Azərbaycan musiqi alətləri

Azərbaycan musiqi alətləri

Kamança – Azərbaycan simli musiqi aləti.
Kamançanın müxtəlif növləri başqa adlarla Şərq və Orta Asiya xalqları arasında yayılmışdır. Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişaf etməsi ilə bağlıdır. İlk nümunələri balqabaqdan, hind qozundan hazırlanar, fil sümüyü ilə bəzədilərmiş. Bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması güman edilir.
Kamança Orta əsr klaslərinin əsərlərində geniş təsvir olunmuşdur. XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin “Musiqi məclisi” rəsm əsərində bərbət, dəf və kamança alətləri təsvir edilmişdir. Əbdülqadir Marağai əsərlərində başqa musiqi alətləri ilə yanaşı, kamançanın da adını çəkmiş və onun haqqında məlumat vermişdir. XVII əsrdə Azərbaycana səyahət etmiş alman səyyahı E.Kempfer kamançanın üçsimli və bəzən də dördsimli alət olduğunu, çox gözəl səs tembri ilə səsləndiyini qeyd edir.
Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında kamança belə təsvir edilir:
Kaman Musa kimi yanır, inləyir,
çalan xanəndəni durub dinləyir.
Oxuyan bir gözəl qəzəl başladı
Bu keyfi-işrəti çox alqışladı.
Keçən əsrdə üçsimli, dördsimli və hətta beşsimli kamançanın mövcudluğu məlumdur. Azərbaycan Tarixi Muzeyinin etnoqrafiya fondunda saxlanılan XIX əsrə aid beşsimli kamança bu baxımdan maraqlıdır. Həmin muzeydə görkəmli bəstəkar Zülfüqar Hacıbəyova məxsus olan bir kamança da nümayiş etdirilir. üç simdən ibarət olan bu kamançanın çanaq və qol hissələri yüksək zövqlə təbii sədəflə bəzədilmişdir. XIX əsrə aid edilən bu alətin maraqlı cəhəti ondan ibarətdir ki, onun çanağı yarı hissədən şaquli şəkildə kəsilmiş və üzərinə dəri çəkilmişdir. Kamança çanaq, qol və çanağın içərisindən keçərək, onun hər iki hissəsini birləşdirən şişdən ibarətdir. çanaq, qol və aşıqlar qoz ağacından xüsusi dəzgahda yonulma üsulu ilə hazırlanır. çanağın üzünə nərə balığının dərisindən hazırlanmış üzlük çəkilir. Alətin səslənməsinin yaxşı təmin edilməsində qol ilə simlər arasındakı məsafənin dəqiq təyin edilməsi vacib şərtdir.
ümumi uzunluğu 700 mm, çanağının hündürlüyü 175 mm, eni 195 mm-dir.
Diapazonu kiçik oktavanın “lya” səsindən üçüncü oktavanın “lya” səsinə kimidir. Kamança üçün notlar “sol” açarında yazılır və yazılışından bir ton yuxarı səslənir. Xalis kvarta, kvinta intervalları ilə köklənir.

