Nə çox adam ki, gününü axşama çatdıra bilməyib
Nə çox adam ki, gününü axşama çatdıra bilməyib
Peyğəmbərimiz (s) öz sadiq səhabəsi Əbazər Ğəffariyə buyurur ki, ya Əbazər, bir çox insanlar bu arzuda olublar ki, günü başa vuralar, səhəri axşama çatdıralar – amma çatdıra bilməyiblər. Sübhü axşama çatdıra bilməyiblər. Sabahkı günün intizarında olublar, amma ona çata bilməyiblər, sabahadək yaşaya bilməyiblər. Həzrət Peyğəmbər (s) öz səhabəsinə gündə baş verən, hamının başına gələn və haqq olan bir hadisəni yada salır. Deyir, bir çox insanlar özləri də istəmədən bu dünyadan gedirlər. O arzu ilə yaşayırlar ki, səhəri axşama çatdıralar və sabahkı günə çatalar, amma çata bilməyirlər. Tövsiyələrinin başqa bir hissəsində buyurur ki, ey Əbazər, o zaman ki, sübh etdin, özünə ümid vermə, qəti özünü arxayınlaşdırma ki, axşama çatacaqsan və nə zaman ki, axşama çatdın – özünü arxayınlaşdırma, özünə bu ümidi vermə ki, sübhə çatacaqsan.
İmam Əli (ə) buyurur: “Günün keçəni – səndən gedəndir, gələcəyi – şübhəlidir və indiki zaman isə fürsətdir”.
Başqa yerdə Həzrət Əli (ə) buyurur: “Ey camaat! Elə indi, indicə vaxtı qənimət bilin, peşman olmamış və hər bir kəs ”əfsus ki, Allahın işində səhlənkarldıq etdim” deməmiş, vaxtı qənimət bilin”.
Tövsiyənin davamında Peyğəmbərimiz (s) Əbazərə buyurur ki, bir neçə şeyi möhkəm əmanət tut, bir neçə şeyin qədrini bil. Sağlamlığının qədrini bil xəstəliyə qədər. Və həyatının, ömrünün qədrini bil ölənə qədər. Sevimli Rəsul (s) buyurur ki, bunları ona görə deyirəm ki, bilinmir sabah sənin başına nə gələcək. Peyğəmbərimiz (s) bundan qabaq öz səhabəsinə deyir ki, ey Əbazər, bil ki, sən bu gün ancaq bu günə maliksən. Və sabah sənin deyil. O yerdə bunları xatırladır ki, insanı yeganə real nemət olan ömürdən düzgün istifadə etməyə dəvət edir.
Yenilənib:
tsk allah razi olsun
Allah razi olsun,ellerine saglik
Cox beyendim ne gozel yazmisan Allah razi olsun
teshekkurler, ALLAH razi olsun!
ölum haqqdi,ne zaman geleceyi belli olmaz..ona göre de vaxtinda Namaz qilmaq,dua etmek lazimdi.

ALLAH razi olsun
tewekkur xbre gore,Allah razi olsun…
gizem,
cox saq ol cumelmizin hamiya reylere gore twk
tesekur brat ALLAH RAZI OLSU!!111
Tesekkur Allah razi olsun
ALLAH razi olsun dosi
twk bele xeberleri atanlarin allah canini sag elesun
İmam Əli (ə) buyurur: “Günün keçəni – səndən gedəndir, gələcəyi – şübhəlidir və indiki zaman isə fürsətdir”.
Heqiqeten de beledi bu gunumuzun deyerini bilmeliyik. Cunki sabah olmaya bilerik. Allah razi olsun cox gozel xeberdi…..