Hədislər

Sevgili Həzrət Məhəmməd (s.a.a.s) buyurur: “Allah- təala duada israr edənləri sevər.”

Həzrət Əli (ə.s) buyurur: “O kəsə təəccüb edirəm ki, danışdığı sözlərin nə dünyada ona bir xeyri var, nə də axirəti üçün savab yazılır.”

«De: «Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?» (Fürqan surəsi, 77).

Sevgili Hz.Pеyğәmbәr (s.a.a.s) buyurub:“Bir mömin öz mömin qаrdаşınа sаlаm vеrәndә lәnәtlәnmiş İblis аğlаyаrаq dеyәr: “Vаy оlsun mәnә! Bunlаr bir-birindәn аyrılmаyıncа günаhlаrı bаğışlаnаr.” “Bir-birinizlә görüşәndә sаlаm vеrin ki,kinlәr qәlblәrdәn çıхsın.”

Hz.İmam Əli (ə.s): «Özlərini ən yaxşı tanıyan insanlar Allahdan ən çox qorxanlardır.»

İmam Səccad (ə) (duada): «Bizi özünü tanıyanlardan, öz yerlərindən əmin olanlardan və buna görə də ömürlərini sənə ibadətdə keçirənlərdən et.»

İmam Sadiq əleyhissalam buyurur: Hər kəs elm öyrənib ona əməl etsə və Allahın rizası üçün başqalarına öyrətsə, asimanların mələkut aləmində əzəmətlə yad edilər.

Allahın Peyğəmbəri (s): «Allahdan başqa köməyi olmayan insana zülm edən şəxsə Allahın qəzəbi çox ağır olar.» Kənzul Ummal/7605

Əziz İslam Peyğəmbəri Hz.Məhəmməd (s.a.a.s):«Allahdan elə bir şey istənilməmişdir ki, Onun dərgahında sağlamlıq istəmək qədər sevimli olsun.»

Əziz İslam Peyğəmbəri Hz.Məhəmməd (s.a.a.s): «Allah-taala qiyamət günü mənim ümmətimi məhşərə dəstəmazlarının nəticəsi olaraq gözəl üz və ağ əl-ayaqla gətirəcəkdir.»

Allahın Peyğəmbəri (s):«Günahından tövbə etmiş şəxs günah etməmiş şəxs kimidir.»

Allahın Peyğəmbəri (s): «Rəbbiniz buyurur: Ey Adəm övladı! Özünü mənim ibadətimə həsr et ki, sənin qəlbini ehtiyacsızlıq, əllərini də ruzi ilə doldurum. Ey Adəm övladı! Məndən uzaqlaşma ki, qəlbini yoxsulluq və əllərini çətinliklə dolduraram.»

(İbrahim oddan xilas olduqdan sonra) dedi: “Mən Rəbbimə doğru (Allahın mənə buyurduğu yerə – Şama tərəf) gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!” Saffat surəsi,ayə 99

İmаm Sаdiq (ә) buyurur:“Günәşin istisi buzu әritdiyi kimi, хоş әхlаq dа günаhlаrı yох еdir.”

polo

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Tewekkkurler..Allah razi olsun…

  2. Sweet_Love dedi ki:

    Allah razi olsun… Cox beyendim ve seve seve de oxudum ellerine saqliq

  3. polo dedi ki:

    Hilary Duff,
    CooL_Man,
    Sweet_Love,
    deymez beyeendiyinize sevindim…

  4. gizem dedi ki:

    allah razi olsun

  5. ƏLİ_183 dedi ki:

    allah razi olsun

  6. Ninaska dedi ki:

    Allah Razi Olsun.

  7. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…