Şou Biznesdən Son Xəbərlər WwW.ForGenC.NeT saytında

350;ou Biznesd601;n Son X601;b601;rl601;r WwW.ForGenC.NeT sayt305;nda

Röya: – “Milli komandadan bircə Ruslan Abışovu tanıyıram

Son vaxtlar ölkəmizdə futbolun inkişafı hamı kimi şou-biznes nümayəndələrini də sevindirir. Artıq bizim ən populyar ulduzlarımız milli komandada və klublarda oynayan futbolçularımızı daha yaxından tanımağa başlayıb.
Röya Ruslan Abışovu öz favorit oyunçusu seçib. Müğənni , futbolçularımızın dünya futbolçuları ilə ayaqlaşması onu sevindirir: – “Sevindirici haldır ki, inkişaf edən idmanımızdan futbol da geri qalmır. Yaranan gənc nəsil öz oyunu ilə hamımızı sevindirir. Düzdür, milli komandadan bircə Ruslan Abışovu tanıyıram. O da mənim kimi şokolad rəngindədir!Ruslana uğurlar arzulayıram. İnanıram ki, “krasavçik” xalqımızı sevindirəcək!”Röyanın mətbuat katibi Ülviyyə Alovlu da söyləyirki, Röya milli komandanın oyunlarını maraqla izləyir!
Ruslan Abışovun yaxın ətrafından əldə etdiyimiz məlumata görə, gənc və perspektivli futbolçu Röyanın konserti üçün indidən bilet alıb. Xatırladaq ki, 1-6 oktyabr tarixlərində Akademik Opera və Balet Teatrında Röyanın “Ulduz nağılı” adlı möhtəşəm konserti olacaq

Şou Biznesdən Son Xəbərlər WwW.ForGenC.NeT saytında

İlhaməni ANS-dən uzaqlaşdırdılar

Xalq artisti İlhamə Quliyeva, Sevil Nuriyeva, Mailə Muradxanlının və Tunayın ANS telekanalının efirində təqdim edəcəyi “Zərif Çərşənbə” adlı proqramda dəyişikliklər edilib.
Mənbənin məlumatına görə, İlhamə Quliyevanı aparıcı kürsüsündə xalq artisti Afaq Bəşirqızı əvəz edəcək.
Mənbənin əlavəsinə görə, İlhamə Quliyeva verilişin artıq “şapka”sına çəkilibmiş.
ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov açıqlamasında mənbənin xəbərini təkzib etməyib. Bir neçə gün əvvəl avtomobil qəzasına düşən müşavir qəzadan sonra hazırda səhhətində narahatlıq olduğu üçün bir neçə gündən sonra daha geniş informasiya verə biləcəyini deyib.
Qeyd edək ki, xəstəxanada olan müalicə olunan İlhamə Quliyeva isə xəstəxanadan çıxdıqdan sonra aparacılıği davam etdirəcəyini iddia etmişdi.

