“Ağ vərəqdə nə yazmalıyıq?!”…

"Ağ vərəqdə nə yazmalıyıq?!"...

Hər bir valideyn öz övladı qarşısında müəyyən vəzifələrə görə məsuliyyət daşıyır. Bütün valideyinlərin ən böyük istəkləri, övladlarını gözəl, əxlaqlı və təhsilli görməkdir. Çünki bu sifətlərin hər iki dünyada böyük faydaları vardır. Bəs mən valideyn olaraq övladlarımı necə tərbiyə etməliyəm? Necə etməliyəm ki, nümunəvi insan tərbiyə edib cəmiyyətə təhvil verim? İmam Səccad (ə) buyurmuşdur : «Uşağın qarşısında borcun bundan ibarətdir ki, – o pis də olsa, yaxşı da olsa səndən yaranıb və sənə mənsubdur buna görə də – onu ədəbli etmək məsuliyyəti sənin boynunadır. Ulu Tanrını tanımaqda ona yol göstərməli, itaət etməkdə isə yardım etməlisən. Bunu da bilməlisən ki, uşağınla yaxşı rəftarına görə Allah tərəfindən mükafatlanacaq və pis rəftarına görə isə cəzalandırılacaqsan.» (Məkarumul – əxlaq S 484.)

Övladın gələcək həyatı onun tərbiyəsindən asılıdır. Tərbiyə etmək vəzifəsi isə valideynin öhdəsinə düşür. Həzrəti Peyğəmbər (s) buyurmuşdur: «Ən yaxşı şey ədəb və yaxşı tərbiyədir» ( Məcməüz zəvaid. c.8 s.159). Saleh övlad yetişdirən həm özünə yaxşılıq etmiş olur – başı uca olur, həm də cəmiyyətə xeyir vermiş olur. Çünki, o uşaq gələcəyin valideyni və gələcəyin vətəndaşı olacaq. Bəs düzgün tərbiyə üçün nə lazımdır? Hər şeydən əvvəl tərbiyəçi təcrübəli, səbrli, tədbirli olmalıdır. Hər bir uşağın gələcək şəxsiyyətinin bünövrəsi məhz uşaqlıq çağında qoyulur. Ən kiçik səhv və ya səhlənkarlıq uşağın şəxsiyyətinə zərbə vura bilər. Uşaq ilk üç ildə formalaşır, onun əxlaqı, içtimai və dini şəxsiyyətinin təməli qoyulur. Bu üç il ərzində o yaxşılığı, pisliyi, düşmənçiliyi, məhəbbəti, qorxunu, gözəlliyi və s. bu kimi hissləri başa düşür və dərk edir. Burada həzrət Əli (ə) oğlu imam Həsənə (ə) buyurduğu hədisi qeyd etsək yerinə düşər. «Uşağın ürəyi xam torpaq kimidir, onda nə əksən bitər. Buna görə də mən sənin ürəyin bərkiməmişdən öncə səni tərbiyə etmək işinə başladım. ( Yəsail J.15 S.197). İslam peyğəmbəri Məhəmməd (s)-ın çox əhəmiyyət verdiyi bir əməl – yenicə dünyaya gələn uşağın qulağına azan və iqamə deməyin nə mənası var, axı körpə heç nə duymur, anlamır. Bəli, uşaq azan, iqamə və Quran ayələrinin mənasını başa düşmür, amma bütün bu kəlmələrin uşağın həssas ruhuna böyük təsiri var. Bu təsir yalnız eşitmək yolu ilə deyil, umumiyyətlə bütün hislərin vasitəsilə uşağın beyni və əsəblərində həkk olunur. Uşağın tərbiyəsində məhəbbətin rolu əvəzsizdir. Heç kimin tərəfindən sevilmədiyini bilən kimsə özünü bu dünyada tək-tənha hiss edər və həmişə qəmqin olar. Uşaların isə məhəbbətə daha artıq ehtiyacı var. Uşaq üçün sarayda və ya daxmada yaşamağın elə bir fərqi yoxdur, amma sevilib sevilmədiyinin əhəmiyyəti çoxdur. Məhəbbət görən uşağın ruhu şən və şad olar, özünü məhrum hiss etməz, buna görə də pis reaksiya göstərməz, mehriban və insanpərvər olar. Amma məhəbbətsiz bir mühütdə böyüyən, ata-ana məhəbbətindən məhrum olan uşaq insanpərvər olmaz, özündə çatışmamazlıqlar hiss edər, bu səbəbdən azğınlığa düşə bilər. Məhəbbət yaxşı əxlaqın əsasıdır. Həzrət Peyğəmbər (s) buyurub: «Uşaqlarınızı çox öpün, çünki hər dəfə onları öpdükda sizin cənnətdəki dərəcəniz yüksəlir» (Bihar c. 104, s. 92). «Uşaqları sevin və onlara mehribanlıq edin». (Bihar c. 104, s. 92) Uşaq həmişə məhəbbətə möhtacdır. O, ata-ananın məhəbbətindən sevinir, onların laqeydliyindən və məhəbbətsizliyindən isə kədərlənir. Elə valideyinlər var ki, uşağa deyərlər: «filan işi görsən anan səni çox istəyər, amma filan işi görsən səni sevməz». Belə işin aqibəti çox pisdir. Uşaq ikiüzlü və yalançı ola bilər. Başqalarının məhəbbətini qazanmaq üçün hər şey edə bilər.

