Qəzəb

Qəzəb

Qəzəb- insanın hər hansı bir kənar amilə qələbə çalması üçün batinində yaranan intiqam hissinin zahirdə özünü biruzə verməsinə deyilir. Əxlaq alimllərinin qeydlərinə əsasən qəzəb daima əqlin nəzarəti altında olmalıdır.çünki qəzəb hissi əqlin nəzarətindən çıxaraq həddini aşdıqda bir çox xoşgəlməz hallar meydana çıxır ki, bunların nəticəsi peşmançılıq olur. İmam Əli (ə) buyurur: ” Qəzəbdən uzaq ol çünki onun əvvəli dəlilik axırı isə peşmançılıqdır”. İmam Sadiq (ə) buyurmuşdur: “Kim öz qəzəbinə hakim olmazsa əqlinədə hakim olmaz”. Peyğəmbər (s) buyurur: Hər kəs xalqdan öz qəzəbini yatırsa Allah Qiyamət gününün əzabını ondan götürər.

Qəzəbin növləri:
1. Qəzəb hissinin coşaraq əqlin nəzarətindən çıxmasına-İFRAT.
2. İfratın əksi olaraq qəzəb hissinin əqlin göstərişinə riayət etməyib süstlük göstərərək zəifləməsinə-TƏFRİT.
3. Əqlin lazım bildiyi vaxtlarda hissinin fəallaşmasına lazım gəldikdə isə bu hissin sakitləşməsinə –MÖTƏDİL hal deyilir.

Qəzəb hissinin yatırmaq və ondan xilas olmağın yolları:
1. Qəzəblənən şəxs ilk növbədə şeytanın şərindən Allahu-taalaya pənah apararaq desin: “Əuzu billa-hi minəş-şeytanir-racim” hər bir şəxs bilməlidir ki, şeytanın bəşər övladına qarşı ən güclü silahlarından biri də insanın qəzəblənməsidir.Qəzəblənən şəxs onun yaradanın qəzəbdən xoşu gəlmədiyini unutmamalıdır.Qəzəbli şəxs qəzəbin cəsarət hünər şücaət deyil , iradə zəifliyi və əqli nöqsan olduğunu dərk etməlidir.

İLAHİ sən öz səbr həlimlik və hikmət nurundan bizim təmkinsiz hövsələsi kəm bəndələrinin qəlbinə damızdır.Həyatın qaranlıq təhlükəli və daim şeytan vəsvəsəsinin təqib etdiyi yollarında bizi tənha kimsəsiz başli-başina buraxma AMİN

ASKO

Şərhlər:

  1. SEBERT dedi ki:

    tesekkurler dosi Allah razi olsun,ellerine sagliq

  2. Sweet_Love dedi ki:

    Allah razi olsun…..

  3. Love Girl dedi ki:

    Tesekkur Allah razi olsun

  4. yAgmurlar dedi ki:

    Allah razi olsun…

  5. Angel_a dedi ki:

    Allah razi olsun!

  6. gizem dedi ki:

    Allah razi olsun

  7. Pestimist... dedi ki:

    ALLAH komeyin olsun

  8. Slatkaya dedi ki:

    ALLAH razi olsun!

  9. Hilary Duff dedi ki:

    Tewekkurler Allah razi olsun…

  10. ƏLİ_183 dedi ki:

    ALLAH RAZI OLSUN