Şəhərlər 1-ci hissə

Şəhərlər 1-ci hissə

Şirvan şəhəri


Tərkibi – 2 qəsəbə (Hacıqəhrəmanlı,Bayramlı)
Ərazisi – 72,7 km2
Əhalisi – 79,000 nəfər (01.01.2011)
Şirvan şəhəri ilə Bakı şəhəri arasında olan məsafə – 113 km
Şirvan şəhərinin telefon kodu – 197

Şəhərlər 1-ci hissə

Şirvan (2008-ci ilədək Əli-Bayramlı) — Azərbaycanda şəhər.
Şirvan Kür çayının sol sahilində, Şirvan düzündə, nəqliyyat qovşağında yerləşir və ölkəmizin iri şəhərlərindən sayılır. Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri Şirvan şəhərinin inzibati vahidləridir.
Şirvan 1938-ci ilədək Zubovka adlanıb, 1938-1954-cü illərdə qəsəbə, 1954-cü ildən sonra isə şəhər statusu almışdır. Onun ərazisi 30 kv. km, əhalisinin sayı 73,7 min nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir.
Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır. Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın mövcudluğu haqqında fikirləri insanlığın ilkin çağlarına qədər aparıb çıxarır.
Azərbaycanı istila edən rus generalı Valeriyan Zubovun şərəfinə Kür çayının üstündəki çıplaqlı kəndi Zubovka adlandırılmışdır.
1796-cı ildə general Zubovun başçılığı altında xüsusi hərbi dəstə Azərbaycana daxil oldu. Yekaterina bu yürüşə çox böyük maraq göstərirdi. General Zubovun ixtiyarına 30 minlik qoşun verilmişdi. Yürüş Peterburqda kilsədən başlandı;keşişlər ali baş komandana və rus-kazak qüvvələrinə xeyir-dua verdilər.
Azərbaycanda müvəffəqiyyətlə irəliləyən general Zubov əlverişli mövqedə yerləşən bu kəndin adını Yekaterinaserd qoydu. Ilk tədbir olaraq bura iki min rus kazakı köçürüldü. Onlar hərbi və eləcə də kənd təsərrüfatı alətləri ilə təchiz edilmişdilər. Belə ki, şəraitə görə oraq və kətmənlə məhsul əkib-biçəcək, ya da istəyəndə silaha əl atacaqdılar.
çıplaklı bir tayfa adı və ya ərazinin bitki örtüyü ilə də bağlı söz ola bilir. Göyçay rayonu ərazisində də Lək çıplak, Türkiyənin Mardin və Qars vilayətlərində çıplaklı kənd adlarına təsadüf edilir. Mərhum alim Mehmet Eröz bu adlar barədə ” bu köylər xalqının “çıplaklı” yörüklərindən olduğu anlaşılmaqdadır” yazaraq 1126-cı il tarixli bir sultan fərmanında Kıbrısa sürülən çıplaklı cəmaatının adı çəkilir, deyə məlumat verir.
Azərbaycana girən rusların nəzərincə Xəzərdən Kür çayına daxil olan gəmilər üçün bura əlverişli liman olacaq idi.Tezliklə Zubov (Azərbaycanda ona “Qızılayaq general” deyirdilər; o ayağını Polşa vətənpərvərləri ilə döyüşdə itirmişdi, həmin ayağı protez idi) bu kənddə qala tikmək işinə girişir. Lakin Yekaterinanın qəfil ölümü ilə Azərbaycanın istila planı yarımçıq qalır; rus ordusu geri çağrılır.
1938-ci ildə Zubovka adı Əli Bayramlı adı ilə əvəz edilir. 2010-cu ildə şəhərin adı tarixi vilayətin adıyla Şirvan adlandırılmışdı.

Şəhərlər 1-ci hissə

CooL_Man

Şərhlər:

  1. YEDiNKA dedi ki:

    Cox sa olun!!!! amma weher kodu daha 197 deyil 1212-dir

  2. sabinocka dedi ki:

    tewekkurler…………………………

  3. Ninaska dedi ki:

    xebere goreee tshkk

  4. mR_bAkiNec dedi ki:

    maraqli deyil mene tewekkur yenede

  5. gizem dedi ki:

    twk xebere gore

  6. polo dedi ki:

    bilmirdim ve oyrenim.. twk dosi..

  7. Sweet_Love dedi ki:

    Tewekkurler…….

  8. Hilary Duff dedi ki:

    Tewekkkurler …xeber cun…

  9. important life dedi ki:

    Bilmirdim.tewekkur melumata göre