Həddindən artıq məhəbbət isə uşağın ərköyün olmağına gətirib çıxarır. Uşaq əmr etdiyi zaman valideyn tez-tələ yerinə yetirdikdə əziz-xələf uşaqda hökmranlıq hissi yaranar, gündən-günə artar. Bu isə nöqsanlı sifətdir. Ərköyün insanın ailə həyatı uğurlu olmur, məhz bu səbəbə görə bütün istəklərini əldə edə bilmədikdən ailələri dağılır. Ərköyün adamlar inciyən və xudbin sifətə malik olurlar. Həddindən artıq məhəbbət düzgün tərbiyə olunmamasına gətirib çıxarar. İmam Məhəmməd Baqir (ə) buyurmuşdur: «Ən pis ata uşağına həddindən artıq məhəbbət göstərən atadır».
Valideyinlər uşaq tərbiyəsində qorxu hissindən də istifadə edirlər. Görək bu hissin nə kimi faydası var? Qorxu Allahın insana bəxş etdiyi nemətlərdən biridir. Amma bu düzgün şəkildə istifadə olunarsa fayldalı olar. Əks halda pis nəticə verər. Uşağın qorxaq yetişməyinə səbəb olan işlərdən biri onu yersiz tənbeh etmək, qaranlıq yerə salmaq, it-pişiklə, cin-xuxu və s. ilə qorxutmağınızdır. Əgər o bu kimi şeylərdən qorxursa onun ruhunu sakitləşdirməyə, qorxaqlığını aradan qaldırmağa çalışın. Onu danlamaqla yox, başa salmaqla pis işdən çəkindirin. Qorxulu və təhlükəli məsələlərdə isə məs: qaz, kibrit, elektrik və s. düzgün istifadə qaydalarını valideyinlər öyrətməlidirlər, düzgün istifadə olunmadıqda isə baş verə biləcək işlərin fəsadını başa salmaq lazımdır. Müəyyən vaxta qədər uşağa cəhənnəm, günah etmək, Qiyamət günü və s bu kimi məsələlərdən danışılmamalıdır, Allahın mehribanlığından, bağışlayan olmasından, insanları sevdiyindən danışılmalıdır. Bəzən uşaqlarda inadkarlıq hissi olur. İnadkar uşağı nə döyməklə, nə də hər nə istəsə verməklə düzgün tərbiyə etmiş olmarıq. Həzrət Əli (ə) buyurmuşdur: «İnsanın dünya və axirəti üçün inadcılığın ziyanı hər şeydən çoxdur». (Fürəkül – hükəm c.104.) Tərbiyəçi uşaqla dostluq etməli, yol göstərməlidir, onun inadkar olmasının səbəbini tapmalıdır. Zərərsiz bir şey istəsə ona sərbəstlik verməlidir. Uşağı bərk danlamaq, təhqir etmək və döymək olmaz. Həzrət Əli (ə) buyurmuşdur: «Danlamaqda həddi aşmaq, inadçılıq odunu alovlandırar.» (Təhəfül – üqul s.80.) Əgər uşağın inadcıllığının səbəbini tapa bilmirsinizsə, onda özünüzə fikir verin, bəlkə özünüz də inad edirsiniz. Bəzən də uşaqlarda paxıllıq hiss olunur. Paxıllıq pis hisdir. İnsanı günah etməyə vadar edər. İmam Mühəmməd Baqir (ə) buyurmuşdur: «Od odunu yandırdığı kimi paxıllıq da insanı yandırar.» (Şafeyi J.1 S. 173) Valideyn bütün uşaqları ilə ədalətli şəkildə rəftar etsə, birini o birindən üstün tutmasa və müqaisə etməsə, onlar arasında fərq qoymasa uşaqlarda paxıllıq hissi yaranmaz. Paxıl insan başqasında nemət görərsə gözü götürməz, onun məhv olmasını istəyər. Valideynin səhvi üzündən uşaq bədbəxt ola bilər.

