Şəhərlər 6-cı hissə

Şəhərlər 6-cı hissə

London – Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının, həmçinin İngiltərənin paytaxtı. Britaniya adalarında ən böyük şəhər. Sahəsi 1 706,8 km², əhalisi 8 milyon nəfərdir. Əhalisinin sayına görə dünyada 21-ci, Avropada 2-ci, Avropa İttifaqında isə 1-ci yeri tutur.

Əsası eramızın 43-cü ilində imperator Klavdinin rəhbərliyi ilə Roma İmperiyası qoşunlarının Britaniya adalarını ələ keçirməsindən sonra qoyulmuşdur.

Şəhərlər 6-cı hissə

Adın mənşəyi

London sözü qədim Roma mənşəli olub latın dilindəki Londinium sözündən götürülmüşdür. Lakin, London sözünün mənşəyi haqqında müxtəlif fikirlər də mövcuddur ki, bunlardan dördü daha diqqətə layiqdir:

Latın mənşəli oub, “Lond” sözündən götürülmüşdür ki, bu da “Xam ( əl dəyməmiş ) yer” mənasını verir.

Kelt mənşəli olub, iki sözdən: “Llyn” (göl) və “Dun” (bənd, dayaq): keltlərin zamanında şəhər “Llyndid” adlandırılmışdır.

Qədim Avropa mənşəli Plowonida sözündən əmələ gəlmiş və “daşıb-tökülən çay” mənasını daşıyır.

Latın mənşəli olub şəxs adından götürülmüşdür və “qüdrətli” deməkdir.

Şəhərlər 6-cı hissə

Əhalisi

Hələ eramızın 140-cı ilində Londonda 30 000, 1300-cü ildə 100 000 və 1801-ci ildə 1 milyon əhali yaşamışdır. 1825-1925-ci illərdə London dünyanın əhalisinə görə ən böyük şəhəri olmuşdur. 2001-ci il siyahıyaalmasına görə şəhərin əhalisi 7 172 091 nəfərdir.

Ənənəvi olaraq London müxtəlif din və mədəniyyətlərin qaynayıb-qarışdığı bir şəhərdir. XX əsrin əvvəllərində Londona irlandlar, polyaklar, italyanlar, şərqi Avropa yəhudiləri, eləcə də keçmiş müstəmləkə ölkələrindən (Hindistan, Pakistan, Şri-Lanka və Banqladeş) çox sayda mühacir gəlmişdir.

Şəhərlər 6-cı hissə

Dini tərkibi

2001-ci il siyahıyaalmasına görə:

58,2% xristian

8,5% müsəlman

4,1% indus

2,1% yəhudi

1,5% x

0,8% buddist

0,5% digər dinlər

15,8% ateist

8,7% naməlum

Xristianların əksəriyyəti Anqlikan kilsəsi (ing. Church of England) icmasına aiddirlər. Yepiskopun iqamətgahı baş kilsə sayılan Müqəddəs Pavel kafedral kilsəsidir (ing. Saint Paul’s Cathedral).

Vestminster kafedralı (ing. Westminster Cathedral) İngiltərə və Uelsin baş katolik kilsəsi sayılır. İngiltərə kral evinin protestantlığı qəbul etməsindən sonra uzun əsrlər boyu Londonda katolik kilsəsi olmamışdır. XIX əsrdən etibarən yenidən katolik icması bərpa olunmuşdur. Digər xristian dini icmalarına Birləşmiş reformist kilsə, kvaker və ortodoks kilsəsi aiddir.

London əsasən Böyük Britaniyanın İslam mərkəzi sayılır. Böyük Britaniya müsəlmanlarının 38%-i, təxminən 1 milyon müsəlman Londonda yaşayır. Mərkəzi London məscidi (ing. London Central Mosque) şəhərin ən böyük məscidi sayılır.