Azərbaycan musiqi alətləri

Tar — Azərbaycanda musiqi aləti.
tarın sxematik quruluçu
Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində şair tarı belə təsvir edir:
Müğənni, tək bircə gecə də çal tar,
Məni bu dar yolda əzabdan qurtar!
Bəlkə, genişlənsin, açılsın yolum,
Köçüm, bu daşlıqdan asudə olum…
Orta əsr rəsm əsərlərində də tarın təsvirinə rast gəlmək olur. 1816-cı ildə Əbu Qasım Təbrizinin yağlı boya ilə çəkdiyi “Tarçalan qız” əsəri bu baxımdan maraqlıdır.
Dütar, setar, çahartar, pənctar və şeştar kimi simli musiqi alətləri tarın müxtəlif növləri hesab edilir. Əbdülqadir Marağai “Məqasid əl-əlhan” əsərində şeştar (6 simli) barədə məlumat vermişdir.
XIX əsrin II yarısında Azərbaycanlı tarzən Mirzə Sadıq (Sadıqcan) tərəfindən tarın quruluş və formasında dəyişikliklər edilmişdir. O, tarın tutma qaydasında da dəyişikliklər edərək tarı diz üstündən sinəyə qaldırmışdır. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılmışdır. Quruluş və forma etibarı ilə başqa musiqi alətlərindən fərqli olan tar, əsasən, üç hissədən çanaq, qol və kəllədən ibarətdir. Tarın çanaq hissəsi tutdan, qol və kəllə hissələri isə qoz ağacından hazırlanır. Onun uzunluğu 850 mm, çanağının hündürlüyü 16 mm, eni 185 mm-dir. Qoluna 22 pərdə bağlanır. çanagının üzərinə mal ürəyinin pərdəsi çəkilir. Müxtəlif diametrli 11 metal simləri vardır. Sümük ya ebonitdən hazırlanmış kiçik mizrabla dilləndirilir.
Simlər üç qrupa bölünür:
Ağ, sarı və kök simlər (hər biri bir olur).
Kök sim (tək qalın sim yalnız muğamla ifa olunur).
Zəng simlər (cingənə; iki cüt olur).
Tar sinədə üfqi tutulur, sağ əlin biləyi ilə çanaq hissəsi döşə sıxılır, simlər baş və şəhadət barmaqlarının arasında tutulmuş mizrab vasitəsi ilə ehtizaza gətirilir. Tarın qolu sol əlin baş və şəhadət barmaqları arasında sıxılır, sağ əlin ehtizaza gətirdiyi simlər sol əlin şəhadət, orta və adsız barmaqları ilə müxtəlif pərdələri sıxmaqla çalınır. İfa zamanı texniki və bədii imkanları təmin etmək üçün trel və müxtəlif mizrabvurma üsullarından, ştrixlərdən istifadə edilir. üstmizrab, altmizrab, üst-altmizrab, alt-üstmizrab, rux (sağ-sol) mizrab, santurmizrab (üstaltüst) və digər ştrixlərdən əlavə, lal barmaq, dartma sim (vibrasiya), sürüşdürmə barmaq (qlissando) kimi ştrix və üsullardan da istifadə olunur. İfaçı mizrabı simə vuraraq tarı döşünə sıxmaqla səsi uzun müddət dalğalandırır. Alınmış bu fasilə zamanı yaranan effekt “xum” adlanır.
Tar üçün notlar “do” sistemli metsosoprano açarında yazılır. Tarın səs düzümü xromatik olub, 2,5 oktavanı əhatə edir. Diapazonu kiçik oktavanın “do” səsindən ikinci oktavanın “sol” səsinə kimidir.

Azərbaycan musiqi alətləri

Balaban – Azərbaycanın qədim xalq musiqi alətidir. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti. Xalq arasında balaban və ya “yastı balaban” adı ilə tanınır. Bu alətin adının mənası “bala” (kiçik) və “ban” (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, “kiçik ban” (ilk, erkən ban) deməkdir. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur.
Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır. Balabanın adına Azərbaycan eposu sayılan “Kitabi Dədə Qorqud” dastanında eləcədə klas Azərbaycan şairlərinin əsərlərində rast gəlinir.
Azərbaycan folklorunda balabana aid deyimlər az deyil. Məsələn:
Əzizim balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs mənim balam hanı…
Balabanın fərdi ifaçılıq xüsusiyyətinə böyük diqqət yetirən, Azərbaycanın məşhur bəstəkarları bundan istifadə ediblər. Belə ki, üzeyir Hacıbəyovun «İkinci fantaziya», Müslüm Maqomayevin «Azərbaycan çöllərində», Hacı Xanməmmədovun «Simfoniyetta» və bir sıra digər əsərlərdə balabanın solo ifasına geniş yer ayrılıb.
Hazirda saxtakar erməni vandallari Azərbaycanın bir cox milli mədəniyyət nümunələri kimi balabanı da hədəfə aliblar. Erməni saxta təbliğatının nəticəsidir ki, dünyada Balaban bəzən “erməni düdüyü” kimi tanınmaqdadır. üstəlik balabanla ifa olunan Sarı Gəlin, Gözəlim sənsən, Sən gəlməz oldun və sairə Azərbaycan mahniları mənimsənilərək öz adlarına çıxarılmağa çalışılır. Balaban musiqisi əsasən Azərbaycan musiqisində yeddi əsas muğamdan biri sayılan segah ladı üzərində qurulduğu üçün, onun ən savadlı və mahir ifaçıları ruhları muğamla yoğrulmuş azərbaycanlılar sayılırlar. Məhz buna görə də balabanın ikinci və beşinci dəlikləri segah pərdəsi, yeddinci dəlik isə mahur rərdəsi dəlikləri adlandırılır. Digər millətlərin nümayəndələrinin ifasında balaban nə qədər mahir ifa olunsa da bir o qədər də dürüst və klas səslənmir. Bunun da sirri onların muğam savadına malik olmamasıdır.

