Sizin psixoloji yaşınız neçədir? (Test)

Tanınmış psixoloq Karl Rocers deyərmiş: ” Mən çox zəif uşaq olmuşam. Bir dəfə atam ağzından qaçırtdı ki,yəqin bu canla çox yaşamaram,cavan ölərəm. İndi 75 yaşındayam və onun haqlı olduğunu düşünmürəm. Özümü cavan hiss edirəm və ümidvaram ki, heç vaxt qocalmayacağam”. Ahıllıq yaşına qədər gənclik enerjisini qorumağı bacaran insanlar az deyil. Amma bəzən əksinə də olur- cavan adam yaşanmış illərin yükünü çətinliklə daşıyır.

Gəlin testə başlayaq ! Əgər fikirlə tam razısınızsa, özünüzə 4 bal, qismən razısınızsa 3 bal, qəti razı deyilsinizsə, 1 bal yazın.

1. Fikrimcə, mənim yumor hissim yaxşıdır.
2. İntuisiyam pis deyil.
3. ümidvaram ki, gələcəkdə məni ürəkaçan əməllər gözləyir.
4. Fikrimcə, adamların mənimlə söhbətləşməkdən xoşu gəlir.
5. Mənə oxşamayan və baxışlarımız tamam fərqlənən kimsə mənim xoşuma gələ bilər.
6. Mən uşaqları sevirəm.
7. Mürəkkəb məsələləri həll etmək xoşuma gəlir.
8. Hər hansı işə başlayanda onu daha yaxşı bitirməyin yolunu axtarıram
9. Müxtəlif hadisələrin səbəbləri məni maraqlandırır.
10. İşdən başqa mənim xeyli məşğuliyyətim var.
11. Hər hansı bir dəyişikliyi yaxşılığa doğru dəyişiklik kimi qəbul edirəm.
12. Mənim işim insanlara xeyir gətirir.
13. Bəzən xəyala dalmağı sevirəm.
14. Sevdiyim musiqi ovqatımı yaxşılaşdırır.
15. Yeni ideyaları maraqla qarşılayıram.
16. Bir qayda olaraq çətinlik və maneələrlə qarşılaşarkən, geri çəkilmirəm.
17. Uğurlu zarafata ürəklə gülməyi bacarıram.
18. Öz ürək sirrlərimi bölüşə bildiyim heç olmasa,bir nəfər yaxşı adamım var.
19. Fiziki aktivlikdən həzz alıram.
20. Təzə adamlarla görüşmək xoşuma gəlir.
21. Bacarmadığım bir işi öyrənmək ürəyimdən keçir.
22. Cazibədar görünməyə çalışıram və buna nail oluram

Nəticəyə baxaq!

50 BALDAN AŞAĞI. Sizin kimi adamlardan söz düşəndə deyirlər ki,çox şeyi görüb, başı çəkib deyə hər şeyin qədrini bilir. Amma bu ” müdriklik ” özünü tez yetirməyib ki? Axı, görüləsi, öyrəniləsi və yaşanılası nələr var!

50 -75 BAL. Yetkinlik yolunda gəncliyinizin bəzi məqamlarını qurban verməli olmusunuz. Qayğılar, streslər sizin sevinmək qabiliyyətinizi kütləşdirsə də, ciddiliyə və məsuliyyətə alışmısınız. Siz problemlərlə tam yüklənməmiş ” orta” yaşlısınız. Bir qədər gümrahlıq və nikbinliyin sizə köməyi dəyər.

Əgər 75 BALDAN çOX toplamısınızsa, deməli, doğum tarixinizdən asılı olmayaraq, həyat eşqiniz və özünüzə inamınız aşıb-daşır. Siz mehriban, nikbin və xeyirxahsınız. Qocalmağa hələ uzun illər var.

_SAFURA_

Şərhlər:

  1. Angel_a dedi ki:

    50 -75 BAL. Yetkinlik yolunda gəncliyinizin bəzi məqamlarını qurban verməli olmusunuz. Qayğılar, streslər sizin sevinmək qabiliyyətinizi kütləşdirsə də, ciddiliyə və məsuliyyətə alışmısınız. Siz problemlərlə tam yüklənməmiş " orta" yaşlısınız. Bir qədər gümrahlıq və nikbinliyin sizə köməyi dəyər.

    65 bal

  2. important life dedi ki:

    84bal) twk

  3. Slatkaya dedi ki:

    Əgər 75 BALDAN ÇOX toplamısınızsa, deməli, doğum tarixinizdən asılı olmayaraq, həyat eşqiniz və özünüzə inamınız aşıb-daşır. Siz mehriban, nikbin və xeyirxahsınız. Qocalmağa hələ uzun illər var.

    cox sag ol maraqli idi

  4. Agresiv_qiz dedi ki:

    tesekkurler hamsi duz cixdi twk

  5. Miss_KaPRizZ of_cAdI dedi ki:

    . Yetkinlik yolunda gəncliyinizin bəzi məqamlarını qurban verməli olmusunuz. Qayğılar, streslər sizin sevinmək qabiliyyətinizi kütləşdirsə də, ciddiliyə və məsuliyyətə alışmısınız. Siz problemlərlə tam yüklənməmiş " orta" yaşlısınız. Bir qədər gümrahlıq və nikbinliyin sizə köməyi dəyər. Duz cixdi

  6. _Sia_ dedi ki:

    78 BAL TOPLADIM.
    Deməli, doğum tarixinizdən asılı olmayaraq, həyat eşqiniz və özünüzə inamınız aşıb-daşır. Siz mehriban, nikbin və xeyirxahsınız. Qocalmağa hələ uzun illər var.
    OZUM PSIXOLOQ OLMAQ ISTERDIM.BU XEBERDEN BIR COX SEY OYRENDIM.
    MARAQLI XEBERDIR.

  7. Ninaska dedi ki:

    xeberchun tshkkk marakliydi

  8. _SAFURA_ dedi ki:

    reylere gore tesekkur

  9. genc qiz dedi ki:

    68 bal .netice mence menim xususiyyetime ve yasima hec uygun deyil

  10. ^_^Maqo^_^ dedi ki:

    en çoox mən bal yığdım.. 127 bal

    ^_^Maqo^_^,

  11. Pestimist... dedi ki:

    73

    tesekkur

  12. polo dedi ki:

    twk inanmiram….

  13. Sweet_Love dedi ki:

    Ede bilmedim dontknow tewekkur ……

  14. _SAFURA_ dedi ki:

    reylere gore tesekkurler

  15. MURAD_X dedi ki:
    80 bal yigdim.. twk Xeber eladi..
  16. SEBERT dedi ki:

    71 bal oldu twk biraz dogdu

  17. Love Girl dedi ki:

    Xebere gore tesekkur

  18. ^_^Maqo^_^ dedi ki:

    127 bal yigdim men

    twk

    Maraqli test idi

  19. Naiba dedi ki:

    hesablamaga gerek yoxdu mence burda deyilenlerin hamsi ile raziyam yeni mende beleyem ona göre balim 75 yuxaridi.tsk urek

  20. sensiz_olmur dedi ki:

    61 oldu twk

  21. _SAFURA_ dedi ki:

    reye gore tesekkur