350;ou Biznesd601;n Son X601;b601;rl601;r WwW.ForGenC.NeT sayt305;nda

Məleykə Əsədova tənhalıqdan bezib

Aktrisa onun haqqında şayiə yayanları mənəviyyatsız adlandırdı.
Məleykə Əsədova sənətdə özünü bəxti gətirənlərdən hesab edir. Şəxsi həyatda isə özünü o qədər də şanslı hesab etmir. Səhnədə ona rolları, həyatda isə yeganə övladı ruh verir:
Mən bəxti gətirən aktrisayam. Aktrisanın istedadı olmasa, ona kömək etməyin də mənası olmaz. Lütfi Məmmədbəyov istedadımı görməsəydi, məni seriallara, tamaşalara dəvət etməzdi. Rollarımın hamısını yaşayıram. Mən qiraət, nitq mədəniyyətinə görə Mikayıl Mirzəyə borcluyam. Onun da mənə əməyi az olmayıb. Xaraktercə elə insanam ki, yaxşılıq itirmirəm. Mənə hörmət edən insanlara həmişə qarşılıqlı hörmət göstərirəm.
Məleykə xanım qeyd etdi ki, insan ilk növbədə özünə inanmalıdır. Əks təqdirdə heç nə əldə edə bilməz. Təbii ki, burada alın yazısının, taleyin də rolu var. Mən əvvəllər alın yazısına inanmırdım. Lakin bu gün əksinə düşünürəm. Teatrdakı uğurlarıma gəlincə, onları asanlıqla əldə etməmişəm. Hər rol üzərində aylarla çalışmışam.
Yalnız səhnəyə bağlı olduğunu deyən aktrisa, həm də övladının onun həyatında böyük rol oynadığını bildirdi. Boş vaxtlarını qızına həsr edən Məleykə Əsədova onu savadlı bir insan kimi görməyi arzulayır: “İstəməzdim ki, qızım aktrisa olsun. Çünki bu sənət çox çətindir. Özüm bu çətinlikləri keçdiyim üçün belə fikirdəyəm”.
Şəxsi həyatı ilə bağlı bəzi məqamlara toxunan Məleykə Əsədova qeyd etdi ki, tək qalmaq çətindir: Əgər qızım olmasaydı, bəlkə də ayaq üstə durmağa çətinlik çəkərdim. Bir qadın, bir ana üçün tək olmaq həm məsuliyyətli, həm də ağırdır. Bilirəm ki, ağır bir yük altındayam. Heç bir qadına tənhalıq arzulamıram. Qadın sevdikcə, sevildikcə gəncləşir, gözəlləşir.
Haqqında gəzən bəzi şayiələrə də münasibət bildirən aktrisa qeyd etdi ki, tez-tez ünvanına xoşagəlməz fikirlər eşidir: Haqqımda olan bəzi söhbətləri mənəviyyatsız insanlar yayır. Həm də tanınmış insanlar barədə çox adam çox söz danışır. Əgər hər sözə cavab verəsi olsam, gərək bütün işlərim ikinci plana keçsin. Odur ki, deyilənləri qulaqardına vurmaq məcburiyyətindəyəm

Şou Biznesdən Son Xəbərlər WwW.ForGenC.NeT saytında

Anar Nağılbazdan ilginc açıqlamalar
“Azərbaycanda repin əlifbasını mən tərtib etmişəm”
“Elşad Xose və Hüseyn Dərya intriqası mənim tərəfimdən düşünülmüşdü”
Əsasən gənc nəslin maraq obyektində olan rep musiqi janrı Azərbaycanda digər Avropa ölkələrinə nisbətən gec inkişaf etməyə başlayıb. Ölkəmizdə repi ilk dəfə geniş səviyyədə tanıdan Anar Nağılbaz olub. Məhz bu səbəbdən də onun Azərbaycanda “repin atası” adlandırılması təsadüfi deyil.
Bir il bundan əvvələ qədər rep Azərbaycanda kifayət qədər poplyarlıq qazanmışdı. Hazırda isə bu sahədə müəyyən durğunluq yaşanır. Azərbaycanda repin bu günkü vəziyyəti, durğunluğun səbəbləri, bu və ya digər məsələlərlə bağlı “repin atası” Anar Nağılbazla müsahibəni təqdim edirik.

– Deyirlər Anar Nağılbaz tükənib. Bəs Nağılbaz özü bu fikri təsdiqləyirmi?

– Bir atalar sözü var- “Su gələn arxa bir də gələr”. Əgər həyatda enerji tükənmirsə və əgər məndə istedad varsa, demək heç vaxt tükənə bilməz. Sadəcə ola bilər ki, son zamanlar enerjimi başqa işlərə sərf edirəm. Amma yenə də çalışıram ki, bütün gücümü yaradıcılığa həsr edim.
– Azərbaycanın rep aləmində Anar Nağılbazın özünə rəqib hesab etdiyi reper varmı?

– Bilirsiniz mən niyə özümə heç kimi rəqib bilmirəm, çünki Azərbaycanda repin əlifbasını mən tərtib etmişəm. İndi də əksər reperlər bu əlifbadan istifadə edirlər. Bundan sonra nə qədər gənc rep aləminə gəlsə yenə də mənim yaratdığım əlifbadan istifadə edəcək.
– Özünü “Repin atası”adlandıran Anar repin inkişafı üçün nələr edib?