Azərbaycan musiqi alətləri

Zurna-Azərbaycan musiqi aləti.
Güclü və zil səsə malik zurna musiqi aləti Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda özünə məxsus yer tutmuşdur.
Əsasən ərik, qoz və tut ağacndan yonularaq hazırlanır. üz hissəsində 7, alt hissəsində isə 1 oyuq açılır. Gövdənin baş tərəfinə maşa taxılır.O,cır söyüd, qoz və ərik ağacından hazırlanır. Zurnanın “surnay” sözündən olub, sur “böyük ziyafət”, nay “qarğı”, “qamış” mənasını verdiyi güman edilir. Ayrı-ayrı növləri Orta Şərq və Qafqaz xalqları arasında çox geniş yayılmışdır. Qədim insan məskənlərindən biri olan Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı maral buynuzundan hazırlanmış dörd ədəd zurna aşkar edilmişdir. Alimlərin hesablamalarına görə, yüksək zövqlə hazırlanmış bu alətlərin üç min il yaşı vardır. Əsasən, ərik (qaysı), qoz və tut ağaclarından yonularaq hazırlanır.
ümumi uzunluğu 302-317 mm-dir. Gövdəsinin baş hissəsi 20 mm olub, aşağıya doğru genişlənərək 60-65 mm-ə çatır. üst hissəsində yeddi, alt hissəsində isə bir oyuq açılır. Gövdənin baş tərəfinə maşa (beçə) taxılır. Onun uzunluğu 120 mm-dir və o, cır söyüd, qoz və ərik ağacından hazırlanır. Maşanın vəzifəsi alətin kök qaydasını nizama salmaqdır. Bürünc, mis, yaxud gümüş lövhədən hazırlanmış “mil” maşaya taxılır. Əsasən, quru yerdə bitmiş qamışdan xüsusi üsulla hazırlanmış müştük 710 mm uzunluğunda olur.
İfaçı aləti səsləndirmək üçün ağız boşluğuna yığdığı havanı müştükdən nizamla üfləyir. Sədəf, sümük və bürüncdən hazırlanan dəyirmi tağalaq (dayaq) milin, təxminən, orta hissəsinə, girdə lövhəyə bərkidilir. Tağalaq, bir növ, dodaq üçün dayaq rolunu oynayır. üfürülən hava müştük, mil və maşadan keçərək gövdəyə daxil olur və alət barmaqların köməyi ilə gövdədəki oyuqları açıb-bağlamaqla səsləndirilir.
Zurnanın diapazonu kiçik oktavanın “si bemol” səsindən üçüncü oktavanın “do” səsinə qədərdir. İfaçının məharətindən asılı olaraq, bir neçə səs də artırmaq mümkündür. Bu səsləri ifaçılar “səfir səslər” adlandırırlar. Zurna, əsasən, açıq havada keçirilən el şənliklərində geniş istifadə edilir.
Bu alətin “qara zurna”, “ərəbi zurna”, “cürə zurna”, “əcəmi zurna”, “qaba zurna”, “şəhabi zurna” kimi növləri tarixən mövcud olmuşdur. Əsasən, nəfəs alətləri ansamblında ifa olunur. Xalq çalğı alətləri ansamblı və orkestrlərinin tərkibində də solo aləti kimi bəzi rəqslər, cəngilər və digər musiqi nümunələrinin ifasında istifadə edilir. ü.Hacıbəyov “Koroğlu” operasında zurnanı orkestrin tərkibinə əlavə etmişdir.

Azərbaycan musiqi alətləri

Qarmon-Metal dilçəkli, körüklü musiqi alətidir. XIX əsrin sonlarından etibarən Azərbaycan xalqının məişətinə daxil olmuş və milli musiqi mədəniyyətinin bir hissəsinə çevrilmişdir. Digər xalq çalğı alətləri ilə bir yerdə ansambllarda, o cümlədən el şənliklərində milli rəqs musiqisinin ifası zamanı geniş istifadə edilir. Təsadüfi deyildir ki, təkmilləşdirilmiş müasir qarmon bir çox hallarda xalq musiqi aləti kimi qarşılanır. Azərbaycanda istifadə olunan xromatik növlü qarmonun texniki ifa xüsusiyyətləri və səs quruluşu rus qarmonlarından tamamilə fərqlidir.
Qarmon cazibədar səs tembrinə malikdir. Onun yan tərəfləri taxtadan, orta hissəsi dəri körüklü dördkünc qutudan ibarətdir. Qarmonun hündürlüyü 360 mm, eni 268 mm, qalınlığı 195 mm-dir. Qutunun içərisində ağac lövhələr üzərində xüsusi qayda ilə düzülmüş nazik metal dilçəklər (lövhələr) yerləşdirilir. Alət sağ və sol əlin köməyi ilə körüyü açıb-bağlamaqla səsləndirilir. Bu zaman sağ əlin şəhadət, orta, adsız, çeçələ barmaqları ilə melodiya, sol əlin barmaqları ilə isə melodiyanın ahənginə uyğun dəm (tonika) saxlanılır. Körük açılıb-bağlandıqda barmaqların təzyiqi ilə sıxılmış hava dillərin açdığı boşluqdan keçərək həmin metal lövhələri ehtizaza gətirir. Bu zaman, vibrasiya olunmuş lövhələrin ölçülərindən asılı olaraq, müxtəlif səs ucalıqları alınır. Diapazonu kiçik oktavanın “do” səsindən ikinci oktavanın “fa” səsinə qədərdir. Solo və ansambl aləti kimi geniş istifadə edilir.

