Fincan

Yaşlı bir qadın antikvar dükanından əldə etdiyi fincanı diqqətlə salon vitrinində yerləşdirirdi. Fincanın forması, üzərindəki işləmələr, rənglər onun bir sənət əsəri olduğunu söyləyirdi. Ödədiyi qiyməti xatırladı; xeyr, heç də baha almamışdı. Verdiyi qiymətə dəyərdi.

Heyranlıqla fincana tamaşa etməyə davam etdi. Birdən fincan dilə gəldi və qadına belə dedi: “Mənə heyranlıqla baxdığınızın fərqindəyəm. Amma bilməlisiniz ki, mən belə deyildim. Yaşadığım çətinliklər məni bu hala gətirdi”.

Qadın indi heyrət içində idi. Önündəki qəhvə fincanı danışırdı!

Kəkələyərək: “Necə?! Başa düşmədim?!” – deyə bildi yaşlı qadın.

“Demək istəyirəm ki, mən bir zamanlar palçıqdan ibərət idim və bir gün bir sənətkar gəldi, məni əlinə aldı, əzdi, döydü, yoğurdu. çəkdiyim çətinliklərə dözə bilməyib: “Kifayətdir! Xahiş edirəm dur artıq! – deyə qışqırmaq məcburiyyətində qaldım. Amma usta yalnız gülümsədi və “Daha deyil!” – deyə cavab verdi. Sonra məni götürüb bir taxtanın üzərinə qoydu. Burada döndüm, döndüm, döndüm. Döndükcə başım da döndü. Sonunda yenə qışqırdım: “Xahiş edirəm məni bu şeyin üzərindən qurtar. Artıq dönmək istəmirəm!” Amma usta mənə baxıb gülümsəyirdi: “Hələ deyil!”.

Sonra məni aldı və sobaya qoydu. Qapağını bağlayıb istiliyini artırdı. Onu indi sobanın pəncərəsindən görə bilirdim. Soba get-gedə istilənirdi. Ağılımdan belə keçirdi: “Məni yandıraraq öldürəcək”.

Sobanın divarlarına vurmağa başladım. Bir tərəfdən də qışqırırdım: “Usta, usta! Xahiş edirəm, icazə ver buradan çıxım!”.

Pəncərədən onun üzünü görə bilirdim. Hələ gülümsəyir və “Daha deyil!” – deyirdi.

Bir saatdan sonra, sobanı açdı və məni çıxartdı. İndi rahat nəfəs ala bilirdim, sobanın yandırıcı istiliyindən xilas olmuşdum. Məni masanın üstünə qoydu və bir az boyayla bir fırça gətirdi.

Boyalı fırça ilə mənə yüngül yüngül toxunmağa başladı. Fırça hər tərəfimdə gəzişir və bu vaxt mən qıdıqlanırdım.

“Xahiş edirəm usta! Eləmə, qıdıqlanıram!” – dedim. Onun cavabı isə eyni idi: “Hələ deyil!”.

Sonra məni nəzakətlə tutub yenə sobaya doğru getməyə başladı. Qorxudan öləcəkdim. “Xeyr! Məni yenə sobaya salma xahiş edirəm!” – deyə qışqırdım.

Sobanı açıb məni içəri itələyib qapağını bağladı. İstiliyi bir əvvəlkinin iki qatına çıxartdı. “Bu səfər məni həqiqətən yandırıb qovuracaq!” – deyə düşündüm. Pəncərədən baxıb ona yenə yalvardım, amma o, yenə “Daha deyil!” – deyirdi. Ancaq bu dəfə ustanın yanaqlarından bir damla göz yaşının yuvarlandığını gördüm.

“Tam son nəfəsimi verdiyimi düşünürdüm ki, qapaq açıldı və ustanın nəzakətli əli məni çəkib çölə çıxartdı. Dərin bir nəfəs aldım, həsrət qaldığım sərinliyə qovuşmuşdum. Usta məni hündür bir rəfə qoydu və belə dedi: “İndi tam istədiyim kimi oldun. Bir özünə baxmaq istəyirsən?”.

Ona: “Bəli” dedim.

Bir güzgü gətirib qabağıma qoydu. Gördüyümə inana bilmirdim. Güzgüyə dəfələrlə baxdım və “Bu, mən deyiləm. Mən yalnız bir palçıq parçasıydım”.

“Bəli, bu sənsən!” – dedi usta. Sən, acı və çətinlik deyə gördüyün şeylər sayəsində belə mükəmməl bir fincan halına gəldin.

Əgər sən bir palçıq parçası olduğun vaxt üzərində işləməsəydim, quruyub gedəcəkdin.

Dönər dəzgahın üstünə qoymasaydım, ovulub toz olacaqdın.

İsti sobaya salmasaydım, çatlayacaqtın.

Boyamasaydım, həyatında rəng olmayacaqdı.

Amma sənə əsl güc və qüvvəti verən ikinci soba oldu.

İndi arzu etdiyim hər şey var üzərində”.

Və mən qəhvə fincanı, bu sözlərin ağzımdan çıxdığını heyrətlə fərq etdim: “Ustam! Sənə güvənmədiyim üçün məni bağışla!

Mənə zərər verəcəyini düşündüm.

Məni məndən çox sevib mənə yaxşılıq edəcəyini düşünmədim.

Baxışım qısa idi, amma indi məni möcüzəli bir sənət əsəri etdiyini görürəm.

Mənim çətinlik və acı deyə gördüyüm şeyləri mənə verdiyin üçün təşəkkür edirəm …

Təşəkkür edirəm”.

Love Girl

Şərhlər:

  1. important life dedi ki:

    super hekaye idi. Cox tewekkur djan..beyendim.. : twk:

  2. Miss_KaPRizZ of_cAdI dedi ki:

    oxudum axiracan cox maraqli hekayedi.. heyatimizda beledi eziyyet cekirik, cetinliklerle qarsilasiriq ama sonda netice yaxsi olur..

    Yaradanima, Atama, Anama Tesekkur edirem

  3. Love Girl dedi ki:

    Beyendiyinize sevindim

  4. CooL_Man dedi ki:

    teshekkurler! Super idi oxudum…

  5. polo dedi ki:
    goresen bes arvad ne dedi[ hmmm /b]
  6. mR_bAkiNec dedi ki:

    Çox əladı

  7. star girl dedi ki:

    menali ve maraqli hekayedi cox saqol Love Girl