Psixaloji Test

Mehribalığınızın dərəcəsini ölçün

1. Rəfiqə və ya hər hansı tanışınız bayram günlərində sizə yumşaq bir oyuncaq hədiyyə edirmi?

A) hə B) Yox

2. Şux mahnılardan çox həzin musiqiyə üstünlük verirsinizmi?

A) Hə B) Yox

3. Qələmin ucunu çeynəmək kimi vərdişiniz varmı?

A) Hə B) Yox

4. Güzgüdə özünüzə tez-tezmi baxırsınız?

A) Hə B) Yox

5. Küçədə balaca it-pişik və ya dükanda gözəl əşya görəndə heyranlığınızı əcaib səslərlə ifadə edirsinizmi?

A) Hə B) Yox

6. Uzun müddət geyindiyiniz paltarı təəssüflənmədən zibilliyə atırsınızmı?

A) Hə B) Yox

7. Bütün görüşboyu sevgilinizin sizə toxunmaması mümkünmü?

A) Hə B) Yox

8. Yavaş-yavaş və hər tikəni iştahla çeynəyirsiniz?

A) Hə B) Yox

9. Səs-küylü məclislərdən sonra başınız ağrıyırmı?

A) Hə B) Yox

10.Çoxdandır görüşmədiyinizə baxmayaraq keçmiş sevgilinizin məktublarını oxuyursunuzmu?

A) Hə B) Yox

1,3,8-ci sullara “Hə” və 2,4,6,7,9,10-cu suallara “Yox” cavabını vermisinizsə hərəsinə görə 1 xal yazın

10 xal

Çox həssassınız. Həyata belə belə münasibət hətta ətrafdakıları qıcıqlandırır. Əlbəttə dünyaya çəhrayı eynəklə baxmaq gözəldir. Lakin hərdən onu çıxartmaq da lazım olur.

7-9 xal

Siz parlaq günəşə oxşayırsınız. Buna görə də insanlar sizi sevir və sizinlə daha yaxın olmağa çalışırlar.

4-6 xal

Hamı sizi sadiq rəfiqə, qayğıkeş həyat yoldaşı və gözəl ana sayır. Amma bəzən özünüzü çox tənha hiss edirsiniz. Darıxmayın sevginizə ehtiyacı olan insanlar haqqında düşünün.

3 və daha aşağı

Mehribanlıq deyilən hiss sizdən çox uzaqdır. Bunu heç kim dəyişə bilməsə, ciddi tədbir görməlisiniz. Mütləq ipək alt paltarı, bədən üçün qoxulu yağlar alın və pişik saxlayın.

Sizdə nəticə necə oldu?
Fikirlərinizi bildirməyi unutmayın!

Ayselka

Şərhlər:

  1. NIKA dedi ki:

    ela xosuma geldi cox sagol!

  2. BadBoy dedi ki:

    Cox sag Olun Minnetdaram size!!!

  3. nuri4ka dedi ki:

    спасибо интересно!!

  4. True Emo dedi ki:

    Хамысы Бош бош шейлерди )

  5. Lord of Miracles dedi ki:

    Eladir cox sag olun !!! am