Mübarizin şəhadətindən 2 il ötdü

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər vəzabitini gözlənilməz birinci həmlədə məhv edib

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M. Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vuran İbrahimov həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Daha sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyan Mübariz İbrahimov səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

Mübariz İbrahimov valideynlərinə yazdığı son məktubunda bu addımı könüllü atdığını vurğulayıb: “Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

Azərbaycan Prezidenti Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər vəzabitini gözlənilməz birinci həmlədə məhv edib

Azərbaycan Prezidenti Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova“Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı əsasında Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə və Biləsuvar rayonundakı küçələrdən birinə Mübariz İbrahimovun adı verilməsini təmin edilib.

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycanın Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 2010-cu il iyunun 18-dən 19-na keçən gecə şəhid olmuş Mübariz İbrahimovun cənazəsi 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınıb. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Bir gün sonra, noyabrın 7-də şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.

polo

Şərhlər:

  1. saida aliyeva dedi ki:

    Allah butun wehidlerimize qeni qeni rehmet elesin….Ruhlari wad olsun

  2. gizem dedi ki:

    azerbaycana ewq olsun bele ogullar var olsun allah wehidlerimize rehmet elesun

  3. merry-girl dedi ki:

    Allah rehmet elesin!!!

  4. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Allah rehmet elesin.. Ailesine sebr versin

  5. ƏLİ_183 dedi ki:

    ALLAH REHMET ELESIN

  6. nurlana77 dedi ki:

    Allahdan Butun wehidlerimize rehmet , wehidlerin yaxinlarina ise allahdan coxlu sebr dileyirem…….

  7. polo dedi ki:

    sabinocka,
    bele gozel reyine gore cox sagol teki bezi adamlarda senin kimi menali ve gozel rey yazisinlar…

  8. sabinocka dedi ki:

    Kimse unudulmur hec kim yaddan cixmir..Ne qeder ki AZERBAYCANDA MUBARIZ KIMI OGULLAR VAR AZERBAYCAN YAWAYACAQ..ALLAHDAN BUTUN WEHIDLERIMIZE REHMET YAXINLARINA SEBR DILEYIREM….AZERBAYCAN YAWAYACAQ.MUBARIZ KII NER OGULLAR AZERBAYCANI YAWADACAQ…ERMENILER ARTIQ BUNU HEZM ELEMELIDIR.QARABAG BIZIMDIR.YAXIN ZAMANLARDA DA ALLAHIN KOMEYI ILE ALACAYIQ QARABAGI…LAZIM OLSA MENDE ESGERE GEDEREM.QURBAN OLUM AZERBAYCAN TORPAGINA…SATILMAZ AZERBAYCAN,,,,EWQ OLSUN AZERI MILLETINE….. aze

    UNUTMAYAQ KI FERID EHMEDOV DA MUBARIZLE BIRLIKDE TORPAGA TAPWIRILIB VE ALLAH BUTUN WEHIDLERIMIZE REHMET ELESIN…

  9. polo dedi ki:

    ALLAH bele ogullari bize cox gormesin.. bele oglullar bawimizin ustunden ek olmasin…

    aze

  10. Slatkaya dedi ki:

    Azerbaycan bele ogullari ile hemwe fexr edecek…… aze ………………….. ALLAH REHMET ELESIN…

  11. Love Girl dedi ki:

    Allah butun wehidlerimizi rehmet elesin

  12. SEBERT dedi ki:

    ALLAH rehmet elesin

  13. yAgmurlar dedi ki:

    Allah butun wehidlerimize Rehmet elesin…

  14. Hilary Duff dedi ki:

    Allah rehmet etsin….

  15. R S L dedi ki:

    ALLAH butun SEHIDLERIMIZI REHMET etsin….

  16. EnD_Of_TiMe dedi ki:

    ALLAH rehmet etsin