İmam Zaman (ə.) ağanın namazı

Nəcmus-Saqib kitabında Şeyx Təbərisinin Kənzul – nəcah kitabından belə nəql edir. İmam Zaman (ə.) buyurmuşdur: Allah-Təaladan Hacəti olan şəxs, cümə gecəsi, gecə yarısı qusl edib, iki rəkət namaz qılsın.

Birinci rəkətdə həmd surəsini oxuyub «İyyakə nə budu və iyyakə nəstəin» ayəsinə çatanda, onu yüz dəfə təkrarlasın. Ayəni yüzüncü dəfə oxuduqdan sonra həmdi axıra qədər oxuyub, bir dəfə «Qulhuvəllahu əhəd» surəsini oxusun. Sonra rükuya gedib, yeddi dəfə desin: «Subhanə Rəbbiyəl – əzimi və bihəmdi». Səcdəyə gedib, səcdələrin hər birində yeddi dəfə «Subhanə Rəbbiyəl əla və bihəmdi». İkinci rükətdə eynilə bu qaydada qılıb, qurtardıqdan sonra səcdəyə gedib yüz dəfə salavat desin. «Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd. »Namaz qurtardıqdan sonra bu duanı oxusun. «Allahummə in ətətukə fələməhitukə ləkə və in əsəytukə fəl huccətu ləkə minkər – rəvhu və minkəl – fərəcu subhanə mən ənənə və şəkərə subhanə mən qəddərə və xəfərə. Allahummə in kuntu əsəytukə fəinni qəd ətətukə fi əhəbbil – əşyai iləykə və huvəl-imanu bikə ləm əttəxiz ləkə vələdən vəl əm ədu ləkə şərikən minnən minkə bihi ələyyə la mənnən mini bihi ələykə və qəd əsəytukə və İlahi ələ ğəyri vəcihul – mukbərəti vələl – xuruci ən ubudiyyətikə vələl – cuhudi lirububiyyətikə və lakin ətətu həvayə və əzəlləniş – şəytanu fələkum -huccətu ələyyə vəl – bəyanu fəin tərhəmni fəinnəkə cəvadun kərim».
Sonra nəfəsi çatana qədər desin. «Ya Kərimu, Ya Kərimu».

ƏLİ_183

Şərhlər:

  1. gizem dedi ki:

    ay xowum gelir bele xberden allah eazi olsun

  2. ANGEL16 dedi ki:

    Gözel xeberdi.Allah razi olsun

  3. CooL_Man dedi ki:

    Allah razi olsun…

  4. yAgmurlar dedi ki:

    ALLAH razi olsun ,ellerine sagliq

  5. mR_bAkiNec dedi ki:

    Hee tewekkurler ela

  6. Ninaska dedi ki:

    Allah Razi Olsun

  7. SEBERT dedi ki:

    ALLAH razi olsun

  8. ƏLİ_183 dedi ki:

    reylere gore tesekkurler

  9. polo dedi ki:

    cox sagol qaqaw…

  10. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…