Şəhərlər 6-cı hissə

Paytaxt London

Britaniya krallığının mərkəzi sayılan London XIX əsrdən başlayaraq dünyanın müxtəlif ölkələrindən çoxsaylı insan axınına məruz qalsa da, şəhərdə o dövrdə yalnız iki və üç mərtəbəli binalar tikilirdi. XX əsrin əvvəlindən etibarən paytaxt əhalisinin sayının ildən-ilə artmasına baxmayaraq, şəhər yeni qaydalarla çətinliklə ayaqlaşırdı. İngilislər həmişə mühafizəkar olublar, indi də adət-ənənələrə hörmətlə yanaşırlar. Lakin, London sakinləri bəzən varlı şirkətlər qarşısında təslim olurdular. Keçən əsrin ortalarına qədər şəhərin hər bir nöqtəsindən öz hündürlüyü ilə nəzərləri cəlb edən, ser Kristofer Renin layihəsi üzrə tikilən məşhur Müqəddəs Pavel kilsəsi indi “Barbiken” göydələnləri arasında görünməz olub. Hazırda Londonda yeni inzibati binanın tikilməsinə razılıq almaq müşkül məsələdir. Yerli hakimiyyət orqanlarının qoyduğu məhdudiyyətlərə görə, paytaxt şəhərdə tikintinin aparılmasına çox ciddi nəzarət olunur və torpaq sahəsinə də sərt və kəskin limit qoyulub. Londonluların daha çox sevdiyi qədim tikililər və meydanlar – Vestminster sarayı, Vestminster abbatlığı, Trafalqar meydanı, Mell, Karlton Hauz-terras, bir çox yolların qovuşduğu Pikadilli meydanı, Lester meydanı, onları əhatəyə almış məşhur Hayd park və Recent park klas memarlıq layihələri hesab edilir. Amma yuxarıda adı çəkilən yerlərdə qiymətlər baha olduğu üçün orada yaşayanların sayı çox azdır. Orta səviyyəli londonluların məskunlaşdığı kvartalları ötən əsrin əvvəllərində sıra ilə tikilmiş iki və üç mərtəbəli binalar təşkil edir. Kraliçanın yay iqamətgahı – Vindzor qəsri də bu ərazidə yerləşir. Yay aylarında bura turistlərin böyük axını başlayır.

Şəhərlər 6-cı hissə

Qardaşlaşmış şəhərlər

Əlcəzair, Əlcəzair

Almaniya, Berlin (2000)

Rusiya, Moskva (2002)

ABŞ, Nyu-York (2001)

Fransa, Paris (2001)

Yaponiya, Tokio (2006)

çin, Pekin (2006)

Pakistan, Kəraçi (2005)

Şəhərlər 6-cı hissə

London qraflığı əhalisinin sıxlığına görə Britaniyada birinci yeri tutur. Etnik cəhətdən Londonun əhalisi çoxmillətlidir. Qədim dövrlərdən burada məskən salmış brit tayfalarından əlavə, bu ərazidə irlandlar, müxtəlif millətli mühacirlər qrupu, habelə uelslilər və şotlandlar yaşayır. XIX əsrin sonlarında Londona yəhudilər, ardınca Aralıq dənizi sahili ölkələrindən, həmçinin Avstraliya və çindən köçkünlər gəlməyə başladılar. 1950-ci ildə isə Hindistandan gələn çoxsaylı mühacirlər burada məskən saldılar.

London kosmopolit və çoxmillətli əhalisi olan şəhərdir. Sakinlərinin 3%-ni müsəlmanlar təşkil edən Londonun qədim və maraqlı tarixi var. E.ə. 43-cü ildə Britaniya adalarını işğal edən Roma İmperiyası qədim keltlərin yaşadığı indiki London ərazisində hərbi düşərgə salaraq bu yerə Londinium adını vermişdir. Romalıların ilk vaxtlar Temzanın şimal sahilində, körpünün yanında saldıqları balaca şəhərcik 142 hektar sahəni əhatə edirdi. Yüksək templə inkişaf edən London qısa zaman kəsiyində ölkənin böyük şəhərinə çevrildi. Lakin, 410-cu ildə Roma İmperiyasının süqutundan sonra London haqqında yalnız VII əsrə aid olan salnamələrdə verilən məlumatlara rast gəlmək olar. Bundan sonra da London şəhəri müxtəlif illərdə xarici qəsbkarlar tərəfindən dağıntılara məruz qalmışdır.

1616-cı ildə baş vermiş Böyük London yanğını nəticəsində 80 kilsə, o cümlədən Müqəddəs Pavel məbədi tamamilə yanıb kül olmuşdu. Bir neçə il ərzində yenidən tikilən London başqa görkəm aldı. 50 kilsə klas üslubda tikildi, Müqəddəs Pavel məbədinin üstündə yeni günbəz ucaldıldı. 1707-ci ildə İngiltərə və Şotlandiya krallıqları birləşdikdən sonra London Böyük Britaniya Krallığının paytaxtı oldu. XIX əsrin birinci yarısında London daha da genişləndi. Bunun nəticəsində avtonəqliyyat, elektrik qatarları və yeni metro xətləri yarandı. 1919-cu ildən 1939-cu ilə kimi London ətraf şəhərlər hesabına beş dəfə böyüdü. İkinci Dünya müharibəsi 300 min londonlunun ölümünə və şəhərdə çox sayda binanın dağılmasına səbəb oldu.