– Yaradıcılıq fəaliyyətim müddətində 4 dəfə 50 gəncdən ibarət bir növ sinif yığmışam. Son 10 ildə “mənəm-mənəm” deyən reperlər mənim yaratdığım məktəbin yetirmələridir. Onlar özləri də bu faktı istər efirdə, istərsə də müxtəlif tədbirlərdə dəfələrlə qeyd ediblər.

– Bəs Nağılbazın əməyini dananlar olub?

– Əlbəttə olub. Amma nə qədər dansalar da onların hamısının məndə videogörüntüləri var.
– Yaxın zamanlarda rep festivalının keçirilməsinə hazırlıq görülür. Bunu necə qiymətləndirirsiniz?
– Rep müsabiqələrindən ən birincisini mən keçirmişəm. Bu müsabiqələr çox yüksək səviyyədə təşkil olunub. Müsabiqələrdə gənclər diplom və sertifikatlarla təltif olunublar.

– Son zamanlar Bakıya yüksək qonorar müqabilində məşhur reperlər gəlir. Bəs bizim reperlərimizə niyə bu cür təkliflər olmur, onların inkişafına mane olan nədir?

– Bizə mane olan elə reperlərimizin özüdür. Xeyli müddətdir ki, onlara birlik yaratmaq təklif olunub. Bu birlikdə bütün reperlər bir arada toplanıb fəaliyyət göstərməli idi. Yəni onların hamısına “Rep Holding” yaratmaq təklif olunub. Amma heç kim təşəbbüs göstərmədi.

– Bü gün Azərbaycanda olan reperlərə münasibətiniz?

– “Dəyirman” qrupu Mən bu qrupun hər bir üzvündən və onların gördüyü işlərin hamısından razıyam. Elşad Xoseyə və digər gənc reperlərə dəstək olduqları üçün mən “Dəyirman” qrupuna öz təşəkkürümü bildirirəm.
“Hip-Hop” rep mədəniyyətini Azərbaycana ilk dəfə “Dəyirman” qrupu gətirib. Onlar öz geyimləri, göstərdikləri şouları ilə repimizə rəngarənglik qatıblar. Bu qrup gənc reperlərə gözəl nümunədir.
HOST qrupu Yaradıcılıqlarına yaxşı bələd deyiləm. Buna baxmayaraq bir neçə replərini eşitmişəm. Üzvlərini simaca tanımıram, amma, dostlarımın dediyinə görə, onlardan biri hətta mənim tələbəm olub. Replərinin birində “Nağılbaz olub dinləmişik, onu dinləyə-dinləyə gəlmişik.” ifadələrini belə işlədiblər. Buna görə mən onlara təşəkkürümü bildirirəm. Sevinirəm ki, yaradıcılıqla məşğul olurlar, gündəmə aktual mövzülar qoyurlar. Performansları isə çox normal və yaxşı səviyyədədir, amma daha yaxşı ola bilər.
Elşad Xose Mən onun yaradıcılığını çox yüksək qiymətləndirirəm. Deməzdim fəaliyyətini dayandırıb, amma son zamanlar ictimaiyyət arasına çıxardığı diqqət çəkən elə bir işi yoxdur.
Şəxsi münasibətlərə gəldikdə isə Elşad mənim studiyamın daimi sakinlərindən biri olub. O, birinci albomunu və ikinci albomunun bəzi mahnılarını mənim studiyamda təmənnasız yazdırıb. Keçmişdə aramızda bəzi anlaşılmazlıqlar olub.
Buna baxmayaraq, heç bir intriqamız yoxdur. Hazırda isə sadəcə bir-birimizlə münasibət saxlamırıq.
Hüseyn Dərya Səhnəyə gəlişi maraqlı olub. O, maraqlı sintezlərlə yadda qala bildi. Rep aləmində ilk dəfə meyxana ilə repi sintez edib. Ən əsası repdə bir növ Hüseyn Dərya üslubu yaratmışdı. Onun da öz zamanı və kifayət qədər sevənləri olub. Amma çox təəssüf ki, yaradıcılıqdan uzaqlaşıb.

