Geri dönmək üçün getmişdi deyəcəm

Həm qal istəyirəm, həm get.
Həm dön istəyirəm, həm də unutmaq.
Əgər dönsən saatlarla cavab verməyini gözləyəcəyəm, mənim xaricimdə kimlərlə danışdığını maraqlanacağam, soyuq davrandığın hər saniyə başqasımı var deyə düşünəcəyəm, yatmadan əvvəl gözümün qarşısından lent kimi keçən danışıqlarını fikirləşəcəm
Əgər dönsən hər dəqiqə daha çox aşiq olacam sənə, hər sözün də həyata tutunmaq üçün yeni bir səbəb tapacam, atdığım hər addımı sənə görə seçəcəm, ağzımdan çıxan hər cümləni saatlarla düşünərək söyləyəcəm.
Əgər dönsən itirməkdən qorxacam səni, qısqanacam, dalaşacıyıq sənlə, getmə deyə yalvarmayacam amma əsla bilməyəcəksən ürəyimin içində qopan fırtınaları.

Dön.
Getmək bahasına belə olsa dön.
Əgər dönsən “Geri dönmək üçün getmişdi.” deyə ovudacam özümü.
Dön.
Amma getmə bu səfər.
Əgər gedərsənsə qoxunu da apar yanında. Canımı ağrıdan hər şeyi al və elə get. Gülüşünün izləri qalmasın üstümdə. Əgər gedərsənsə tamamilə get bu səfər. Əsla geri dönməyəcəyini bilim.
Amma getmək üçün əvvəl dönməyin gərək.
Dön.
Yenilənib:
tesekkurler maraqliydi ancaq oxumusam
mene aid deyil ama yinede tshkkk
Ətağa təsirlidi :/
Əllərinə sağLık bəyəndim
thanks
Tewekkurler maraqli idi….hemde cox tesirli…
gozel radekte ve gozel xeber..
SUPER TESEKUR ELA
Derin menali hekayedir.
Gozel nitqiniz var.
Dön.
Getmək bahasına belə olsa dön.
Əgər dönsən "Geri dönmək üçün getmişdi." deyə ovudacam özümü.
Dön.
Amma getmə bu səfər.