Tısbağa tortu
İngridientlər:
6 yumurta
2st şəkər tozu
1 ç/q soda + 1 x/q sirkə (və ya qabartma tozu)
vanil
2st un
2 x/q kakao
Kremi:
500 qram 25%li smetan
2stəkan şəkər tozu
2 x.q kakao
Hazırlanması:
Öncə yumurta ilə şəkər tozu çalınır.çalindiqdan sonra vanil elave olunur.Sonra kənarda sodani sirkədə öldürürük.Əgər qabartma tozu istifadə etmək istəsəniz unla qarışdırıb əlavə edirik.Kakaonu da əlavə edib yenidən məhlulu qarışdırırıq.Amma unu əlavə etdikdə taxta qaşıqla qarışdırmaq lazımdır ki,xəmir yatmasın.Sobani 180-200 derecede qızdırırıq.Tavani yağlayırıq,qaşıq-qaşıq töküb yumru formada kiçik qoğallar bişiririk.
Krem üçün Smetan və şəkər tozunu şəkər tozu həll olana qədər çalırıq.Kakaonu da əlavə edib yenidən çalırıq,alınmış məhlulu soyuducuya qoyuruq(30 dəq.).
Sonra qoğalları kremləyib üst-üstə tısbağa formasında yığırıq.Daha da dadlı olmağinı istəyirsinizsə arasına qoz da qoymaq olar.üzərini isə zövqünüzə görə bəzəyin.Bu tortu soyuducuda saxlamaq məsləhətdir.Soyuq halda yeyiləndə dondurma dadını verir.
Nuş olsun!
Yenilənib: Noyabr 30, -0001
Maraqli gorunuwu var
twk qaqaw…:))
marakli tortddu.. vaxtim olsa ederem :))
tshkk
Bunu tısbağa edəndə nə fərqi ? 😀
Axır mədəyə hamlsl kimi gedir 🙂
Təşəkkürlər maraqlıdı
xebere gore tesekkur
Super gorsenir yeqin gozel dadida var…Tewekkurler…