“Aşiqlərin münacatı”…

"Aşiqlərin münacatı"...


Ey yar!
Bütün gücümü, günahlarımdan qalan son taqətimi, sənə bunları söyləmək üçün utancımdan qalan son qırıntıyla xərcləyirəm. İçinə nə doldurdum naməlum, amma qapqara ruhumla son bir cürətlə çıxdım qarşına. Məni, məni belə dinləyəcək qədər böyük olduğunu bildiyim üçün gəldim!
Məni bağışla deyə bilməyəcək qədər utanc yığıldı ürəyimdə. Bəlkə kimsənin işləməyə cəsarət edə bilmədiyi günahları aldım qucağıma, qapını döyürəm. İstəsən açma! Amma eşitdiyini bilirəm… Kimsə eşitmədi məni səndən başqa! Əlimdən sənin kimi tutan olmadı… İndi… İnsanlığımı soyunub, səni unutduğum saatların vəfasızlığı yer etdi içimdə. Ayrıldım bir dəfə bu söhbət diyarından.

Qapıları çırpıb getdim mən!
Məni içəri dəvət et deyə bilmərəm; amma eşitdiyini bilirəm!
Ey yar!
Yağışlar göndərdin ruhumu yumam üçün, onları günahlarıma məzə etdim mən!
Nur üzlər gördüm mərhəmətindən işarə, üz çevirdim onlardan…
Ayaqlarımın altına tapdalasam daha az inciyərdi hərflərin, tərk etdim bir-bir…
İçimdə olan səni bağladım kor quyulara…
İndi öz əlimlə heçlərə təslim etdiyim ‘’özümü istəmirəm səndən, amma eşitdiyini bilirəm.
Dilim dözsə də ürəyim qışqırır əslində
Bağışla məni yar!
Sən olmadan heç olan mən!
Bunu bilə-bilə içini tərk edən mən!
Məğlub!
Pərişan!
Yalançı!
Gözyaşlarım quruduqdan sonra günaha gülümsəyən mənəm!
Sən ey yar, məni eşidən, çirkli əllərimdən tutan bir tək sənsən! Buraxma məni nolar! Ayaqlarımı həvəsimin çətiniylə gətirdiyim bu yerin dibindən çıxar məni! Səndən qopmama icazə vermə, bağla əllərimi ayaqlarımı. Kor et gözlərimi, amma getməmə icazə vermə! Ah necədir izah edə bilmərəm sənə həsrət qalmağı! Bitincə günah qədəhi, keçincə sərxoşluğum o zaman anlaram bədbaxt olduğumu. Qorxarsan… Sonra dözə bilməzsən bu ağrıya, qəflət bir qədəh daha təqdim edər sənə!
İcazə vermə yar!
Qalxıb sənə gələcək taqətim, üzüm yox; amma eşitdiyini bilirəm…
Küləyini göndər mənə, günah şərabımın qoxusunu hiss edib aparsın nəfəsimdən!
Yağışın yağsın yusun çirkli ruhumu!
Bir zəlzələ olsun yıxsın bütlərimi!
Başıma yıxdığım səmanı təkrar alsın əllərinə duaçı mələklərin!
Günəşin doğulsun üzərimə təkrar!…
Bağışla məni yar, bağışla məni…
Eşitdiyini bilirəm…

Angelocka

Şərhlər:

  1. MILAQROS dedi ki:

    ALLAH RAZI OLSUN

  2. BLACK STAR dedi ki:
    Angelocka
    cox saoy pis bebew..maraqlidi
    Angelocka

    cox saoy pis bebecik..ellerine sagliq
  3. МиниК_Сердце dedi ki:

    ALLAH RAZI OLSUN