İnanclar
Şər qarışanda yatmazlar. Şər qarışanda qismət paylanır , deyirlər.
Güneş batandan sonra evdən heç nə verməzlər, yoxsa evin bərəkəti gedər
Gecələr ağlamaq olmaz . çünki ağlıyanğn səsi göydə bir məleykə var ,onun xoşuna gəlir, istiyir ki həmişə ağlasın.
Gecə vaxtı güzgüyə baxmazlar, yoxsa adamın bəxti bağlanar.
Ay təzə çıxanda salavat çevirərlər.
Düyünü ayaqlamaq və ya atmaq olmaz, günahdı. Deyərlər ki, bir düyü dənəsində 7″ qul huvəllah” var, bu da bir Yasinə bərabərdir.
Meyvə gətirən ağacı kəsmək günahdı.
Ocağa su tökməzlər- ocaqda məleykə var.
Pişik ayağın yalıyanda qonaq gələr.
Kərtənkələnin quyruğun qırıb cibinə qoysan ,pul taparsan.
Burnunun ucu gicişən kimsə uğursuz xəbər eşidər.
Yanında dəvə yunu gəzdirənə göz dəyməz.
Gec dil açan uşağa göyərçin yumurtası yedirtsən tezliklə danışar.
Dırnaqda olan ləkələr belə yozulur: baş barmaqda- xoşbəxtlik ,şəhadət barmaqda -bədbəxtlik ,orta barmaqda – yol getmək , nişan barmağında -təzə paltar geymək, çeçələ barmaqda -məhəbbət.
Südəmər uşağı olan qadını ilan sancmaz.
Sizə bir neçə inanclar təqdim etdim, inanıb-inanmamaq sizə qalıb.
Yenilənib:
xebere gore twk
Mende bezilerine inaniram 🙂 Biri vare gece odna oynamazlar yatanda …… :))))))) Xebere gore twk:))))))))))))
oxumusdum twk,ancaq inanmiram
Xebere gore teshekkur…
bezilerin sinamiwam düz çixib.xebere göre çox sag ol
Sorry bele weylere nifret edirem !
Thanks
inaniram .. xeberchun tshk
oo yumuta meselesini o olur asdee olaraq onda vitaminlere goredi mence…
Mene lazim olmayanlara inanmiram) cunki inananda olur.
xebere göre
Deymez uwaqlar
SEBERT,
mR_bAkiNec,
sizinle raziyam men de inanmiram bele seylere
Gecə vaxtı güzgüyə baxmazlar, yoxsa adamın bəxti bağlanar. bu mene gulmeli geldi