Atılmış mələk

Atılmış mələk.
(Gecə barlarında cəhənnəmi yaşayan günahsız qadınların əziz xatirəsinə ithaf).

I
Atılmışdı. Bir “saf” bildiyi sevgilisinin amansız tuzağına düşmüşdü Mələk. O gecə olanların necə baş verdiyini özünə belə inandırmaqda çətinlik çəkirdi. Ehtirasınmı qurbanı olmuşdu, ya bir xoşbəxt ailə qurmaq arzularımı tutmuşdu gözünü. Hər nə isə olan olmuşdu artıq, yayından çıxmış oxu kim qaytara biləcəkdi. Bir tək kiçicik kağız parçası qalacaqdı “saf” bildiyi sevgilisinin gedişinin ardından.

Səni məhz bu gecə üçün xəyal edirdim və bu gecə sənlə mənim aramızda olan ilk və son gecə olacaq. Məndə sənə qarşı sevgi yox, sadəcə bir ehtiras, bir şəhvət oyanmışdı içimdə və sonda istəyimə çatdığımdan dolayı olduqca xoşbəxtəm. Səhər sən bu sətirləri oxuyan zaman mən uzaqlarda, çox-çox uzaqlarda olacağam və bir daha qarşılaşacağımıza belə ümid etmirəm. Əlvida!

Bu sətirləri oxuduqca yeddi dəfə ölüb-dirilmişdi Mələk. Hara getsə, kimə getsə bağlanacaqdı üzünə qapılar, damğalanacaqdı və bu gözəl adın sahibi ömürlük lənətlənəcəkdi. Bütün bunları düşündükcə daxilində bir titrəyiş yaranır, gözlərindəki yaş leysan kimi axa-axa süzülürdü yanaqlarından. Getdiyi yerlərdə, döndüyü küçələrdə, izdihamlar içində bir tək onu axtaracaqdı Mələk. Əlində olan vur-tut on manatı yeddi gün xərcləyəcəkdi sadəcə. Bəs sonra, sonra nə edəcəkdi dalğalar içində boğulan adam.

Hadisədən keçən dörd gün ərzində çox şeyi fikirləşmişdi, çox götür –qoy etmişdi. Bir əlac yolu tapa bilməmişdi. Bir o murdar işi düşünməmişdi hələ. Ancaq onu da düşünməyinə çox az zaman qalırdı və zaman onu o işə doğru aparırdı. Bir zaman adı Mələk, özü mələk olan bu insandamı o şeytan əməlinə üz tutacaqdı. (Ətiniz ürpəşirsə demək hələ yaşayır vicdan, kor olmayan gözlər var demək). Mələklərin şeytana möhtac olmasından daha betər olası bir şey varmı dünyada. Yox,əlbəttə ki, yox, ola da bilməz, olması belə mümkün deyil…


II
Zaman 2011 in bir yaz səhəri. Məkan Bakının gecə barıarından biri. O barlardan biri ki, səhərə kimi ulayırdı “musiqi”lər, atılıb-düşürdü fahişələr, bərəlmiş gözləri ilə “kişiliyindən” zövq alırdı kişiciyəzlər. Siqaret tüstüləri, içki qoxuları, dəyişkən işıqları ilə cəhənnəmi xatırladan, adını çəkməyə belə dilim gəlməyən gecə barlarının birində bir zaman mələk olmuş bir qadın da yaşayırdı bu cəhənnəm həyatını. O həyat ki, ona “sevgili”sindən ərməğan edilmişdi, təsəvvür edirsiniz sevgilsindən. Necə də qəribə səslənir deyilmi? O, sevgili ki, bir daha heç zaman onunla qarşılaşmayacağını yazırdı son məktubunda. Hər sözü bir insan öldürən sətirlərində. İllər ötmüş, Mələk də, o da bir xeyli yaşlaşmış olsalar da yenə bir- birini tanıya biləcəkləri qədər cavan idilər hələ və tale o “saf” sevgilini özü- öz ayağı ilə gətirmişdi Bakının gecə barlarının birinə. Öz fahişəsini gözləyirdi o “saf” sevgili, XXI əsrin saxta məcnunlarından biri. Və zaman yetişdi daxil olduğu iki nəfərlik otaqda qarşısına çıxacağı fahişənin o qadın olacağını heç zaman güman eləməzdi bəlkədə, bəlkə də heç güman etməmişdidə. Gözlərinə inanmasalarda artıq hər ikisi inanmışdı buna və yuxu kimi anın mövcudluğuna. Bir müddət sükut çokmüşdü araya və sonra oğlan yalvarmağa başlamışdı, etdiyi əməlinin alçaqlığından dolayı üzr istəmək, yalvarmaq nəyi dəyişəcəkdi ki. Və sonra Mələk özü son dəfə məhz burda, bu gecə barlarının birində hər şeyə son qoyacaq və ürəkləri yandıran bu sözləri deyəcəkdi “saf” sevgilisinə.

