Gücsüzsən

Sən nə qədər güclü olsan da, həyatda
yaşadığın dözülməz acı verən
çətinliklərə qalib gəlsən də belə, dərin
bir kədərin
içində hüznlü, əziyyət çəkən, tənha,
ümidsiz bir insan olduğun zaman mənəvi əziyyət çəkərsən hamı kimi.
Həyat da çoxunun bacarmadığı
çətinlikləri gücün bahasına
vuruşaraq əyilmədən məğlub etdiyin güc belə bu mənəvi əziyyətə güc gəlməkdə acizlik çəkər. Günlərin əzablar için də yoğrulmaqla keçir. Buna
necə dözəcəyini bilmədən yaşayırsan.
Məsəlçün yoldasan metro ilə işəmi, dərsəmi harasa gedirsən. Yol da gedən zaman ağlından milyonlarla fikir keçir.
Sən ancaq düşünürsən, edə və ya edə bilməyəcəyin şeylər barədə. ürəyin həmişə narahatdı. Boğulursan,nəfəs ala bilmirsən. Boğazın da sənin nəfəs almağına maneə olan bir düyüm durur. Bu düyüm taki, sənin bu əzab-əziyyətə son
verməyəcəyinə, qalib gəlməyəcəyinə qədər səni hər zaman təqib edəcək və nəfəs almağına maneəyəçilik
törədəcək. Beynin də o qədər suallar varki. Suallar sənə çox acı verir, bəlkə də sənə əzab verən sualların cavabsız olmasıdı. Sən cavabsız sualların içində qeyb olursan. Milyonlarla insanın için də tək və yalnızsan, ama çoxluğun içində də sıxılırsan. çəkdiyin əzabı tək yaşmağına baxmayaraq, bunu ətrafın da olan hər bir insana yansıdırsan. Nə insanlar səni anlayır, nə də sən onları. Hər şeyə səbəb olan bəlkə də insanlardı. Axı onlar həmişə sənin həyatına burunların soxublar, axı həmişə sənə müdaxilə ediblər. Getdiyin yoldan döndərmək və beyninə öz fikirlərin yeritmək istəyiblər. Səni heç başa düşmədilər, heç çalışmadılarda. Intiqam almaq istədin. Acımadan yaşadıqlaranı, sənə yaşatdıqlarını onlara da yaşatmaq istədin ama bacarmadın. Gücün çatmadı. Sən məğlub oldun. Bilmədin nə edəsən, həmişə etdiyin bir şeyi etmək istədin. çoxluğun için də dizlərini qucaqlayıb ağlamaq istədin. Ama sən insaların nə fikirləşəcəyini, sənə necə baxacağını düşündün. Həqiqətən onlar sənə fikirləri ilə müdaxilə etdilər, səni idarə etdilər, sənin beyninə işlədilər. Sən görülməyən, dözülməz çətinliklərdən üzü ağ çıxdın,ama həmiəşə hər şeydən yaxşı bacardığını bu dəfə bacarmadən. Ağlaya belə bilmədin. Axı sən güclü idin?

Yad Hissler

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Cox xowum geldi Tewekkurler….

  2. CooL_Man dedi ki:

    teshekkurler!

  3. Sweet_Love dedi ki:

    Ehh hmmm xebere gore tewekkurler…….

  4. _Sia_ dedi ki:

    EGER INSAN QELBINDE SEVGI YOXDURSA ONDA HEMIN INSANIN HEC HEYATININ MENASI DA YOXDUR.O SEVGI QARSISINDA GUCSUZDUR.BELI HEQIQETEN BELEDIR.

    MENALI SOZLERLE YAZILIB. MARAQLI XEBERDIR.

  5. polo dedi ki:

    menimde xowuma geldi.. bele xebreler xowuma gelir…

  6. gizem dedi ki:

    xowum geldi twk

  7. Ninaska dedi ki:

    yaziychun tshkk

  8. nurlana77 dedi ki:

    cox beyendim twkrler