Həyatım film olsa

Mən çox filmlərə baxmışam və demək olar ki, çoxunda xoşbəxt sonluqla qarşılaşmışam. Həmişə filmlərə baxanda demişəm kaş mənim həyatım da bir film olardı…
Həyatım bir film olsa – nə olur olsun, nə keçir keçsin yenə də sonda xoşbəxt olacaqdım…
Həyatım bir film olsa – istədiyim vaxt həyatımı 1 il sonraya ala biləcəkdim.
Həyatım bir film olsa – İstədiyim insanları həyatımdan onlar heç vaxt olmamış kimi silər və onlarla heç vaxt qarşılaşmazdım…
Həyatım bir film olsa – İstədiyim yerə istədiyim vaxt gedib-gələ bilərdim..
Amma bir şeyi bilirəm bunlar yalnız filmlərdə olur. Düzdür deyirlər ki, filmin özü də bir həyatdır, amma sonu həmişə yaxşı bitən bir həyat deyil.
Kaş həyat yalnız xəyallardan ibarət olardı, istədiyimiz xəyallar gerçəkləşər, həyatımızı istədiyimiz kimi yaşayardıq. Amma bu da mənim bir xəyalımdır.

Filmlərin əvvəlcədən yazılmış bir ssenarisi var…Amma həyatın bir ssenarisi yoxdur, biz filmlərdə olduğu kimi sonunu bilərək yaşamırıq həyatımızı, sonunu bilmədən yaşayırıq. Ona görə də bəzən səhvlər edirik, incinirik, ağlayırıq… Sonu olmayacaq bir insana bel bağlayırıq…

Mən hərdən həyatımın sonunu və ya başladığım bir işin sonunu bilmək istəyirəm. Amma sonra fikirləşirəm bəlkə bunun sonunda xoşbəxt olmayacağam və ya ümidim qırılacaq əvvəlcədən bilməyim daha pisdir. Ona görə də həyatımızı yaşayırıq səssiz-səmirsiz…
Mən həmişə ümid edirəm, çünki yaşayıram və ölənə qədər də ümid edəcəm. Kaş həyatım bir film olsa ümid etsəm və ümidlərim gerçəkləşsə…
çox vaxt filmin baş qəhrəmanı filmin sonuna qədər yaşayır, çünki ssenarist düşünür ki, filmin təməli budur. Mən də istərdim ki, tamaşaçılarım – yəni ətrafımdakılar mənə maraq bəsləsin, məni sevsin və mənə dəyər versinlər.

Mən öz filmim də həmişə baş roldakı qadın olaraq qalmaq istəyirəm, kiməsə boyun əymək, hansısa insanlara görə pis rolu canlandırmaq məcburiyyətində qalmaq istəmirəm…
Və mən düşünürəm bəlkə də həyatım bir film olsa çox maraqsız həyat yaşayaram, tamaşaçılarım mənim həyatdakı rolumun sonunu təxmin edə bilərlər.

Mən yalnız xoşbəxt olmaq, heç kimdən aslı olmamaq, öz sevdiyim insanla rahat, azad həyat yaşamaq istəyirəm filmlərdə olduğu kimi xoşbəxt sonluqla bitən həyat….

ELIK28

Şərhlər:

  1. Ninaska dedi ki:

    Filmlərin əvvəlcədən yazılmış bir ssenarisi var…Amma həyatın bir ssenarisi yoxdur, biz filmlərdə olduğu kimi sonunu bilərək yaşamırıq həyatımızı, sonunu bilmədən yaşayırıq. Ona görə də bəzən səhvlər edirik, incinirik, ağlayırıq…
    Mən yalnız xoşbəxt olmaq, heç kimdən aslı olmamaq, öz sevdiyim insanla rahat, azad həyat yaşamaq istəyirəm filmlərdə olduğu kimi xoşbəxt sonluqla bitən həyat….

    marakli xeberdi tshkk twk

  2. Love Girl dedi ki:

    Mən yalnız xoşbəxt olmaq, heç kimdən aslı olmamaq, öz sevdiyim insanla rahat, azad həyat yaşamaq istəyirəm filmlərdə olduğu kimi xoşbəxt sonluqla bitən həyat

  3. _Sia_ dedi ki:

    Derin menali kelmelerdir.
    Gozel nitqiniz var.

  4. CooL_Man dedi ki:

    cox sag olun….

  5. Bella_Swan dedi ki:

    xosbext sonlar yalniz bitmemis filmlerde olur

  6. SEBERT dedi ki:

    hmm maraqlidi tesekkurler dosi yaxsi yazmisan

  7. Sweet_Love dedi ki:

    Cox gozzel yazidi ellerine sagliq applause

  8. Not to love you dedi ki:

    Super 1 kelimeile superdi