Makaron haqqında

Makaron haqqında

İstehsalı

Makaron istehsalı üçün, buğda manna yarması halına gətirilər, suyla qarışdırılar və şəkil verilər. Makaron istehsalında istifadə edilən buğda, çörəklik buğdadan çox fərqlidir. Zülal və B vitamini nisbəti daha yüksəkdir. Makaron kompleks karbonhidrat qrupundan olduğu üçün maddələr mübadiləsidə tez parçalanaraq sürətli bir şəkildə enerjiyə çevrilər. Makaronun asanca həzm edilən bir qida olmasının da səbəbi budur.

Tarixçəsi

Nə qədər “makaron” dediyimiz zaman ağlımıza gələn ilk şey İtaliya olsa da, makaronun çində kəşf olunduğu söylənilir. Hətta bu gün makaron istehlakının ən yüksək olduğu İtaliyaya da bu yeməyin XIV-cü əsr səyyahı Marco Polo tərəfindən çin səyahətindən sonra gətirildiyi iddia edilir. Sözsüz ki, İtalyanlar bu iddianı rədd edirlər. çində makaronun I əsrdə kəşf olunduğu, hətta 960-1280 illəri arasında hökmdarlıq etmiş Sunq xanədanlığı zamanında populyarlığının artıb, xüsusi makaron dükanlarının da açıldığı bilinməkdədir.

Ancaq İtalyanlar, bir Etrusk məzarının yanında olan makaron istehsalında istifadəsi mümkün alətlərə əsaslanaraq Eradan əvvəl VII-III əsrlər arasında yaşamış olan Etrusk tayfalarının makaronu kəşf etdiyini iddia edirlər. Etruskların da makaronun reseptini, o zamanlar müharibə vəziyyətində olduqları Yunanların “laganon” dedikləri xəmirin lay vəziyyətində kəsilməsiylə bişirilən yeməkdən aldıqları və “lazanya” adının da buradan gəldiyi fərz edilir. Dolayısı ilə Marco Polonun çindən qayıtdığı zaman orada makaron yediyi haqqındakı söhbətləri, öz ölkəsində olan bu qidanı burada görməkdən hiss etdiyi çaşqınlıqla əlaqələndirirlər. Onsuz da Marco Polonun vaxtında yaşamış olan İtalyalı Lacapone da Todi və Boccacio kimi ədəbiyyatçıların əsərlərində makaron, lazanya və raviolidən bəhs edilir ki, bu da, o tarixlərdə İtaliyada bu məhsulun var olduğunu göstərir. Bunlardan başqa eramızın 1200-cü illərində Yaxın Şərqdə “rişta” və Hindistanda “sevika”, Ərəblərdə “itriyah” (hər üçü iplik mənasını verir) adlandırılan yeməklərin olduğu bizə məlumdur. Hətta “rişta” yeməyinin 1226-cı ildə yazılmış bir resepti də Bağdadda tapılmışdır. İtalyanların nazik uzun makaronlarına “spago”dan (ip) gələn spagetti adını vermələri də, bu şərq mənşəyi ehtimalını qüvvətləndirmişdir.
Bu gün artıq bir makaron şəklini ifadə edən “makaroni” adı isə ilk zamanlarda bütün makaron növlərini qarşılamaq üçün istifadə olunan bir sözdür. Nə üçün bu sözün seçildiyinə dair bir çox fantastik hekayənin olmasına baxmayaraq, sözün dəqiq mənşəyi bilinmir. İtalyanlar makarona, xəmir mənasında olan “pasta” adını uyğun gördükləri halda biz, “makaron” terminini tərcih etmişik.
Geniş miqdarda ilk istehsala XV əsrin əvvəllərində Napolidə başlanmış, lakin dayanıqlılıq əldə oluna bilmədiyi üçün müvəffəqiyyətsizliklə sona çatmışdır. Napolidə makaronun yaxşıca qurudulmasını və dayanıqlı olmasını təmin edəcək iqlim şərtlərinin kəşfi ilə, 1800-cü illərdə makaron sənayesi tam mənada yaranmağa başlamışdır.

Makaron haqqında

CooL_Man

Şərhlər:

  1. Ninaska dedi ki:

    marakli xeber idi tshkk
    twk

  2. Hilary Duff dedi ki:

    Tewekkurler xeber cun…Mende makaronu cox sevirem… agla

  3. Not to love you dedi ki:

    En sevdiyim yemekdi makaron tewekkurler melumata gore

  4. _Nergiz_ dedi ki:

    makaronu chox xowduyuram twk

  5. SEBERT dedi ki:

    tesekkurler maraqlidi

  6. Miss_KaPRizZ of_cAdI dedi ki:

    ayy makaron cokk severim canim cekdiii..
    xeber ucun tewekkuur

  7. Sweet_Love dedi ki:

    makaron xowlamiram e hec ( xebere gore twk

  8. MURAD_X dedi ki:

    cox maragli xebrerdir..twk

  9. mR_bAkiNec dedi ki:

    I ♥ MaKaRoN 😀
    ellerine saglik xebere gore :/

  10. polo dedi ki:

    eslinde bu avropalilara inanmsw olmur men tarixi faktlara esaslanaraq deye bilerem ki bezi weyleri ozlerine menimseyibler amma bu makaronu deye bilmerem …

  11. yAgmurlar dedi ki:

    tewekkurler dosi…

  12. nurlana77 dedi ki:

    xebrcun thanks maraqlidi
    makaronu coooooox sevirem