Sevgilidən ayrılmağın ən pis yolları

Yahoo! Sports`a görə, Los Angeles Kings-də professional xokkey oyunçusu olan Jarret Stoll, Rachel Hunter ilə reallaşacaq olan toyunun ləğvini bildirmək üçün e-mail yolunu seçmişdir. Bütün qonaqlarına toplu atılan bir mail ataraq.. Hörmət və ədəb qaydalarını gözdən çıxarsaq belə hələ can sıxan bir tutum deyilmi sizcə də?

çox təəsüf ki, xeyli insan, hər gün çox daha pis şəkillərdə əlaqələrini sonlandırır. Sizə birindən ayrılmağın ən pis yollarını yazacam:

Facebook: Bu günlərdə, facebook profilinə yeni və təəccüblü halınızın fotoşəkilini qoymaq qədər asan əlaqə statusunu dəyişdirməkdir. Hətta daha da asan, bir az da duyğusuz… Yəni istər başlanğıcını istər sonunu bəyan edəcək olun lütfən bunu hansı şərtlər altında olursa olsun ikinci şəxslə əməkdaşlıq içində edin.

İctimai: Kədərli bir tərz daha, çöldə birlik arasında tərk etmənin asan olacağını düşünənlərdənsinizmi? Bunun narazıçılıq çıxarmaması üçün bir tədbir olduğunumu sanırsınız? Ağlamayacaq, önündəki yeməyi yeməyə ya da içkisini içməyə davam edəcək və “anlayıram” mı deyəcək? Halbuki statistikalara görə ümumiyyətlə tərsi olur və qarşı tərəfin verdiyi reaksiya ikinizi də son dərəcə çətin vəziyyətlərdə buraxa bilir.

Yazaraq: Hamımızın çox yaxşı bildiyi “Sex and the City” serialının bir hissəsində, Carrie (Sarah Jessica Parker), kişi yoldaşı Berger (Ron Livingston) tərəfindən bir post-it ilə tərk edilirdi. Bilirik ki, çox vəziyyətdə, duyğu və düşüncələri yazıya tökmək, yüksək səslə dilə gətirməkdən daha asandır. Amma iş tərk etməyə gəldiyində, bu rəftar heç də ədalətli olmaz; çünki qarşınızdakı insanın özünü ifadə və reaksiya vermə haqqını da əlindən almış olursunuz!

Bunu sizin üçün başqasının etməsini təmin etmək: Serialın eyni hissəsində, qızlar tərk edilmə hekayələrini paylaşarkən, Miranda (Cynthia Nixon) izah edir: “Bir dəfəsində bir adamın qapıçısı tərəfindən tərk edilmişdim. Mənə “üzr istəyirəm xanım Hobbs, Jonathan aşağıya enməyəcək” demişdi. Həqiqətən, ibtidai məktəbdə olmadığınız müddətcə, xəbərləri özünüz öyrənin. Heç olmasa bunu edə bilərsiniz.

Yox olmaq: Kişilər arasında məşhur olan bu taktikanı yenə bir kişidən dinləsək; “çünki çox asandır. Axtarışı və axtarışları cavablandırmağı tamamilə kəsirsiniz və probleminiz həll edilmiş olur”. Düşünürəm bunun niyə axmaqca bir fikir olduğunu açıqlamağa ehtiyac yoxdur; post-it fikri belə yanında daha romantik qalır.

Qarşınızdakı insanı sizi tərk etməsini təmin edəcək qədər bədbəxt etmək: Bəzi insanlar, tərk etmə danışmasını etməkdən o qədər çox çəkinər ya da qorxar ki, qarşısındakı insanın bunu etməsini təmin etmək belə onlar üçün daha asandır. Bunu təmin etmək üçün lazımlı tipik davranışlar isə aldatmaq, mübahisə yaratmaq, davamlı qışqıraraq danışmaq ola bilər. Amma unutmayın ki, tərk etmə cümlələri qarşı tərəfin ağzından çıxsa belə günahsız deyilsiniz. Hətta tam tərsi işi uzatmadan və digər insanı daha çox üzmədən bitdiyini söyləmədiyiniz üçün günahkarsınız. Bir də sizi tərk etməsini heç cür təmin edə bilmədiyinizi düşünün; iki şəxsiyyət passiv aqressiv bir cəhənnəmdə həyatınızı davam etdirmək məcburiyyətində qala bilərsiniz.

mR_bAkiNec

Şərhlər:

  1. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Raziyam Ayrilmaginda bi edebi var.. Qarsindaki insani dusunmek gerek kiminse qelbini qirmadan..

    Yox olmaq: Kişilər arasında məşhur olan bu taktikanı yenə bir kişidən dinləsək; "Çünki çox asandır. Axtarışı və axtarışları cavablandırmağı tamamilə kəsirsiniz və probleminiz həll edilmiş olur". Düşünürəm bunun niyə axmaqca bir fikir olduğunu açıqlamağa ehtiyac yoxdur; post-it fikri belə yanında daha romantik qalır.

    Bu hereket qeder pis alcaldici hereket ol bilmez mence

  2. CooL_Man dedi ki:

    xebere gore teshk.

  3. Ninaska dedi ki:

    super xeberdi.. tshkk twk

  4. Sweet_Love dedi ki:

    Yox olmaq: Kişilər arasında məşhur olan taktika sac

    maraqli xeberdi ellerine sagliq meymun bayaca

  5. Hilary Duff dedi ki:

    Tewekkurler gozel xeberdi ….

  6. nurlana77 dedi ki:

    Allah sevgilileri ayirmasin…. . xebrcun thanks cry