Dondurma

Klas qaymaqlı dondurma:

Tərkibi:

4 yumurtanın sarısı
150 q şəkər tozu
200 ml qaymaq
0,5 l süd

Hazırlanması:

Yumurtanın ağını sarısından ayırın (ağı lazımınız olmayacaq).
Yumurta sarısını şəkər tozu ilə ağarıncayadək çalın, süd əlavə edib yaxşıca qarışdırın.
Qaymağı ayrıca qatı köpük alınanadək çalıb yumurta sarısı ilə olan kütləylə qarışdırın.
Əgər kənd toyuqlarının yumurtasından istifadə etmisinizsə, dondurmaya vanil vurun.
Amma bu, hələ işin hamısı deyil. Hazır kütləni poladdan olan qaba tökün.
Dondurucuya qoyun. Hər 40 dəqiqə-1 saatdan bir çıxarıb mikserlə çalın.
Bu proseduru azı 3 dəfə təkrar etmək lazımdır.
Belə dondurmanın hazırlanmasına təxminən 3-4 saat vaxtınız gedəcək.

ƏLİ_183

Şərhlər:

  1. CooL_Man dedi ki:

    teshekkurler! icecream

  2. xaver dedi ki:

    dondurma ela idi

  3. Ninaska dedi ki:

    dondurmaaa isdedim ee lap agla

  4. Miss_KaPRizZ of_cAdI dedi ki:

    dondurma cokk severim hazirlayacam tewekkur

  5. ƏLİ_183 dedi ki:

    reylere gore cox sagolun

  6. mR_bAkiNec dedi ki:

    Bir dene ureyli qiz yoxdu aravizda hazirlayib versin mene ?? 😀
    Cox sagol xebere gore

  7. polo dedi ki:

    sagol qaqawim quc …..

  8. Sweet_Love dedi ki:

    Dondurma xowlamiram icecream xebere gore tewekkurler…….

  9. SEBERT dedi ki:

    tesekkurler marqlidi

  10. Hilary Duff dedi ki:

    Tewekkurler…Sinayaram gorek alinacaq…

  11. AY_LIN dedi ki:

    tesekkurler xebre gore