Hər şey çox dəyişdi sevgili dostum

“Getməklə gedilmirmiş… Getməklə getmiş ola bilməzsən; könlün qalar, ağlın qalar, xatirələrin qalar…” Zamanla xatırələr silinməsə də, hər şey dəyişir, elə zamanın özü dəyişir hər gün. Mən də yaşadım, və yaşadıqca hər şeyin dəyişdiyini hiss etdim. Bəlkə də dəyişmək məcburiyyətində olduğunu hiss etdim.

Küləyin istiqamətinin dəyişməsi, artıq həyata qarşı üsyan etmədən sakitcə onun göstərdiyinə baş əyməsini hiss etdim. Dalğalar da çox dəyişib, daha çırpılmırlar qalalara, daşlara. Saatlarla baxdığım o sahil, o daş qırıntıları. Dalğaların ayağıma toxunuşu da onlarla birgə yox oldu.

Böyüdüyüm otaqlara, divarlara toxunduqca yadlığımı, yoxluğumu hiss edirəm bu yerlərdə. Burda yaşanan bütün duyğular dəyişdi zamanla. Uşaq ikən daha fərqli görünürdü bu məkanlar, lakin hər şeyin öhdəsindən gəlmək üçün böyüməli olduğumu hiss etdiyim andan çox yadlaşdı hər şey burada. Acılarımı boş divarlara yazdım..Soyuq və qaranlıq divarlara.

Baxışlar çox dəyişibdi sevgili dostum, gülüşlər çox dəyişibdi. Artıq hər bir baxışın, gülümsəmənin altında başqa niyyətlər, gizli olan sözlər vardır. Xəyallarla, xatirələrlə dolu idi yaşamımız…Lakin bütün arzular silinib atıldı bir kənara, həyata dair bütün istəklər dəyişdi çünki.

Ağrılar, acılar dəyişdi. Yıxılardıq və hər yıxıldıqda əlimizdən tutub qaldırardılar, üstümüzün çirkini təmizlərdilər. İndi o çirklər də dəyişdi, çirklənən daha geyimin deyil, həyatındı. Böyümək… Onun da bir dərd olduğunu böyüyəndə anladım. üzüldüm… susdum və sadəcə susdum… Hər bir gələn günlə birgə yox olan dəyərlərimi ağladım. Sonsuzluqda batıb qaldım. Səmalarda axtardım cavablarımı…

Sevgilər də çox dəyişdi. Bütün hislərdən ali idi ailəyə sevgi, tükənməzmiş heç bir zaman, təmənnasız sürəcəkmiş həyatımız boyu. Hər an əlimizi uzatdıqda duyacaqdıq bu sevgini…amma sən deyə bütün hislər keçiciymiş. Saxtalanmış o sevgilər, artıq yerini başqa hislər tutmuş. Etdiyin hər bir səhv aparırmış o sevgini, o saflığı. Məsum baxışların yerini kin tutmuş artıq… Daha o sevgini axtarmadım o gözlərdə… mənə hər an sevgi ilə baxan o gözlərdə… Elə sanırdım ki, hər nə olursa olsun dəyişməyəcək o sevgi dolu gözlər.

Doğmalıq çox dəyişdi insanlarda, sən başqalarını qırmamaq üçün çalışırkən səni doğmaların çoxdan qırmış olub artıq. Sən onların səhvlərini unutmaq istədikcə onlar sənin hər səhvini dəfələrlə üzünə çırpmış olur. Bağışlamaq indi onlar üçün mümkünsüzdür. Bağışlamaqdansa xatırlatmağı daha üstün bilir hər kəs.

