Azərbaycan kinolarından replikalar

Ekrandan həyata köçən replikalar..

Azərbaycan kinosu Azərbaycan tamaşaçısına yüzlərlə replika bəxş edib. Bu replikalar gündəlik həyatda demək olar ki, hər gün işlənir…

– Pencəyimiz yox, zato, çörəyimiz, yağımız, qəndimiz var. (“Bizim Cəbiş müəllim”)

– Hamı kənara çəkilsin, kadrda bircə Nəbi dayı ilə inək qalsın (“Kişi sözü”)

– Murada noolub? (“Uşaqlığın son gecəsi”)

– Sovet sənayesi nə istehsal edirsə, onu içirəm. (“Uşaqlığın son gecəsi”)

– Pah atonnan, kolxozçu da deputat kimi danışır. (“Əhməd haradadır?”)

– Əhmədin anası ölməyib hələ. (“Əhməd haradadır?”)

– Oğlumu axtarırdım, dostumu tapdım. (“Əhməd haradadır?”)

– Bağışlayın, sizin Əlibababa adında əriniz olub? (“Əhməd haradadır?”)

– Aparatda Zülümovdur. (“Əhməd haradadır?”)

– Bura bax, bura bax, mənimlə söz güləşdirmə, yoldaş Mərdanzadənin əmridir! (“Əhməd haradadır?”)

– Yusif partladı! (“Bəxtiyar”)

– Başa düşmək üçün adamda baş lazımdı! (“Yol əhvalatı”)

– Uşaqlar da deyir ki, atamız işə gedib. (“Bəyin oğurlanması”)

– Nə var e, Ələsgər, Ələsgər! (“Bəyin oğurlanması”)

– Sən gecələr yat, ay Qurban. (“Tütək səsi”)

– Toyuqsan, get gir hininə də! (“Yol əhvalatı”)

– Söhbət yarım kilo sosiskada deyil, adam gərik «vinimatelni» olsun! (“Uşaqlığın son gecəsi”)

– Sizi bura yığmaqda məqsədim odu ki, sizdən adam olmayıb, olmayacaq! (“Yol əhvalatı”)

– Urus, bu toyuq, bu yumurtanı doğub… (“Dəli Kür”)

– Dədə Qorqudu görmüsən bəyəm? (“Fransız”)

– Sənə əjdaha lazımdı? (“Bəyin oğurlanması”)

– Mümkün deyil e, mən onun anasını sevirəm. (“Bəyin oğurlanması”)

– Sən söhbətində ol, “”Brodyaqa”. (“Bəyin oğurlanması”)

– Sən öləsən, bir itin zibilinə keçmişik. (“Yol əhvalatı”)

– Pis oynamırlar, bir az emosiya azdı (“Bəyin oğurlanması”)

– Hirslənmə bəy, doğru söz acı olar. (“Yeddi oğul istərəm”)

– Nə vaxtsa başa düşsən ki, səni nə üstdə vurdular, səndən adam olacaq. (“Bizim Cəbiş müəllim”)

– Nədi, adım xoşuna gəlmir? (“Bizim Cəbiş müəllim”)

– Mən cüllüt deyiləm, Laləyəm” (“Telefonçu qız”)

– Deyirlər urusetdəkilərin hamısının gözü yaşıldı. (“Bizim Cəbiş müəllim”)

– Başa düşmürəm, mənim arvadımla ayda bir dəfə bazara çıxmağa ixtiyarım yoxdu? (“Bizim Cəbiş müəllim”)

– Rəhmətliyin oğlu, burda neyləyərlər? (“Bizim Cəbiş müəllim”)

– Odu ey taksi, min, get! (“Əhməd haradadır”)

– Gor qazıram, dədə (“Dədə Qorqud”)

– Qurban olum Şura hökumətinə, Kərbəlanın heyfini Niqalaydan yaman aldı ha! (“Axırıncı aşırım”)

– Komsomolun canı it canıdır (“Yeddi oğul istərəm”)

– Bah, qorxdum, ayə, üstümə İrasim gəler. (“Bəxt üzüyü”)

– O quş deyil e, xalis qarğadır. (“Qaynana”)

– Adsız, dəyirmanda xoruz oler. (“Bəxt üzüyü”)

– Biz şərab içirik, sən xalq qanını… (“Bəxt üzüyü”)

– Neylədin, alə, arağın tapılmayan vaxtı… (“Bəxt üzyü”)

– Tələsmə, Zaur!.. (“Təhminə”)

– Mirzə Səfər, papağını da götür, çıx get burdan. (“Papaq”)

– Gələrsən kantora, danışarıq. (“Papaq”)

– İgid, mənə murad ver. (“Dədə Qorqud)

– Topumuz, topxanamız olmasa da, namuz-qeyrətimiz var, bəy, dözərik! (“Axrıncı aşırım”)

– “Neftçinin udan günü var ki?” (“Yol əhvalatı”)

polo

Şərhlər:

  1. Pî§KøpÂT dedi ki:

    twk baci

  2. important life dedi ki:

    Murada nooluub kiii? roll

  3. ELIK28 dedi ki:

    cox sagol xebere gore

  4. Hilary Duff dedi ki:

    Tewekkurler xeber cun….

  5. Love Girl dedi ki:

    Maraqli xebere gore tesekkur

  6. Ninaska dedi ki:

    marakliydi chox saol xeberchun
    twk

  7. CooL_Man dedi ki:

    Xaxaxa super! ellerin var olsun))

  8. polo dedi ki:

    mR_bAkiNec,
    deymez

  9. mR_bAkiNec dedi ki:

    Cox sagol xebere gore…

  10. polo dedi ki:

    SEBERT,
    deymez
    gizem,
    cox sagol

  11. SEBERT dedi ki:

    tesekkurler maraqlidi

  12. Aelita dedi ki:

    – Bağışlayın, sizin Əlibababa adında əriniz olub? happy