Əvvəllər mən “Azəri image service” adlanan böyük bir productionun sahibi olmuşam. O vaxtlar hazırda məşhur olan bir çox reperlər orada yaradıcılıq işlərini həyata keçiriblər. O cümlədən Hüseyn Dərya da bu siyahıya aiddir. Çox təəssüf ki, indi o prdouction fəaliyyət göstərmir.

– Bir vaxtlar Elşad Xose və Hüseyn Dərya intriqası gündəmdən düşmürdü. Bu qalmaqalların əsas səbəbi nə idi?
– Bir vaxtlar məşhur olan Elşad Xose və Hüseyn Dərya intriqası mənim tərəfimdən düşünülmüş bir addım idi. Əslində onların arasında heç vaxt intriqa olmayıb. Amma deyə bilmərəm, sonradan bəlkə onlar doğurdanda rola girdilər və intriqanı davam etdirdilər.

– Bəs bu qalmaqalı yaratmaqda məqsədiniz nə idi?

– Mənim tərəfimdən düşünülən bu intriqa bir müddət davam etməli idi. Mən bunu onların bütün yaradıcılığı boyu davam etməsi üçün planlaşdırmamışdım. Bu addımın əsas məqsədi onların disklərinin yaxşı satılması və bir az da olsa tanınmaları üçün idi. Çünki belə qalmaqallar dünyada çox sınanmış və nəticəsi yaxşı olan bir ideyadır. Yəni bir növ bütün bu olanlar şou xarakteri daşıyırdı.

– Bu intriqanın bir nəticəsi oldumu?

– Bu qalmaqaldan sonra hər iki reper studiyadan ayrılıb özlərinə sponsor və menecer tapdılar. Daha çox pul qazanmağa başladıqdan sonra isə onlara ilk kömək edən insanı unutdular. Mən isə artıq onlara müdaxilə etmədim.

– Hansı reperin tamaşaçı auditoriyası daha geniş oldu?

– Onların hər birinin öz üslubu var idi. Bu səbəbdən onların hansının daha çox sevildiyini demək olmaz. Hər üslübun öz sevənləri yetərincə olub. Bu intriqa Hüseyn Dəryaya yaradıcılığının ilk pik nöqtəsinə, Elşad Xoseyə isə enməkdə olduğu zirvəyə yenidən qalxmağa kömək oldu.

– Bizə məlumdur ki, siz rep yazmaqla yanaşı bəstəkarlıqla da məşğul olursunuz. Bəstəkarlıq işləriniz nə vəziyyətədir? Müğənnilərə mahnılarınızı oxumağı təklif edirsiniz?

– Düzdür mən mahnılar da bəstələyirəm. Mənə təkliflər olur, amma işlərimin çoxluğundan mahnı bəstələməyə o qədər də vaxtım olmur. Bununla belə müğənnilər arasında mənim mahnılarımı ifa edənlər var. Elza Seyidcahan mənim mahnılarımı toyda-büsatda ifa edir. Təklif edənlər də çoxdur, amma düşünürəm ki, əsas mahnı müğənniyə uyğun olmalıdır.

Şou Biznesdən Son Xəbərlər WwW.ForGenC.NeT saytında

Elariz Məmmədoğlu reklama çəkilmək üçün 20 min manat tələb edib

Müğənni şirkət rəhbərlərini xəsis olmaqda qınayıb.
Elariz Məmmədoğlu reklama çəkilməklə hamının diqqət mərkəzində olmaq istəyir!
Elariz kamera qarşısına keçməyin müqabilində tələb etdiyi qonorarın çoxluğu isə onun bu arzusunu ürəyində qoyub: – “Tanınmış şirkətlərdən biri mənə reklam üzü olmağı təklif edəndə razılaşdım. Hətta, şirkətin əməkdaşı ilə söhbət də etdik. Amma söhbət tələb etdiyim qonorardan gedəndə, həmin şəxs təəccübləndi. Mən reklama çəkilmək üçün 20 min manat istədim.”
Hansı malı reklam edəcəkdiniz, sualına, Elariz belə cavab verib: – “Əgər mən həmin şirkətin adını və ya reklamına çəkiləcəyim mal barəsində danışsam yenə də onları reklam etmiş olacam. Maraqlıdır ki, Azərbaycandakı iş adamları elə fikirləşirlər ki, hansısa müğənni efirdə görünmək naminə, pulsuz-parasız, heç bir təmənna güdmədən onların təkliflərini qəbul edəcək. Bu cür düşüncə tərzi çox absurddur. Bəzi xarici ulduzları misal çəkmək istərdim. Bəli, onlar reklamlara çəkilirlər və bunun əvəzində yetərincə qazanc da əldə edirlər. Niyə, bizim müğənnilər onlardan geri qalsın? Qoy, Azərbaycanda istehsal etdiyi məhsulu brendə çevirmək istəyən şirkət rəhbərləri söylədiklərim haqqında yaxşı fikirləşsinlər! Müğənniləri məhsullarının reklam çarxlarında görmək istəyirlərsə, bir az səxavətli olsunlar. Bizim dünya ulduzlarımızdan nəyimiz əskikdir?!”

