Mən buyam deyərsən və itirərsən

Heç Bir şeyə çata bilmədiyin anlar vardır..
Yaşadığın hər şeyin sabun köpüyü olduğunu anladığın,Şarlar tək-tək partlayarkən hər şeyi itirdiyinin fərqində olub da,
heç bir şey edə bilmədiyinin,Minlərlə cavabsız sual içində həyata cavabsız qaldığın,və kimsəylə danışmaq istəmədiyin,
Mən güclüyəm yalanını hər dediyində aynada
üzün qızarır belə zamanlarda…
Həyat güclüdür..
Gerçəyi bilmək kimsəyə bir şey qazandırmayacağından
Hər kəs öz gücünə inanmaq istər.Sonra bir anda Səssiz bir səhərə gözlərini açarkən xeyir deyərsən. ..
“güçlü filan deyiləm mən.”
Bir anda bütün mübarizədən imtina edərsən….
Bütün döyüşlərindən. Hər şeyi olduğu kimi buraxıb uydurmaq istəyərsən..
Səssizliyə bürünərsən.
Oldugu qədər yaşamağa başlarsan olduğu qədəriylə..
Bəzən öz dünyanın çarəsizliyi içində dalıb gedərsən…
Amma buna baxmayaqraq yenə də bir şeylər səni yaşamağa məcbur edər.
Bir tərəfin hər şeyi buraxıb qaçıb getmək istəyər buralardan, sonsuza qədər…
Amma digər tərəfin bu şəhəri tərk edib gedə bilməz. .

Xəyallar boş gəlməyə başlayar artıq.
Bəzən gözyaşalarının yalnız xoşbəxtlikdən axmağınıı, sonu həmişə xoşbəxt bitən nağıllar oxumaq üçün darıxarsan..
Darıxarsan ardına baxmadan qaçmağı, bütün istəklərdən atlamağı, nəfəsinin tükəndiyi anda yorğunluğunu unudub yola davam etmək üçün.
Kimsə səndən bir sey gözləməsin istəyərsən,Sən həyatdan bir şey gözləməzkən….Yeni bir şeylərə başlama həvəsindən uzaklaşdıqca…
Əsla bitməyəcək yorucu yoxuşlar kimi istəksiz buraxar səni.
Həyata qarşı…Mən buyam deyərsən
çalışmağının mənası yox daha çoxu üçün deyərsən
Və itirərsən…
Həqiqətən anlarıqmı niyə belə olduğumuzu yoxsa yalnız sızlanarıqmı özümüzə hirslənərək.
Halbuki özümüzü olduğumuz kimi qəbul edə bilsək , sevə bilsək özümüzü mən beləyəm deyib eyni
zamanda səhvlərimizidə görə bilsək,təkliyin bir tətil olduğunu belə bilsək zaman, zaman.
Bax o vaxt təklik ağrılı olmaqdan çıxıb içimizdəki kimsəsiz ada da özümüzü dinləmək olduğunu hiss edərik..

Miss_KaPRizZ of_cAdI

Şərhlər:

  1. _Sadece_B.G_ dedi ki:

    Aydaaaa cox tesirli yazidi.Beyendim twkr urek

  2. Yasaksin_kalbime dedi ki:

    beyendimtwk.

  3. Issikul dedi ki:

    Bes teklik de ne vaxta qeder?

  4. CooL_Man dedi ki:

    teshekkurler!

  5. alone-boy dedi ki:

    və itirdim..

  6. Ninaska dedi ki:

    Həqiqətən anlarıqmı niyə belə olduğumuzu yoxsa yalnız sızlanarıqmı özümüzə hirslənərək.
    Halbuki özümüzü olduğumuz kimi qəbul edə bilsək , sevə bilsək özümüzü mən beləyəm deyib eyni
    zamanda səhvlərimizidə görə bilsək,təkliyin bir tətil olduğunu belə bilsək zaman, zaman.
    Bax o vaxt təklik ağrılı olmaqdan çıxıb içimizdəki kimsəsiz ada da özümüzü dinləmək olduğunu hiss edərik..

    gozel yazi idi chox sagol twk

  7. Hilary Duff dedi ki:

    Cox gozel yazidi Tewekkurler…

  8. Sweet_Love dedi ki:

    Bir tərəfin hər şeyi buraxıb qaçıb getmək istəyər buralardan, sonsuza qədər…
    Amma digər tərəfin bu şəhəri tərk edib gedə bilməz. . hmmm

    gozel yazi idi ellerine sagliq….

  9. _Sia_ dedi ki:

    Derin menali hekayedir.
    Gozel nitqiniz var.