Azərbaycan musiqi alətləri

Tulum(tuluq zurnası) – Azərbaycanda nəfəsli milli musiqi aləti.
Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar.
Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər.
Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə’zən ona “tulum zurnası” da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır. Qalan ikisindən birinə tuluma hava doldurmaq üçün sümükdən və ya qamışdan hazırlanmış, ağzında tıxacı olan boru, digərinə isə aləti ifa etmək üçün iki qoşa boru (gövdə) bərkidilir.
Uzunluğu 260-280 mm olan həmin gövdələrin üzərində 7 oyuq açılır. İfaçı sol qoltuğunda tutduğu içərisi hava ilə doldurulmuş tuluğu azacıq təzyiqlə sıxmaqla havanı borulara daxil olmağa məcbur edərkən hər iki əlin barmaqları ilə oyuqları açıb-bağlamaqla istənilən səs ucalığını əldə edə bilir. Birinci boruda melodiya çalınır, ikincisində isə həmin melodiyanın tonikası saxlanılır.
Tulum, əsasən, solo aləti kimi, bəzi hallarda isə balabançılar dəstəsində istifadə edilir.

Azərbaycan musiqi alətləri

Qoltuq nağara-nağaranın bu növü, adətən, zurna, balaban və başqa alətlər qrupunda istifadə edilir Əvvəllər onun üzünə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir:
Coşdu qurd gönündən olan nağara,
Dünyanın beynini gətirdi zara.
Hazırda ansambl və orkestrlərin tərkibində aparıcı alət kimi çalınan qoltuq nağaranın rolu böyükdür.
Nağara ərəb sözü olub, “döyəcləmək”, “taqqıldatmaq” mənasını verir. Alət hər iki əllə və barmaqlarla ifa edilir. Bəzi folklor nümunələrində iki yüngül çubuqla da çalınır. çalğı zamanı qoşa şapalaq, tremolo, trel və çırtma ifa üsullarından istifadə edilir. çox güclü səs dinamikasına malik olan nağarada müxtəlif tembr çalarlarını almaq mümkündür.
Açıq havada sərbəst çalınır. Folklor ənənələrində, xalq oyunu tamaşalarında, eləcə də “Cəngi”, “Yallı” və bu növ rəqslərdə qoltuq nağaradan istifadə edilir. Sağanağı qoz, ərik və müxtəlif növ ağac materiallarından hazırlanan silindrik formalı qoltuq nağaranın hündürlüyü 350-360 mm, diametri 300-310 mm-dir.

