinin barəsində vəhydən ehtiyacsız deyildir, ağılın əli, məad bəhsinin xırdalıqlarından və əhkamın sirlərindən aşağıdır. Bunun üçün də şəriətin göstərişlərinə ehtiyacı vardır. Nəticədə heç bir halda İslam və ağıl arasında müxalifətçilik yoxdur.

ELIK28

Şərhlər:

  1. yAgmurlar dedi ki:

    oxudum Allah razi olsun,ellerine saglik

  2. Sweet_Love dedi ki:

    Allah razi olsun……..

  3. CooL_Man dedi ki:

    Allah razi olsun!

  4. important life dedi ki:

    agilin rolu böyukdur.. Allah kömeyin olsun

  5. Love Girl dedi ki:

    Allah razi olsun