350;ou Biznesd601;n Son X601;b601;rl601;r WwW.ForGenC.NeT sayt305;nda

Teymur Əmrah: – “Maşın şouda Manaf Ağayev, İbrahim Borçalı, Əli Mirəliyev və …-lərlə bir yerdə ola bilmərəm!”
Müğənni-pedaqoq “Maşın şou” ilə bağlı Show.az-a eksklüziv açıqlama verib!
Xəbər verdiyimiz kimi, bu gün Lider telekanalında axşam saat 9-da “Maşın şou”nun 9-cu sürətinə start veriləcək!
“Maşın şou”nun 9-cu sürətinin iştirakçıları haqqında Sizə məlumat verib. Qeyd edək ki, digər sürətlərindən fərqli olaraq, şounun bu dəfəki tərkibi olduqca fərqlidir! Şou-biznesin fərqli ranqlarında olan nümayəndələri 9-cu sürətdə maşın uğrunda mübarizəyə başlayacaq!
Şounun bu dəfəki tərkibindən gileylənən Teymur Əmrah eksklüziv açıqlama verib: – “Maşın şouda Manaf Ağayev, İbrahim Borçalı, Əli Mirəliyev və (bu yerdə istifadə olunan söz yazıla bilməz ) …-lərlə bir yerdə ola bilmərəm! Mənim səviyyəm deyil! Elə ilk günlərdən əlimi maşından götürüb, şounu tərk edəcəm!”

R_O_S_H_K_A

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    Vaaaaaaaay ne geder yazilib shok Rowka… eziyyte gore coooooooox saqol.
    Amma bunu oxumaq menlik deyil, Duzu wou biznesnen aram coxda yoxdu.

  2. KENAN_M dedi ki:

    COX SAGOL XEBERE GORE..

    MILLET ROYA HARANIN FUTBOLUNUN INKISAFINDAN DANISIR?BIZIM QEYRETSIZLERIN???????

    BU SOZUM OYNUYANLARA AID DEYIL YENI BASDA RESAD OLMAQLA 3-4 NEFERE

  3. Admin dedi ki:

    Cox sag ol Rowka aferin gozel xeber idi heqiqetende forgencde woubiznese giriwir uje )))

  4. R_O_S_H_K_A dedi ki:

    Admin,

    Sizler Sag Olunn !!!Ade Ne Bilmiwdin Wou Biznesse Aid Ela Xeberlerim Var 12 Xeber Gondermiwem Onlar Qutarsin Gonderecem Hech Bir Saytda Olmayandi !!!Mende Maraqlanmiram Wou Biznessle Amma Sayta Gore 2 Cumle Oxuyuram Sonra Gonderirem !!)))
    Sevgilim Dagda Inek Sagirdi
    O Mene Baxmasa Da
    Inek Mene Baxirdi !!
  5. )(akker dedi ki:

    Chox Sag Ol R_O_S_H_K_A,

  6. Angelocka dedi ki:

    R_O_S_H_K_A,
    Dostikim coooooooooxxxx sagoll..Super xeber idi..Ellerine sagliq opucuk

    Sitat: Admin
    Cox sag ol Rowka aferin gozel xeber idi heqiqetende forgencde woubiznese giriwir uje )))


    Aha dostik hamisi Turanin sayesinde mosking