Şəhərlər 6-cı hissə

Muzeylər və beşulduzlu hotellər

Müharibədən sonra aparılan quruculuq işləri İngiltərə paytaxtının klas görkəminin müəyyən dərəcədə itirilməsinə səbəb oldu. Buna baxmayaraq, elm və maarifin mərkəzi sayılan London ölkənin mədəni həyatında böyük rol oynayırdı. Burada London Kral Cəmiyyəti (1660), Universitet (1836), Britaniya akademiyası (1901), Kral İncəsənət Akademiyası (1920) fəaliyyət göstərir. Salamat qalmış muzeylər və təzə tikilən, hazırda varlı ərəb şeyxlərinə məxsus olan beşulduzlu hotellər xarici qonaqların bu şəhərə axınını gücləndirir. Bundan əlavə, onlarca iri teatr, konsert salonu, kinoteatr daim sənətsevərlərin üzünə açıqdır. Məşhur “Old-Bik” teatrının yaxınlığında şəhərin ən böyük konsert zalı – “Röyal – Festival – Holl” yerləşir. London 1908-ci ildə IV və 1948-ci ildə XIV Olimpiya oyunlarına ev sahibliyi edib. İndi isə 2012-ci ildə keçiriləcək möhtəşəm Olimpiya oyunlarının hazırlığı ilə məşğuldur. Paytaxtın mərkəzində çoxsaylı qədim memarlıq nümunələri və tarixi abidələr toplanıb; Müqədds Pavel məbədi, Manşen-Xaus (şəhər bələdiyyəsinin iqamətgahı), Giild-holl (Ratuşa), Tauer və Böyük yanğının (1661) qurbanlarının xatirəsinə ucaldılmış 61 metr hündürlüyü olan monumental abidə. Burada XVII və XVIII əsrlərdə tikilmiş kilsələrə rast gəlmək olar. Keçmiş London həbsxanasında hazırda işgəncələr muzeyi yerləşir. Tauerdə Britaniya tacına məxsus xəzinə saxlanılır. Trafalqar meydanında admiral Nelsonun şərəfinə heykəl qoyulub. Onun yaxınlığında Milli şəkil qalereyası və Britaniya Admirallığının binası yerləşir. Qeyd etmək lazımdır ki, Londona gələn xarici turistləri daha çox maraqlandıran İngiltərə Krallığının iqamətgahı olan Bukingem sarayı və Parlament meydanındakı paytaxtın simvolu sayılan Biq-Ben qülləsidir. Ondan bir qədər aralıda Britaniya Krallığının tacqoyma mərasiminin keçirildiyi yer – Vestminster abbatlığı seyrçilərdə gözəl təəssürat yaradır. Burada görkəmli dövlət xadimləri, yazıçı və alimlər dəfn olunublar. Abbatlığın yaxınlığında Parlamentin rəsmi kilsəsi hesab edilən Sent-Marqaret dövlət xadimlərinə xidmət göstərir. Göründüyü kimi, London mədəniyyət ocaqlarının və tarixi abidələrin sayına görə, bəlkə də dünyada ən zəngin şəhərdir. Viktoriya və Albert muzeyi, elm və təbiətşünaslıq muzeyləri və Kral coğrafiya cəmiyyətinə gələnlər çox böyük təəssüratla buradan gedirlər. “Olimpiya” sərgi zalı və Qrinviç sarayı həm yerli tamaşaçıları, həm də xarici qonaqları öz möhtəşəmliyi ilə valeh edir. Qeyd edək ki, bu, mədəniyyət ocaqlarının tam siyahısı deyil.

Şəhərlər 6-cı hissə

Şəhərlər 6-cı hissə

Şəhərlər 6-cı hissə

Şəhərlər 6-cı hissə

CooL_Man

Şərhlər:

  1. NiLaYKa dedi ki:

    ay daaa superdi… wekiller de ela twk

  2. mR_bAkiNec dedi ki:

    Xee saol qaqa

  3. Sweet_Love dedi ki:

    Getmek isterdim xeyal tewekkurrrr………..

  4. Ninaska dedi ki:

    hiii Londoooooon xeyal
    tshk

  5. CooL_Man dedi ki:

    Lucky Girl,
    inwallah ))

  6. Lucky Girl dedi ki:

    Getmek istediyim yerler siyahisinda ilk yerleri tutmasada pis yer deyil…ora gezmeye yox iw yada tehsille bagli getmek isteyerdim…twkcik…

  7. CooL_Man dedi ki:

    Not to love you,
    deymez))

  8. Not to love you dedi ki:

    Ela melumata gore cox sag ol gozel yerdi

  9. CooL_Man dedi ki:

    NiLaYKa,
    Deymez)

  10. star girl dedi ki:

    London cox gozel seherdi applause