Azərbaycan musiqi alətləri

Tütək-İnsanlar tarixin muxtəlif dovrlərində qarğı, qamış, sumuk, ağac, saxsı və metaldan nəfəsli musiqi alətləri duzəltmişlər. Ən qədim nəfəsli musiqi aləti tutək hesab edilir. Belə guman edilir ki, tutəyi cobanlar icad etmiş, ilk dəfə onlar dilə gətirmişlər.
Etnoqrafik axtarışlardan aydın olur ki, hələ də Azərbaycanın kənd yerlərində daxili boşluğu olan bəzi bitkilərin, xususilə taxıl və qamışın ozəyini əl ilə dartıb cıxarır, buğum hissəsini qırdıqdan sonra deşiyin ağzını azacıq əzərək bəsit calğı aləti duzəldirlər. Onu ufurdukdə nazik cır səs alınır, hətta bəzən onların uzərində kicik dəliklər acılıb muxtəlif havalar calınır. Kim bilir, bəlkə də nəfəslə calınan musiqi alətlərinin yaranmasında belə sadə xalq təcrubəsinin muəyyən rolu olmuş, sonralar ağac və qarğı zoğundan tutək duzəltmişlər. Sadə tutəklərin qayırılması o qədər də cətin deyildir. İcərisi novlu olan quru qarğını kəsib ucunda dil, uzərində isə səslənməni nizama salan dəlik acırlar.
Nizami Gəncəvinin məlumatından aydın olur ki, naməlum bir coban qamışlıqdan kecərkən bir qamış kəsib ondan tutək duzəldir və urəyinin kədərini onunla dağıdır. Guya gəzintiyə cıxan İskəndər tutəyi dilə gətirən cobanı gorur. Şah onu huzuruna cağırıb tutəyin sirrini oyrənmək istəyir. Şair cobanın dili ilə tutəyi belə təsvir edir:
Dedi: – Bir quyudan goyərib cıxmış,
Şəkərdən şirindir məncə bu qamış.
Dəldim, yaraladım oz əlim ilə,
Hələ kəsilməmiş gəlməzdi dilə.
O cansız olsa da sevirəm can tək,
Dilsizdir, mənimçün dildir bu tutək…
Eramızın IV-V əsrlərinə aid edilən və albanlara məxsus zərif naxışlarla bəzənmiş tunc qab tapılmışdır. Qabın uzərində rəqqasə və calğıcı rəsmləri arasında tutəyə oxşar musiqi aləti də təsvir edilmişdir.
Xaqaninin, Fuzulinin əsərlərində bu zərif musiqi aləti haqqında məlumat var. Tutəyin govdəsinin ustundə yeddi, arxa tərəfində isə bir dəlik olur. Tutəyin təsviri tapmacalarımızda da oz əksini tapıb. Səsi yumşaq, urəyə yatan və məlahətlidir.
Bir vaxtlar, əsasən, çobanların istifadə etdiyi üfləmə ağac musiqi aləti olmuşdur. Bir çox ölkələrdə tütəyin müxtəlif növləri çox geniş yayılıb. Nəfəsli çalğı alətidir.Boruşəkilli gövdə ərik, qoz, tut və ya qamışdan hazırlanır. Gövdənin üz hissəsində 7, alt hissəsində isə 1 oyuq olur. Alətin baş tərəfində borunun içərisinə yanakı kəsilmiş ağac tıxac (dil) daxil edilir. Azərbaycanda böyük və kiçik növləri orkestr və ansamblların tərkibində, əsasən, solo aləti kimi istifadə edilir. Səs tembri mülayim və məlahətlidir. Boruşəkilli gövdə ərik, qoz, tut və ya qamışdan hazırlanır.
Uzunluğu 280-300 mm, diametri 20 mm-dir. Gövdənin üst hissəsində yeddi, alt hissəsində isə bir oyuq olur. Alətin baş tərəfində borunun içərisinə yanakı kəsilmiş ağac tıxac (dil) daxil edilir. Tıxacla gövdə arasında xüsusi ölçüdə boşluq saxlanılır ki, həmin hissədən ağız boşluğuna yığılmış hava dodaqlar vasitəsi ilə gövdəyə üflənir.
Sağ və sol əlin barmaqları ilə oyuqları açıb-bağlamaqla səs ucalıqlarını almaq mümkün olur. Onun səs düzümü kiçik oktavanın “si” səsindən üçüncü oktavanın “do” səsinə qədərdir. Mahir ifaçılar bir neçə səs də əlavə edə bilirlər.

CooL_Man

Şərhlər:

  1. Sweet_Love dedi ki:

    Tewekkurler…..

  2. Love Girl dedi ki:

    Maraqli xeberdi tesekkur

  3. polo dedi ki:

    LadyGirl,
    tamamile seninle raziyam

  4. yAgmurlar dedi ki:

    maraqli xeberdi ellerine sagliq dosi…

  5. Angel_a dedi ki:

    maraqli idi sag olun

  6. gizem dedi ki:

    maraqlidi azerbaycanin aletlerine soz ola bilmez twk

    ellerine saliq

  7. CooL_Man dedi ki:

    deymez…))
    Bu aletlerin Azerbaycana aid oldugunu butun dunyaya chatdirmaliyiq….

  8. mR_bAkiNec dedi ki:

    Men Ozum Tar`i bitirmiwem 5 il mewgul olmuwam her weyi bilirdim onun baresinde 😀
    Reklam xarekteri dawimir werhim: D
    Xebere gorede sagol babatdu

  9. Pestimist... dedi ki:

    teseklkurler

  10. Slatkaya dedi ki:

    cooooooox maraqli idi twk

  11. Hilary Duff dedi ki:

    Tewekkurler…..

  12. ƏLİ_183 dedi ki:

    MARAQLI IDI COX SAGOL