“Səni adam bilmişdim, adam bildiyim üçündə inanmışdım sənə, qəlbimi vermişdim, sevmişdim səni, demə heç sevilməyə dəyməyəcək qədər alçaq, əclaf imişsən sən. İndən sonra min dəfə yalvar, üzrxahlıq elə. Axı bunlar nəyi dəyişdirəcək ki, yoxsa nələrinsə dəyişə biləcəyinə inanırsan hələ də. Adım ömürlük damğalanmış, qaytar mənə adımı, namusumu qaytar. Ötən günlərimin səadət dolu anlarını qaytar. Bir bakirə qızcığazın ümid dolu arzularını qaytar. Bilirəm qaytara bilməyəcəksən və bunun üçün də daha səndən istəniləcək heç nəyim yoxdur. Məni bir daha görməyəcəyini düşünürdün, amma indi pis yer olsada burası özün-öz ayağınla gəlmisən görüşümə. Burası sənin kimilərin bədbəxt elədiyi onlarla qadının son ümid yeri, cəhənnəm məkanı. Məni, mənim kimi zavallıları buraya sürükləyərək məhv etməklə kişilikdən dəm vuran kişiciyəzlərlə doludur bu məkan. İndi isə son qərarı da mən verəcəyəm sən yox. Rədd ol, rədd ol gözlərim önündən ki, bir fahişə qadından daha alçaq olan birini görməsin gözlərim”.

Və hər şey bununla bitəcək, illərlə çəkdiyi acısını azacıq olsa belə azaldacaqdı Mələk. ürəyindən keçənləri o ki var deyəcəkdi “saf” sevgilisinə.

“Dağ dağa rast gəlməsədə, adam adama rast gələr” kəlamını boş-boşuna deməmiş babalar. Dünyanın harasında olursansa ol, əgər qismətində nə isə bir şey varsa demək mütləq olacaq o şey, görüşmü, tanışlıqmı daha nələr, nələr.

ELIK28

Şərhlər:

  1. Angel_a dedi ki:

    duzun desem hevesim catmadi oxuyam. xaiw bele uzun xeberler atmayinda. 100% bilirem ki coxu oxumur. nese canim eziyyete gore tewekkurler

  2. Love Girl dedi ki:

    Maraqlidi tesekkur

  3. SEBERT dedi ki:

    tesekkurler oxudum tesirli ve maraqlidi,alin yazisin silmek olur onsuzda

  4. _Sadece_B.G_ dedi ki:

    Bele yazilardan xowum gelir. TWKR book

  5. Hilary Duff dedi ki:

    Cox gozel Tewekkurler…

  6. _Sia_ dedi ki:

    Menali sozlerdir.

    Gozel nitqiniz var.

  7. Not to love you dedi ki:

    Oxudum amma cox pis oldum heqiqeten de superdi tewekkurler

  8. yAgmurlar dedi ki:

    hamsini oxudum cooox tesirlidi mence her kes oxusun
    ellerine sagliq

  9. CooL_Man dedi ki:

    xebere gore tshk

  10. Ninaska dedi ki:

    yalan dimiyimdee oxumadim tam.. ama chox sagol twk