Ürəyimdəki ”səndən” qaçdım

Sən kədərlənmə deyə sətir aralarına hördüm yoxluğunun sancılarını.
Eşidib ağlama deyə bir saçaq altına sığınıb şimşək səs-küylərində udqundum sənsizliyin qışqırıqlarını.
ürəyində bir bahar görə bilmədən, qanayan yaralarımı yaxşılaşdırmadan çıxıb getdin.
Getməli idin, heç bir zaman dönməyəcək şəkildə ürəyimdə sənə dair nə varsa götürüb getdin.

Getdin deyirəm heç bir zaman ürəyimə gəlməmişdin sən.
Bəli, bu cümləni qurmamaq üçün nə döyüşlər verdim ürəyimdə bir bilsən.
Səni üzməmək üçün ağrılarımda dəmlənmiş bu cümləni həmişə təxirə saldım dodaqlarımda.
Təkliyində coşan yaralarımı görmə deyə qələmi qırdım.

Ürəyimdəki ''səndən'' qaçdım

Adını anan dodaqlarıma kilid vurdum, səni üzəcək tək bir söz söyləməsin deyə.
Sən varkən təzə tumurcuqlar açan sözlərim, yoxluğunda paslansın istədim.
Sən mənim canım idin, sənə və gözyaşlarına qıya bilmədim.
Sənə əzab verməmək üçün, ürəyimdəki ”səndən” qaçdım.

Sənin olduğun hər yerdən uzaqlaşdım.
Həyatdan, bu sətirlərdən qısacası hər şeydən qaçdım.
Unutmaq üçün deyil, sənin gedişini özümdən gizləmək üçün.
Getmələrini təxirə saldım ürəyimin sahillərində.
Komaya girmiş varlığını, öz nəfəsimlə yaşatmaq istədim.

Ürəyimdəki ''səndən'' qaçdım

Nəfəsi tükənmiş bir cana, ”canımı” verərcəsinə yoxluğuna izah edən sözlərdən qaçdım.
Canımdan canımı qoparıb, bir az daha varlığında gülümsəyə bilmək üçün özümü səni xatırladan sözlərlə ovutdum.
Özümü ”təkliyimlə” aldatdım. Gedişlərinə neçə yalan uydurdum.
Neçə dəfə qaçılmaz bu gerçəklə aynalarda üzləşməkdən qorxdum.

Heç bir zaman dilləndirə bilmədim sənin gedişini xatırladan sözlərlə.
Amma udquna bilmədim, dodaqlarıma kilid vura bilmədim.
”Heç bir zaman ürəyimə gəlməmişdin sən…”

Ürəyimdəki ''səndən'' qaçdım

Gecə olub hər kəs evinə qayıdanda anladım, sənin bir daha dönməyəcək şəkildə getdiyini.
Getdin, heç bir zaman geri gəlməyəcəkdin.

Not to love you

Şərhlər:

  1. CooL_Man dedi ki:

    Teshekkurler!

  2. BlAcKsTaRiN dedi ki:
    Qayıtdı ama artıq yeri yoxdu…!!!
  3. polo dedi ki:

    dosi gozel xebere oxwuyur amma artiq qeyd edimki men bu bolmedeki xeberleri oxumuram …. emeye ve redakteye gore Twk

  4. Ninaska dedi ki:

    xebere gore tshkk twk

  5. SEBERT dedi ki:

    super tesekkurler

  6. Love Girl dedi ki:

    Xebere gore sagol

  7. ƏLİ_183 dedi ki:

    xebere gore twk

  8. sabinocka dedi ki:

    hmmmm…canim superdi ey bawina gelmiyib ki ha?

  9. MURAD_X dedi ki:
    SUPERR xeberdirtwk
    Özümü ''təkliyimlə'' aldatdım. Gedişlərinə neçə yalan uydurdum.
    Neçə dəfə qaçılmaz bu gerçəklə aynalarda üzləşməkdən qorxdum.
  10. new girl dedi ki:

    axira kimi oxumaqa sebrim yoxdur ama evvelini oxudum maraqlidir tewekkurler

  11. Hilary Duff dedi ki:

    Tewekkurler….

  12. _Sia_ dedi ki:

    Derin menali sevgi hekayesidir.
    Gozel nitqiniz var.

  13. nurlana77 dedi ki:

    Gecə olub hər kəs evinə qayıdanda anladım, sənin bir daha dönməyəcək şəkildə getdiyini.
    Getdin, heç bir zaman geri gəlməyəcəkdin.

    thanks you so so much twk

  14. Not to love you dedi ki:

    Hamiya werhine ve fikirlerine gore tewekkur edirem.Menim bawima gelmiyib amma hec kimin de bawina gelmesini istemerem,belke bezilerinize ezab verdi bu xeber sevginizi yadiniza saldi.Kimi uzdumse bagiwlasin