Sənsən

Sətirlərə düzdüyüm uzun cümlələrim…

Yazdıqca yazılan sevgi sözlərim…
Günbəgün qəribələşən hekayəm…

Sonu gəlməyən nöqtələrim…

Hər zaman yazan mürəkkəbim…
Hər an var olan düşüncələrim…

Heç bitməyən istəklərim…

ümid dolu arzularım…
Dəlisov xülyalarım….

Vüsal dolu röyalarım…

Şirin gülüşlərim..qanlı gözyaşlarım…
Hıçqırtıyla söylənən dualarım…

Dil möhürüm..dodaq əzbərim…

Gözlərimə həkk olunan rəngsiz peyzajım…
Yanaqlarıma toxunan odlu damlalarım…

Susqun dilimi susmaz edən acı fəryadlarım…

üsyan dolu qışqırıqlarım…
Şikayət dolu naşükür ömrüm…

Gecə yuxusuzluğum..gündüz işgəncə saatlarım…

Daima qaranlıq gördüyüm bilinməzliklərim…
ürək ağrıdan döyüntülərim…

Can sızladan can yanğılarım…

Hər saniyə qanayan dərin yaralarım…
Taqət tükəndirən yorğunluqlarım…

çarəsiz beyin xəstəliyim…

Könül qocaldan fikirlərim…
Qanı damarlarda donduran şaxtalı həsrətim…

İçimi buz edən soyuqluğum…

Məni məndən oğurlayıb öldürən qəddar cinayətkar…
Harama aparan günah yollarım…

Xətalarım..səhvlərim…

Başı divarlara döydürən peşmanlıqlarım…
Yaxşı_pis…çox_az sahib olduğum hər nə varsa…

Hər şeyim…

Dünənimdə..bu gününmdə…sabahımda var olan ilk…tək..son sevgim…

Hər şeyim…sənsən!!!

Miss_KaPRizZ of_cAdI

Şərhlər:

  1. Sweet_Love dedi ki:

    Başı divarlara döydürən peşmanlıqlarım…
    Yaxşı_pis…çox_az sahib olduğum hər nə varsa…

    Hər şeyim…

    Dünənimdə..bu gününmdə…sabahımda var olan ilk…tək..son sevgim…

    Hər şeyim…sənsən!!!

    twk

  2. _Sia_ dedi ki:

    YENE RUHUM SENIN ESIRIN OLDU,
    KONLUM YENE SENI TAPDI QELBIMDE.
    SANKI BEXTIM SENSIZ QARANLIQ OLDU,
    SENSIZ BELE OLACAQMIS BELKE DE…….

    muellif : _Sia_

    Gozel nitqiniz var

  3. SEBERT dedi ki:

    yaxsidi…..

    yaxsidi…..

    yaxsidi

  4. Ninaska dedi ki:

    yaxshidi
    tshk twk

  5. Not to love you dedi ki:

    Qewengdi tewekkurler xebere gore

  6. Hilary Duff dedi ki:

    Tewekkurler….