Üstünlük

Sultan Mahmudun Əyaz adli bir koləsi varmış.Bir gün bəyləri :
_Əyazin hansı üstünlüyü var ki,sən ona otuz adamın maaşı qeder maaş ödəyirsən?-demişlər.
Sultan Mahmud o anda bu suala cavab verməmişdir.Bir neçe gün sonra bəyləri ilə birlikdə ova çıxib.Ova gedərkən irəlidən bir karvanın keçdiyini görmüşlər.Sultan Mahmud bəylərindən birinə:
_Get soruş görək,bu karvan hardan gəlir?-deyir.
Bəy gedir be bir neçə dəqiqə sonra qayıdıb:
_Ağam, karvan Reydən gəlir,-deyir.Sultan Mahmud :
_Yaxşı bes hara gedir?-deyəndə susur.
Bunu görəndə Sultan başqasını göndərirş.O da gedib qayıdır və:
_Sultanım,Yəmənə gedir,-deyir.
Sultan:
_Yükü nədir?-deyə soruşanda o da susur.
Sonra başqa bir bəyi göndərirşBəy:
_Hər növ mal var,fəqət çoxu Rey kasalarıdır,-cavabini verirş
_Reydən ne vaxt çıxıblar? -deye soruşanda o da susur.
Sultan Mahmud beləcə 30 bəyi göndərir.Otuzu da istənilən məlumatla geri qayıda bilmir.Sultan sonda Əyazi çağırır.
_Əyaz,-demiş get gorek bu karvan hardan gelir?
Əyaz hormətlə danışmağa başlayır:
_Əfendim,karvan görünən kimi sizi maraqlanib soruşacağınızı bildiyim üçün lazım olanı öyrendim.Karvan Reyden gəlir,Yəmənə gedir.Yükü budur,bu qədər ət,bu qədər dəvə,bu qədər də qatırdan ibarətdir.Karvanda bu qədər insan var,onların bu qədəri silahlıdır…
Əyaz ən kiçik xırdalıqlara qədər karvan barəsində məlumat verir.Bəylər ağzıaçıq qalırlar.Otuzunun verdiyi məlumatlardan daha çox məlumat verib.
Sultan bəylərə dönüb:
_Sadiq köləm Əyaza nəyə görə 30 adamın maaşına bərabər maaş ödədiyimi başa düşdünüzmü?Görürsünüz, bu belə ona azdır,-deyir.

P.S:İnsanlar etdikləri işi sevərək,haqqını verərk,Allaha ərz edəcəkmiş kimi ən gözəl şəkildə etməyə çalışmalıdır

Not to love you

Şərhlər:

  1. Miss_KaPRizZ of_cAdI dedi ki:

    oxudum axiracan beyendim ellerive saglik Allah razi olsun

  2. yAgmurlar dedi ki:

    oxudum maraqlidi dosi ellerine sagliq..

  3. nurlana77 dedi ki:

    maraqla oxudum . thanks twk

  4. angel aytac dedi ki:

    maraqlidi twk

  5. R S L dedi ki:

    Superdi xebere gore twk

  6. Not to love you dedi ki:

    Beyendiyinize sevindim angel

  7. mR_bAkiNec dedi ki:

    Beyenilsin yeri var :'(

  8. Ninaska dedi ki:

    marakli idi chox sagol

  9. CooL_Man dedi ki:

    Men beyenmedim, amma maraqli idi happy

  10. Not to love you dedi ki:

    CooL_Man,
    qiciq minnetin olsun

  11. CooL_Man dedi ki:

    Not to love you,
    laugh1