Zamanı geriyə döndərmək istəyi yaranır qəlbində: yaşadığını yenidən yaşamaq, gördüklərini yenidən görmək, amma sanki lap əvvələ qayıtmaqçün insanda illər keçdikcə güc və istək azalır elə bil. Öyrəndiyin hər şey dərs olaraq qalmalıydı həyatında, həyatın özünü öyrənəcəkdin. Arzular quracaqdın gerçəkləşməyəcəyini bilə-bilə… Həyatın acı oyunlarından uzaq olub yox olmayacaqdın içində… Boğulmayacaqdın… amma hər şey yox oldu… İtdi… Dəyişdi…


çox şey dəyişdi sevgili dostum… Fərqində olduqlarım, olmadıqlarım… çox itkilər yaşadım… Bildiklərim, bilmədiklərim… Yaşadıqlarım və paylaşdıqlarım bir qələmdə bitdi… Ağrını ən acı ağrılısıyla daddıqca özümü tək hiss etdim… Tutunduğum hər bir əl uzaqlaşdı məndən, düşdüm və düşdüyüm yerdən yenə tək qalxası oldum. Hər kəs bir-bir gedərkən həyatımdan daha da gücsüz qaldım.


Kim bilir…daha nələr dəyişdi… nə qədər bəlkələr olacaq daha həyatımda… Dəyişməyən bir tək tənhalığım və əlçatmazlığın idi, ilk gündəki əlçatmazlığın. O heç dəyişmədi. Yanımda olmayacağını bilə-bilə, bəlkə də bilərəkdən özümü görməməzliyə vururdum. Səni bir başqa istəyirdim, yanımda istəyirdim, varlığında özümü axtarırdım.

Hər şey çox dəyişdi sevgili dostum… Bəlkə də dəyişən sadəcə mən oldum.. smiles

Ninaska

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Tewekkkurler…. Hər şey çox dəyişdi sevgili dostum… Bəlkə də dəyişən sadəcə mən oldum..

  2. Nadejda_Lyubvi dedi ki:

    Hər şey çox dəyişdi sevgili dostum… Bəlkə də dəyişən sadəcə mən oldum..

  3. Sweet_Love dedi ki:

    Kim bilir…daha nələr dəyişdi… nə qədər bəlkələr olacaq daha həyatımda… Dəyişməyən bir tək tənhalığım və əlçatmazlığın idi, ilk gündəki əlçatmazlığın. O heç dəyişmədi. twk

  4. _Sia_ dedi ki:

    QORXUDUR MENI AYRILIQ FANI DUNYADA,
    OLMASIN IKI SEY OLUM – AYRILIQ…….

    Sevgilər də çox dəyişdi. Bütün hislərdən ali idi ailəyə sevgi, tükənməzmiş heç bir zaman, təmənnasız sürəcəkmiş həyatımız boyu. Saxtalanmış o sevgilər, artıq yerini başqa hislər tutmuş. Etdiyin hər bir səhv aparırmış o sevgini, o saflığı. Məsum baxışların yerini kin tutmuş artıq…

  5. polo dedi ki:

    Çox şey dəyişdi sevgili dostum… Fərqində olduqlarım, olmadıqlarım… Çox itkilər yaşadım… Bildiklərim, bilmədiklərim… Yaşadıqlarım və paylaşdıqlarım bir qələmdə bitdi… Ağrını ən acı ağrılısıyla daddıqca özümü tək hiss etdim… Tutunduğum hər bir əl uzaqlaşdı məndən, düşdüm və düşdüyüm yerdən yenə tək qalxası oldum. Hər kəs bir-bir gedərkən həyatımdan daha da gücsüz qaldım.

    Kim bilir…daha nələr dəyişdi… nə qədər bəlkələr olacaq daha həyatımda… Dəyişməyən bir tək tənhalığım və əlçatmazlığın idi, ilk gündəki əlçatmazlığın. O heç dəyişmədi. Yanımda olmayacağını bilə-bilə, bəlkə də bilərəkdən özümü görməməzliyə vururdum. Səni bir başqa istəyirdim, yanımda istəyirdim, varlığında özümü axtarırdım.

    Oxudum cox tesir eledi… bele gozel xebere gore cox sagol dosi elin -qolun var olsun…

  6. Miss_KaPRizZ of_cAdI dedi ki:

    ela defelerle oxudum menali gozel yazmisan ellerive saglik

  7. nurlana77 dedi ki:

    cox beyendim twkrler

  8. AY_LIN dedi ki:

    Hər şey çox dəyişdi sevgili dostum… Bəlkə də dəyişən sadəcə mən oldum..