Men Və Sən Yenidən

“Ruhumun və həyatımın sıxışdığı, can çəkişdiyi bu dörd divar arasında həyatımı yazıram sənə ..”
Uşaqlığımın xoşbəxtliyi olan ağlamalarımı xatırlamaram, səndən gedərkən süzülən yaşların yanında..
Səkilərdəki kölgəmi tutmaq üçün enişlərimi, dizlərəmin qanamasını, hıçqırıqlarımı xatırlamaram; sən xülyamdan düşdüyün qədər..
İlk eşqimi, ilk döyüşümü, on yeddi yaşımı xatırlamaram. .Senin “İLKim” olduğun qədər..
Ən dəli, ən tündxasiyyət illərim olan, həyata salam dediyim o yaşımın ,iyirmilik sancılarımın bədənimi inlətdiyi ağrıları xatırlamaram; səni itirdiyimdə verdiyi ağrı qədər..

Və indi..
Bəlkə yenidən sevə bilmə, ömrümü ömrünə həsr etmə ehtimalım olan həyatımın bu anında..
Yəni indi, dərhal..
Küləkdə sovrulan saçlarımın əsintisi üzünə dəyincə..
İslanan saçlarımı dağıdışını bir daha sənə xatırladınca..
Yağışın sildiyi ayaq izlərim, yenidən sənin ardından iz buraxdığında..
Gözlərimin baxdığı yerdə səni tapmasına..
Adımın sənin dodaqlarından yavaşca bir daha süzülməsinə..
Nə deyərsən?
Deyərdin , bilirəm..
Bəli deyərdin, yanımda ola bilsəydin..
Yaş saçlarımı yenidən dağıdardın..
Bilirəm..
Yenidən nəfəs alışında; adım tökülərdi dilindən heca heca..
Və sən yenidən; HƏYATIM olardın..
Səni;
Hirslərimin, serzənişlerimin dilimə dolandığı yerdə asılı buraxıram..
Qollarım açıq, təbəssümüm üzünə əks olunar bir halda..
Tərpənmə əsla. .Tam burada
Qal..
Olduğun yerdə..
Və XOŞLUQLA…
Qal…

Miss_KaPRizZ of_cAdI

Şərhlər:

  1. important life dedi ki:

    ehh tewekkur

  2. Not to love you dedi ki:

    soz ola bilmez xowuma geldi tewekkurler

  3. Hilary Duff dedi ki:

    SuperTewekkurler…

  4. Sweet_Love dedi ki:

    Ellerine sagliq

  5. Ninaska dedi ki:

    yaxshi yazi idi
    twk tshkk

  6. nurlana77 dedi ki:

    thanks for beautiful xeber