Başqa bir hiss, qəzəb hissi haqda da qeyd etmək lazımdır. Həzrət Əli (ə) buyurmuşdur: «Qəzəblənməyin, çünki qəzəbin əvvəli dəlilik, sonu peşmançılıqdır» (Müstədrək c.2 s.326). Hirsli, qəzəbli uşaq qışqırar, ayağını yerə vurar, küsər və s. Uşaq zatən pis deyil. Burada da valideyn tədbirli olmalı, qəzəbi aradan qaldırmaq üçün səbəbini tapmalıdır. Uşağı təhqir etmək, incitmək, istəklərini saymamaq, sevilmədiyini hiss etdirmək, qorxutmaq və s. ilə uşaqda qəzəb dərəcəsi tədricən qüvvətlənər və gələcəkdə o hirsli bir adama çevrilə bilər. Peyğəmbər Əkrəm (ə) buyurmuşdur: «Təlim – tərbiyə işində nəzakətli olun və sərt davranmayın. Çünki elmli müəllim sərt müəllimdən daha yaxşıdır.» (Bihar c.77 s. 175) Ümumiyyətlə uşağı pis bir hərəkətinə görə döymək, tənbeh etmək bəyənilmir, çünki döyülən uşaq valideynə qarşı kinli olar, qorxaq olar. Döyməklə uşağı pis bir işdən çəkindirmək mümkündür, lakin o imkan tapanda həmin əməli təkrar edəcək. Uşağı başqasının yanında tənbeh etməyin, çünki, uşaq heç bir zaman bu hadisəni unutmaz, bu onun ruhunda pis təsir qoyar, əgər cəzalandırmağı lazım bilirsinizsə, döyərkən elə etməlisiniz ki, yeri qalmasın, qızarmasın, göyərməsin çünki bunlar … verməyə səbəb olar.
Bəli, məqalənin sonunda bu nəticəyə gəlirik ki, hər insan övladı dünyaya gələrkən pak dünyaya gəlir – ağ kağız kimi. Bəs biz bu ağ kağız üzərində nə yazmalıyıq? Allahdan diləyirik ki, övladlarımızın təlim – tərbiyəsində bizi diqqətli etsin. Bilməyərəkdən edilən bir səhv övladlarımızı uçuruma apara bilər. Allah bütün valideyinləri saleh övladları ilə hər xəta və bəladan qorusun.

Angelocka

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    Coooooooox saqol canim cox maraqli idi.
    Allah senden hemiwe razi olsun opucuk

  2. R_O_S_H_K_A dedi ki:

    Dostik Chox Sag Ol Yorulmayasan !!! opucuk

    Sevgilim Dagda Inek Sagirdi
    O Mene Baxmasa Da
    Inek Mene Baxirdi !!!
  3. )(akker dedi ki:

    Chox Sag Ol !!!Maraqlidi !!!

  4. MILAQROS dedi ki:

    angel bacishim cox sagol

  5. Angelocka dedi ki:

    vefasiz_giz,
    Cooxx sagol bitanem..Senden de hemcinin opucuk

    R_O_S_H_K_A,
    Sende sagol dostikim opucuk

    )(akker,
    Sende sagol dostik ureyim

    MILAQROS,
    Sende sagol omrum gunum angel

  6. МиниК_Сердце dedi ki:

    spasib menlik deyil