Geri dönməməyi gedənlərə, kimlər öyrətdi?

Kimin üzünə tüpürməli idi həyat,
Maska taxanınmı yoxsa o maskanı endirəninmi?
Bir qadın kiminlə sevişməli idi,
Kimə sarılmalı idi qolları ya da kimin qoynunda olmalı idi,
Cibi pullunun,
Yoxsa uğrunda ölənin?

Kim idi dost..
Keçib gedən illərmi,
Yoxsa tortun üzərində söndürülən şamlarmı?
Kim idi Eşq,
Yanında olmayan tərk edən ,
Yoxsa yanında qalaraq ağrıdan ?
Bir Adam bir qadını ölüm onları ayırana qədərmi sevməlidir ?,
Yoxsa qadına ehtirasi bitənə qədər?
ünvanlar başqa aldatmalar eyni ?
Saatlar xəyanəti göstərdisə gecənin geç vaxtlarının günahı nədi?
Sevərək ayrılma dəbini ilk başladan kim idi ,
Kimin fikiri idi sonsuza qədər dost qalmaq?
Kim idi eşqini ilk kağızlara yazan.
Son gecə son siqareti içmək üçün sevişmək?
Yoxsa qapılar bağlananda ayaq səslərini dinləyib ağlamaqmı bacarıq idi?
Gedən kim idi,
Qalan kimin idi?
Bu ayrılığı kim kəşf etdi?

***
Və geri dönməməyi gedənlərə,
Kimlər öyrətdi?

Ninaska

Şərhlər:

  1. Sweet_Love dedi ki:

    Hec kim…. Getmeyi qerar veren geri donmez hec vaxt…..

    Xeber super ellerine sagliq tewekkurler……..

  2. angel aytac dedi ki:

    Sweet_Love,
    senin sozunle birem baciwkam menim xebere gore twk

  3. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Kimin üzünə tüpürməli idi həyat,
    Maska taxanınmı yoxsa o maskanı endirəninmi?

    ela yazidi cox beyendim ellerine saglik..
    onu biliremki men oyretmedim..

  4. saida aliyeva dedi ki:

    Son gecə son siqareti içmək üçün sevişmək?
    Yoxsa qapılar bağlananda ayaq səslərini dinləyib ağlamaqmı bacarıq idi?
    Gedən kim idi,
    Qalan kimin idi?
    Bu ayrılığı kim kəşf etdi?

    SUPPPA HEYATIM ELLERINE SAGLIQ

  5. mR_bAkiNec dedi ki:

    Getmek son deyil onsuzda :/
    Sadece getdin gelme!

  6. Css Ssc dedi ki:

    Nemm ewii 🙁

  7. Hilary Duff dedi ki:

    Super gozel xeberdi Tewekkurler….

  8. SEBERT dedi ki:

    super bayildim tesekkurler